Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

27 
 
2.2 Dövlət orqanlarının öz fəaliyyətləri barəsində illik məruzələr 
tərtib etməsi və internet səhifələrində açıqlaması 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək  üçün  indikatorlar:  Fəaliyyətləri  barəsində  hesabatları 
müntəzəm olaraq dərc edən mərkəzi və yerli hökumət orqanlarının 
sayı 
 
Metodoloji əsas:  
3  –  Mərkəzi  və  yerli  hökumət  orqanlarının  70  faizindən  çoxu 
fəaliyyətləri barəsində hesabatları rəsmi saytlarında yerləşdirib. 
2 – Mərkəzi və yerli hökumət orqanlarının 20 faizindən, 70 faizinə 
qədəri  fəaliyyətləri  barəsində  hesabatları  rəsmi  saytlarında 
yerləşdirib. 
1  –  Mərkəzi  və  yerli  hökumət  orqanlarının  20  faizindən  azı 
fəaliyyətləri barəsində hesabatları rəsmi saytlarında yerləşdirib. 
0  –  Hec  bir  mərkəzi  və  yerli  hökumət  orqanları  fəaliyyətləri 
barəsində hesabatları rəsmi saytlarında yerləşdirmir. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 2 
(Mərkəzi və yerli icra orqanlarının 20 faizindən 70 faizinə qədəri 
fəaliyyətləri barəsində hesabatları rəsmi saytlarında yerləşdirib) 
Qiymətləndirmə  metodologiyasına  uyğun  olaraq  bütün 
mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  saytlarında  həmin 
orqanların  öz  fəaliyyətlərinə  dair  yerləşdirilmiş  informasiyaların 
təhlili əsasında aparılmışdır. 
 
Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  saytlarındakı 
məlumatların  təhlili  göstərir  ki,  bu  orqanlardan  yalnız  Gömrük 


28 
 
Komitəsinin,  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin, 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin,  və  Əmlak  Məsələləri 
Dövlət  Komitəsinin  saytlarında  öz  fəaliyyətlərinə  dair  geniş 
hesabatlar yerləşdirilib. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial 
Müdafiə  Fondu,  Torpaq  və  Xəritəçəkmə  Komitəsi,  Daxili  İşlər 
Nazirliyi  və  Statistika  Komitəsinin  saytlarında  isə,  geniş  olmasa 
da ümumi illik hesabatlar var. Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin saytında isə illik hesabatla bağlı link olsa da, burada 
heç bir məlumat yerləşdirilməyib. Digər mərkəzi icra hakimiyyəti 
orqanlarının saytlarında isə, onların illik fəaliyyətinə dair heç bir 
məlumat  müəyyən  edilməyib.  Ümumilikdə,  hesabatlarda  bu 
qurumlara  büdcədən  ayrılan  vəsaitlərin  istifadəsi  ilə  bağlı  ətraflı 
məlumat verilmir. 
 
Yerli  icra  hakimiyyəti  orqanlarının  saytlarındakı 
məlumatların  təhlilindən  isə  belə  nəticəyə  gəlinib  ki,  yalnız 
Binəqədi  Rayon  İcra  Hakimiyyətinin  saytı  istisna  və  Bakı  Şəhər 
İcra  Hakimiyyətinin  saytı  daxil  olmaqla,  heç  bir  YİH  orqanının 
saytında 
onların 
illik 
fəaliyyətlərinə 
dair 
hesabatlar 
yerləşdirilməyib.  Binəqədi  Rayon  İH-nin  saytında  isə, 
ümumilikdə  xeyli  məlumat,  habelə  İH-nin  fəaliyyəti  ilə  bağlı 
geniş hesabat var. 
 
Lakin  bunlarla  yanaşı,  həm  mərkəzi,  həm  də  yerli  icra 
hakimiyyəti  orqanlarının  saytlarında  həyata  keçirilən  müəyyən 
fəaliyyətlər,  o  cümlədən  mərkəzi  və  yerli  icra  hakimiyyəti 
rəhbərlərinin görüşləri barəsində bir sıra məlumatlara rast gəlmək 
mümkündür. Qiymətləndirmə aparılarkən bu hal nəzərə alınıb. 
 
Bir  vacib  məqamı  qeyd  edək  ki,  dövlət  orqanlarının  öz 
fəaliyyətləri  barəsində  illik  məruzələr  tərtib  etməsi  və  internet 
səhifələrində  açıqlamasının  qiymətləndirmə  metodologiyası  kimi 
yalnız  saytlardakı  məlumatların  təhlili  nəzərdə  tutulsa  da, 


29 
 
monitorinq  zamanı  müvafiq  dövlət  orqanlarına  göndərilmiş 
sorğulara  cavablardakı  məlumatlar  da  öyrənilib.  Sorğulara 
cavablarda  əksər  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  öz 
fəaliyyətləri  barəsində  illk  hesabatlar  hazırladıqlarını  bildiriblər. 
Lakin  belə  hesabatlara  daha  çox  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının  saytlarında  rast  gəlinib.  İllik  hesabatları  saytlarında 
yerləşdirməmiş mərkəzi icra hakimiyyəti orqanları və demək olar 
ki,  bütün  yerli  icra  hakimiyyəti  orqanları  hesabatları  sorğulara 
cavablara əlavə etməyiblər. 
 
Qeyd edək ki,  bütün  YİH orqanlarının saytları standartdır 
və  buradakı  məlumatlar  daha  çox  ümumi  və  statistik  xarakter 
daşıyır.  
 
2.3  Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  mətbuat 
konfransları  və  ictimaiyyətlə  birbaşa  ünsiyyət  formasında 
tədbirlər keçirməsi 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək üçün indikatorlar: Fəaliyyəti dövründə heç olmasa, ildə 
bir dəfə olaraq mətbuat konfransı keçirir və ya digər formada əhali 
ilə birbaşa ünsiyyətdə olan mərkəzi və yerli hökumət orqanlarının 
sayı. 
 
Metodoloji əsas:  
3 – Mərkəzi və yerli hökumət orqanlarının 70 faizindən çoxu ildə 
ən  azı  bir  dəfə  olaraq  mətbuat  konfransı  keçirir  və  ya  digər 
formada əhali ilə birbaşa ünsiyyətdə olur 


30 
 
2 – Mərkəzi və yerli hökumət orqanlarının 20 faizindən 70 faizinə 
qədəri ildə ən azı bir dəfə olaraq mətbuat konfransı keçirir və ya 
digər formada əhali ilə birbaşa ünsiyyətdə olur 
1 – Mərkəzi və yerli hökumət orqanlarının 20 faizindən azı ildə ən 
azı bir dəfə olaraq mətbuat konfransı keçirir və ya digər formada 
əhali ilə birbaşa ünsiyyətdə olur 
0  –  Heç  bir  mərkəzi  və  yerli  hökumət  orqanı  mətbuat  konfransı 
keçirir və ya digər formada əhali ilə birbaşa ünsiyyətdə olmur. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 3 
(Mərkəzi və yerli hökumət orqanlarının 70 faizindən çoxu ildə ən 
azı  bir  dəfə  mətbuat  konfransı  keçirir  və  ya  digər  formada  əhali 
ilə birbaşa ünsiyyətdə olur) 
 
Monitorinqlər  göstərib  ki,  mərkəzi  və  yerli  icra 
hakimiyyəti  orqanlarının  böyük  əksəriyyəti  ildə  bir  dəfə  hesabat 
yığıncağı  keçirib  və  bu  barədə  məlumat  yayıb.  Araşdırma 
nəticəsində məlum olub ki, qiymətləndirməyə alınan 46 yerli icra 
hakimiyyəti  orqanının  34-də  (74%)  belə  toplantılar  ən  azı  il 
ərzində  bir  dəfə  keçirilib.  Təssüf  ki,  bu  hesabatların  mətnini  heç 
bir  yerli  icra  hakimiyyəti  orqanının  saytında  tapmaq  mümkün 
deyil.  Sadəcə,  belə  hesabatların  verilməsi  ilə  bağlı  mediada 
xəbərlər  dərc  olunub.  Amma  həmin  hesabatlarda  yerli  icra 
hakimiyyəti orqanlarına tanınan 180 səlahiyyət və 100 vəzifənin
10
 
icrasına 
dair 
dəqiq 
informasiyaların 
olub-olmamasını 
müəyyənləşdirmək  mümkün  olmayıb.  Çünki,  hesabat  mətnləri 
əlçatan deyil və bu aspektdən şəffaflıq təmin edilməyib. 
 
Mərkəzi icra hakimiyyəti orqanlarında bu baxımdan durum 
daha yaxşıdır. Bütün qurumlar azı bir dəfə belə hesabat-toplantısı 
                                                           
10
 Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq 
edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə