Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
  1   2   3   4   5   6   7   8   9   ...   28


 
 
 
 
 
 
 
Azərbaycanda 
“Açıq Hökumətin Təşviqinə 
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət 
Planı”nın 
 
Monitorinq 
Hesabatı 
 
 
(Sentyabr 2013 – Dekabr 2014-cü il) 
 
 
 
 
 
 
 
Bakı – aprel 2015 



 
MİNNƏTDARLIQ 
Bu  hesabatın  hazırlanması  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyi 
(USAID)  vasitəsilə  Amerika  xalqının  dəstəyi  sayəsində  mümkün 
olmuşdur.  Hesabat  “Şəffaflıq  Azərbaycan”  Korrupsiyaya  Qarşı 
Mübarizə  İctimai  Birliyi  tərəfindən  icra  olunan  “Azərbaycan  Şəffaflıq 
Tərəfdaşlığı  Layihəsi”  (AŞT)  çərçivəsində  hazırlanıb.  Məzmuna  görə, 
“Şəffaflıq  Azərbaycan”  Korrupsiyaya  Qarşı  Mübarizə  İctimai  Birliyi 
məsuliyyət  daşıyır  və  USAID  və  ABŞ  hökumətinin  mövqeyini  əks 
etdirməyə bilər. 
“Şəffaflıq  Azərbaycan”  təşkilatı  bu  hesabatı  ərsəyə  gətirmiş 
ekspertlərə  -  Qalib  Bayramov,  Ələsgər  Məmmədli,  Hafiz  Həsənov, 
Dünya  Camalova,  Fuat  Rəsulov  və  Rəcəb  İmanovaya,  hesabatın 
redaktorları  Sabit  Bağırov  və  Veronika  Kretuya,  hesabatı 
azərbaycancadan  ingiliscəyə  tərcümə  etmiş  Əli  Novruzova,  verdikləri 
töhfəyə  görə  isə  bütün  fiziki  şəxslərə,  o  cümlədən  hökumət  və  qeyri-
hökumət  təşkilatlarının  nümayəndələrinə  öz  dərin  minnətdarlığını 
bildirir.  Layihə  heyəti  “Azərbaycan  Şəffaflıq  Tərəfdaşlığı  Layihəsi” 
üzrə  bütün  tərəfdaşlara,  xüsusilə  də  sorğunun  aparılmasında  iştirak 
etmiş  və  QHT  Platformasına  qoşulmağa  öz  razılığını  bildirmiş  bütün 
Azərbaycan  QHT-lərinə  təşəkkür  edir.  Xüsusi  təşəkkürlər  AŞT 
Layihəsinə  göstərdikləri  dəyərli  və  davamlı  dəstəyə  görə 
USAID/Azərbaycan təşkilatının heyətinə ünvanlanır.  
 
Müəlliflər: Şəffaflıq Azərbaycan təşkilatının araşdırma qrupu  
 
Bu  hesabatda  təqdim  olunan  məlumatların  düzgünlüyünü  yoxlamaq 
üçün  bütün  səylər  göstərilmişdir.  Məlumatlar  2014-cü  ilin  31  dekabr 
tarixinə  qədər  olan  dövr  üçün  düzgün  hesab  olunmalıdır.  “Şəffaflıq 
Azərbaycan”  təşkilatı  bu  məlumatların  digər  məqsədlər  üçün  və  ya 
kontekstdən kənar istifadəsinə görə heç bir məsuliyyət daşımır.  
 
 
© 2015 Müəlliflik  hüququ  Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı 
Mübarizə üzrə İctimai Birliyinə məxsusdur. 



 
GİRİŞ 
 
Azərbaycan  Respublikası  2011-ci  il  sentyabrın  20-də, 
BMT Baş Assambleyasının 66-cı yığıncağında elan olunmuş Açıq 
Hökumət  Tərəfdaşlığına  (AHT)  qoşulan  61  dünya  ölkəsindən 
biridir.  Ölkəmiz  Açıq  Hökumət  Tərəfdaşlığına  qatılmaqla  açıq 
hökumətin  təşviqi  və  şəffaflığın  artırılması  ilə  əlaqədar  öz 
fəaliyyətini  təkmilləşdirmək,  bu  sahədə  aparılan  təcrübə 
mübadiləsinə  töhfə  vermək  və  beynəlxalq  səylərə  qoşulmaq 
niyyətini bildirib.  
“Açıq  Hökumətin  təşviqinə  dair  2012-2015-ci  illər  üçün 
Milli  Fəaliyyət  Planı”  (AHTMFP)  Azərbaycan  Prezidentinin  5 
sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib
1
. Milli Fəaliyyət 
Planının  əsas  prinsip  və  dəyərləri  Azərbaycan  Respublikasında 
mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətində 
şəffaflığın  artırılması,  hesabatlılığın  təkmilləşdirilməsi,  ictimai 
iştirakçılığın  genişləndirilməsi  və  yeni  sosial  texnologiyaların 
tətbiqi ilə əlaqədardır. 
Azərbaycan  Respublikasının  Korrupsiya  ilə  Mübarizə 
Komissiyası  Açıq  Hökumətin  Təşviqi  üzrə  Milli  Fəaliyyət 
Planının  işlənib  hazırlanmasına  və  tətbiqinə  görə  məsuliyyət 
daşıyır.  Fəaliyyət  Planı  Korrupsiya  ilə  Mübarizə  Komissiyası 
tərəfindən 2012-ci ilin əvvəllərində işlənib hazırlanmışdır.  
Azərbaycan  Hökuməti  Açıq  Hökumət  Təşəbbüsü  (AHT) 
üzrə  bir  sıra  öhdəliklər  götürmüşdür.  Bu  öhdəliklər  sırasında 
hüquqi  aktlar  və  onlara  edilən  dəyişikliklərin  vaxtında 
ictimaiyyətə  təqdim  olunması  və  onlara  əlçatanlıq,  xidmət 
sahəsində  fəaliyyət  göstərən dövlət orqanlarının  işində  və  ictimai 
əhəmiyyətli  hüquqi  aktların  qəbulu  prosesinə  vətəndaşların  və 
                                                           
1
 Fəaliyyət Planının tam mətni üçün bax: Hesabata Əlavə 1.  



 
vətəndaş  cəmiyyəti  institutlarının  cəlb  edilməsi  ilə  bağlı 
öhdəliklər də vardır.  
Milli  Fəaliyyət  planının  qiymətləndirmə  metodologiyası 
əsasında  aparılan  monitorinq  konkret  öhdəliklərin  həyata 
keçirilməsi istiqamətində 2013-cü ilin sentyabrından 2014-cü ilin 
dekabrına  qədər  olan  dövrdə  həyata  keçirilən  fəaliyyətləri  əhatə 
edir.  
 
Açıq  Hökumətin  Təşviqi  üzrə  Milli  Fəaliyyət  Planının 
qəbul edilməsi ilə Azərbaycan Hökumətinin öz üzərinə götürdüyü 
öhdəliklər aşağıdakı istiqamətlər üzrə qruplaşdırılıb: 
1)
 
İnformasiya əldə edilməsinin asanlaşdırılması; 
2)
 
Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  ictimaiyyətə 
müntəzəm məlumat verməsi; 
3)
 
Normativ  hüquqi  aktların  vahid  elektron  bazasının 
fəaliyyətinin təkmilləşdirilməsi; 
4)
 
Dövlət  orqanlarının  fəaliyyətində  ictimaiyyətin  iştirakının 
genişləndirilməsi; 
5)
 
 Elektron xidmətlərin təkmilləşdirilməsi
6)
 
Maliyyə  nəzarətini  həyata  keçirən  orqanların  fəaliyyətində 
şəffaflığın artırılması; 
7)
 
Vergi  nəzarəti  və  yoxlamaları  prosesində  şəffaflığın 
artırılması; 
8)
 
Mineral  ehtiyatların  hasilatı  ilə  məşğul  olan  sənaye 
sahələrində şəffaflığın artırılması; 
9)
 
Açıq  hökumət  təşəbbüsü  üzrə  ictimai  maarifləndirici 
materialların nəşri və əhali arasında paylanması. 
 
Bu  monitorinq  hesabatında  yuxarıda  göstərilən  öhdəliklərdən 
5-nin  (1-ci,  2-ci,  4-cü,  5-ci  və  8-ci  istiqamətlər)  nə  dərəcədə  icra 
olunduğu  və  onların  cari  vəziyyəti  qiymətləndirilir,  eləcə  də  icra 
prosesində  başlıca  çətinliklərin  nədən  ibarət  olduğuna  və  növbəti 
mərhələlərlə əlaqədar tövsiyələrə xüsusi diqqət yetirilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə