Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

50 
 
olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi 
ilə  bağlı  bəzi  məsələlər  haqqında”  Azərbaycan  Respublikası 
Prezidentinin 26 oktyabr 2011-ci il tarixli, 509 nömrəli Fərmanına 
uyğun  olaraq  yaradılmışdır.  Həmin  fərmanda    Azərbaycan 
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılırdı ki, 
üç  ay  müddətində  Azərbaycan  Respublikasının  mərkəzi  və  yerli 
icra  hakimiyyəti  orqanlarının  verdikləri  icazələr  barəsində 
məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin 
siyahısı,  icazəni  verən  orqanın  adı,  hüquqi  ünvanı  və  s.)  əks 
etdirən  İnternet  portalı  yaratsın.  Nazirliyə  tapşırılırdı  ki,  portalda 
“sahibkarlıq  sahəsinə  aid  qanunvericilik  aktlarının  layihələri” 
xidmət  bölməsi  yaradılsın,  mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanlarının  hazırladığı  sahibkarlıq  sahəsinə  aid  olan 
qanunvericilik 
aktlarının 
layihələrinin 
həmin 
portalda 
yerləşdirilməsi  və  göstərilən  layihələrin  mətninin  portalda  bir  ay 
müddətində saxlanılması təmin edilsin. 
 
Göründüyü kimi www.meclis.gov.az saytında yerləşdirilən 
qanun  layihələri  ilə  www.icazeler.gov.az  saytındakı  normativ 
aktların  layihələr  və  bu  saytların  hədəf  götürdüyü  qruplar 
fərqlidir.  Birinci  saytda  yalnız  MM-ə  təqdim  olunmuş  qanun 
layihələri,  ikinci  saytda  isə  sahibkarlıqla  bağlı  bütün  normativ-
hüquqi aktların layihələri müzakirə üçün yerləşdirilir. Birinci sayt 
səsvermə  hüququ  olan  bütün  Azərbaycan  əhalisi,  ikinci  sayt  isə 
sırf sahibkarlar üçün nəzərdə tutulmuşdur.   
 
“İctimai  iştirakçılıq  haqqında”  Qanununun  tətbiqi 
barəsində Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-
cü  il  Fərmanında  Nazirlər  Kabinetinə  tapşırılırdı  ki,  3  ay 
müddətində  mərkəzi  və  yerli  icra  hakimiyyəti  və  yerli 
özünüidarəetmə  orqanlarının  hazırladıqları  hüquqi  aktların 
layihələrinə  dair  ictimai  dinləmə  və  ictimai  müzakirənin 


51 
 
keçirilməsi  qaydasını müəyyən edib  Azərbaycan Respublikasının 
Prezidentinə məlumat versin. 
 
Nəhayət ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
30 may 2014-cü il tarixli, 172 nömrəli qərarı ilə "Mərkəzi və yerli 
icra 
hakimiyyəti 
və  yerli  özünüidarəetmə  orqanlarının 
hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və 
ictimai müzakirənin keçirilməsi Qaydası" təsdiq edildi.  
 
Qaydada  konkret  olaraq  yazılıb  ki,  mərkəzi  icra 
hakimiyyəti 
orqanlarının 
hazırladıqları 
hüquqi 
aktların 
layihələrinə  dair  ictimai  dinləmə  həmin  hüquqi  aktların 
layihələrinə  dair  ictimaiyyətlə  məsləhətləşmələrin  keçirilməsi  və 
vətəndaşların  məlumatlandırılması  məqsədi  ilə  aidiyyəti 
orqanların  səlahiyyətli  nümayəndələrinin,  vətəndaş  cəmiyyəti 
institutlarının,  ayrı-ayrı  vətəndaşların,  mütəxəssis  və  ekspertlərin 
iştirakı ilə yığıncaqların keçirilməsidir
16

 
Qayda  ilə  müəyyən  olunub  ki,  mərkəzi  icra  hakimiyyəti 
orqanları  hazırladıqları  hüquqi  aktların  layihələrinə  dair  ictimai 
dinləmə və ictimai müzakirənin təşkili üçün hər biri özünün rəsmi 
internet  səhifəsində  xüsusi  bölmə  ayırır  və  həmin  səhifədə 
"elektron hökumət" portalına keçidi təmin edir.  
 
Mərkəzi  icra  hakimiyyəti  orqanı  hazırladığı  normativ 
hüquqi  aktların  layihələrini  razılaşdırılması  üçün  göndərildiyi 
andan  özünün  rəsmi  internet  səhifəsinin  xüsusi  bölməsində  və 
"elektron  hökumət"  portalında  yerləşdirir.  Vətəndaş  cəmiyyəti 
institutlarının,  ayrı-ayrı  vətəndaşların,  mütəxəssis  və  ekspertlərin 
rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün, 
                                                           
16
 Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları 
hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi 
Qaydası. Maddə 1.3 


52 
 
yuxarı  icra  orqanı  tərəfindən  normativ  hüquqi  aktın  layihəsinin 
hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, 
10  gün  müddətində  həmin  orqanların  rəsmi  internet  səhifəsinin 
xüsusi bölmələrində qalmasını təmin edirlər.  
 
Mərkəzi  icra  hakimiyyəti  orqanının  rəsmi  internet 
səhifəsinin  xüsusi  bölməsində  normativ  hüquqi  aktın  layihəsi  ilə 
birlikdə  layihənin  Azərbaycan  Respublikası  Prezidentinin  hansı 
aktının  icrası  məqsədi  ilə  qəbul  olunduğu,  ictimai  dinləmələrin 
qrafiki  və  keçiriləcəyi  yer  və  ictimai  müzakirənin  müddəti, 
keçirilməsi  qaydaları,  rəy,  irad  və  təkliflərin  təqdim  olunması 
qaydası,  onlara  baxılması  və  nəticələrin  açıqlanacağı  müddətlər 
barəsində  məlumatı  yerləşdirirlər.  Dövlət  orqanı  vətəndaş 
cəmiyyəti  institutlarının,  ayrı-ayrı  vətəndaşların,  mütəxəssis  və 
ekspertlərin  hüquqi  akt  layihəsinə  dair  verdikləri  rəy,  irad  və 
təkliflərin  özünün  rəsmi  internet  səhifəsinin  xüsusi  bölməsində 
saxlanılmasını  təmin  edir  və  digər  istifadəçilərə  bu  rəy,  irad  və 
təkliflərlə tanış olmaq imkanını yaradırlar. Layihələrə dair təqdim 
olunmuş  rəy,  irad  və  təkliflərə  baxılmasının  nəticələri  barəsində 
ictimaiyyəti  məlumatlandırır,  rəy,  irad  və  təkliflər  nəzərə 
alınmaqla  layihədə  dəyişikliklər  edildiyi  halda  layihənin 
yenilənmiş  mətnini  həmin  orqanların  rəsmi  internet  səhifəsində 
yerləşdirirlər
17

 
Qaydada ictimai dinləmə və müzakirənin açıq keçirilməsi 
tələbi  qoyulur:  “Fəaliyyət  qabiliyyətinə  malik  istənilən  vətəndaş 
və  vətəndaş  cəmiyyəti  institutları  ictimai  dinləmə  və  ictimai 
müzakirələrdə iştirak edə və müzakirə olunan məsələ barəsində öz 
mülahizələrini bildirə bilərlər”
18

                                                           
17
 Yenə orada. 2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi 
aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili 
18
 Yenə orada. 3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladıqları hüquqi 
aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə