Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

31 
 
keçirib  və  bu  barədə  məlumat  yayıb.  Əlbəttə,  bəzi  qurumlar  bu 
hesabatı  öz  internet  səhifələrində  yerləşdirərək,  şəffaflığı  tam 
təmin etsə də, bəziləri hesabatların əlçatanlığını təmin etməyib. 
 
Əsas qeydlərdən biri ondan ibarətdir ki,  heç bir  yerli icra 
hakimiyyəti  orqanının  rəsmi  internet  səhifəsində  “Hesabatlar” 
bölməsi  yoxdur  və  saytlarda  hesabatlar  nə  ümumi,  nə  də  sahəvi 
olaraq  yer alıb. Bu hesabatlar bir çox hallarda ilin sonunda YAP 
rayon  təşkilatı  ilə  birlikdə  keçirilən  illik  toplantıda  verilib. 
Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  heç  də  hamısının  saytında 
hesabatlar  ayrıca  bölməyə  yerləşdirilməyib.  Yaxşı  olardı  ki, 
hesabatlar  şəffaflığı  təmin  etmək  məqsədilə  saytda,  xüsusi 
bölmədə müxtəlif formatlarda (doc, pdf və s.) yerləşdirilsin və ana 
səhifədə tez gözə çarpsın. 
 
2.4  Dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən  qanunvericilik 
aktlarının  anlaşılan,  sadə  dildə  yazılmış  versiyasının,  bələdçi 
qaydalarının  tərtib  edilməsi  və  bu  məlumatların  vətəndaşlar 
arasında təşviq edilməsi 
 
2.4.1.  Dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən 
qanunverici aktların sadə və anlaşıqlı formada rəhbər 
prinsipləri versiyasının hazırlanması 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: Mütəmadi 
 
Ölçmək  üçün  indikatorlar:  Dövlət  orqanlarının  fəaliyyətlərini 
tənzimləyən qanunverici aktların sadə və anlaşıqlı formada rəhbər 
prinsipləri versiyasının hazırlanması 
Metodoloji əsas:  
2 – rəhbər prinsiplər sadə və anlaşıqlı formada hazırlanmışdır 


32 
 
1  –  rəhbər  prinsiplərin  işlənilməsi  ilə  bağlı  fəaliyyətlər  aparılsa 
da onun qəbul olunması ləngiyir 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb 
 
İcra vəziyyəti 
Monitorinq balı: 1 
(Rəhbər prinsiplərin işlənilməsi ilə bağlı fəaliyyətlər aparılsa da, 
onun qəbul olunması ləngiyir) 
 
Qiymətləndirmə  metodologiyası  dövlət  orqanlarının 
fəaliyyətini  tənzimləyən  qanunverici  aktların  sadə  və  anlaşıqlı 
formada  rəhbər  prinsipləri  versiyasının  hazırlanmasının  sorğular 
vasitəsi  ilə  müəyyənləşdirilməsini  nəzərdə  tutur.  Monitorinq 
zamanı müvafiq  dövlət orqanlarına  göndərilmiş sorğulara verilən 
cavablarda  əksər  dövlət  orqanları  fəaliyyətini  tənzimləyən 
qanunverici  aktların  sadə  və  anlaşıqlı  formada  versiyalarının 
hazırladıqlarını bildiriblər.  
 
Lakin,  çox  az  dövlət  orqanlarının  saytlarında  bu  cür 
informasiyalar yerləşdirilib. Bu isə, belə nəticəyə gəlməyə imkan 
verir  ki,  dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən  qanunverici 
aktların  sadə  və  anlaşıqlı  formada  rəhbər  prinsiplərin  işlənilməsi 
ilə bağlı fəaliyyətlər aparılsa da, onun qəbul olunması ləngiyir. 
 
2.4.2.  Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları 
onların  fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları 
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir. 
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: Mütəmadi 
 


33 
 
Ölçmək  üçün  indikatorlar:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları  onların  fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları 
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir. 
 
Metodoloji əsas:  
3  –  Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  70  faizindən 
çoxu  onların  fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları  sadə 
və anlaşıqlı dildə tərtib və dərc etmişdir. 
2 – Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən 70 
faizə qədəri onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları 
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir.  
1-Mərkəzi  və yerli icra  hakimiyyəti orqanlarının 20 faizindən azı 
onların  fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları  sadə  və 
anlaşıqlı dildə tərtib və dərc etmişdir. 
0-Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  heç  biri  onların 
fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları  sadə  və  anlaşıqlı 
dildə dərc etmir. 
 
İcra vəziyyəti 
Monitorinq balı: 1 
(Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  20  faizindən  azı 
onların  fəaliyyətlərini  tənzimləyən  qanunverici  aktları  sadə  və 
anlaşıqlı dildə tərtib və dərc etmişdir
 
Monitorinqin  metodologiyası  mərkəzi  və  yerli  icra 
hakimiyyəti  orqanları  onların  fəaliyyətlərini  tənzimləyən 
qanunverici aktları sadə və anlaşıqlı dildə tərtib və dərc edilməsini 
ölçməyin  vasitəsi  kimi  sorğuları  nəzərdə  tutur.  Müvafiq  dövlət 
orqanları  tərəfindən  bu  məsələ  barəsində  sorğulara  verilən  əksər 
cavablarda  onların  fəaliyyətini  tənzimləyən  qanunverici  aktları 
sadə və anlaşıqlı dildə tərtib və dərc etdiklərini bildiriblər
11
.  
                                                           
11
  Nümunələr: Vergilər Nazirliyi: http://taxes.gov.az/modul.php?name=e-xidmetler, 
http://taxes.gov.az/modul.php?lang=&name=birpencere&bolme=legal, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə