Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   2   3   4   5   6   7   8   9   ...   28

20 
 
təkmilləşdirilməsinə hazırlıq işləri gedir. 
0-planlaşdırılan  tədbirlərin  reallaşdırılmasını  təsdiq  edən  hallar 
aşkara çıxarılmayıb. 
 
Metodoloji əsas (1.3.2 üzrə): 
3  –  Azərbaycan  Respublikası  Ombudsmanının  səlahiyyətli 
əməkdaşlarının 70 faizindən çoxu xüsusiləşdirilmiş təlimlərə cəlb 
olunmuşdur. 
2- 
Azərbaycan  Respublikası  Ombudsmanının  səlahiyyətli 
əməkdaşlarının  20  faizindən  çoxu,  70  faizindən  azı 
xüsusiləşdirilmiş təlimlərə cəlb olunmuşdur. 
1  –  Azərbaycan  Respublikası  Ombudsmanının  səlahiyyətli 
əməkdaşlarının  20  faizindən  azı  xüsusiləşdirilmiş  təlimlərə  cəlb 
olunmuşdur. 
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar 
aşkara çıxarılmayıb. 
 
İcra vəziyyəti 
1.3.1 üzrə: 
Monitorinq balı: 1 
(Azərbaycan  Respublikası  Ombudsmanının  strukturlarının 
təkmilləşdirilməsinə hazırlıq işləri gedir) 
 
İnsan  Hüquqları  üzrə  Müvəkkilə  (Ombudsmana) 
göndərilən  sorğuya  verilən  cavabdan  aydın  olur  ki,  əvvəlki 
hesabat  dövründən  bəri  vəziyyət  dəyişməyib.  Belə  ki, 
Ombudsmanın  2012-ci  il  üzrə  illik  hesabatında  qeyd  olunur: 
“Müvəkkil  tərəfindən  aparatın  strukturunda  yaradılması  nəzərdə 
tutulmuş 
“İnformasiya 
təminatı 
məsələləri 
şöbəsi”nin 
vəzifələrinin, strukturunun və ştat cədvəlinin layihəsi hazırlanmış, 
ştat  sayının  təsdiq  edilməsi  məqsədilə  Nazirlər  Kabinetinə 
ünvanladığı müraciətlər müsbət dəyərləndirilmiş, məsələnin 2012-


21 
 
ci ildə həlli və maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə 
tapşırıq verilmiş, lakin hələ də öz həllini tapmamışdır. 
 
Ştat 
vahidlərinin 
və 
maddi-texniki 
resursların 
ayrılmamasının  nəticəsidir  ki,  təsisat  informasiya  təminatı 
hüququnun təmin edilməsi üzrə fəaliyyətini zəruri səviyyədə qura 
bilməmiş  və  məhz  bu  səbəbdən  də  davamlı  olaraq  tənqidlərə 
məruz  qalmaqdadır.  Məlumat  üçün  qeyd  edilməlidir  ki, 
Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  5  sentyabr 
tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin 
təşviqinə  dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı”nın 
1.3-cü  bəndində  «İnformasiya  əldə  etmək  haqqında»  Azərbaycan 
Respublikası  Qanununun  tələblərinin  icrasına  nəzarətin  həyata 
keçirilməsi  məqsədi  ilə  Müvəkkil  aparatının  strukturunun 
təkmilləşməsi  nəzərdə  tutulmuşdur.”  Bu  il  göndərilən  cavabda 
qeyd olunur ki, qeyd edilən ştat vahidləri ilə bağlı Ombudsmanın 
təklifinə dair hər hansı qərar qəbul edilməyib.  
 
1.3.2 üzrə: 
Monitorinq balı: 0 
(Planlaşdırılan  tədbirlərin  reallaşdırılmasını  təsdiq  edən 
hallar aşkara çıxarılmayıb) 
 
Ombudsman aparatında müvafiq şöbənin ştat vahidləri və 
maddi-texniki  resurslar  ayrılmasa  da,  Ombudsman  aparatının 
məsul  şəxslərinə  informasiya  azadlığı  ilə  bağlı  təlimlər  təşkil 
olunub
8
.  Lakin  bu  zaman  yenə  də,  müvafiq  şöbənin  ştat 
vahidlərinin  sayı  müəyyən  olunmadığı  üçün  hansı  nisbətdə 
əməkdaşın  təlimə  cəlb  olunduğunu  müəyyənləşdirmək  mümkün 
                                                           
8
 Təəssüf ki, Ombudsman aparatından sorğumuza verilən cavabda və qurumun İnternet 
resursunda da təlimin kimlərə keçilməsi, onların məzmunu, gündəliyi və gələcəkdə belə 
təlimlərin kimlərə və nə zaman keçirilməsi ilə bağlı detallı məlumatlar açıqlanmır. Bu 
baxımdan, onlar əlçatan deyil. 


22 
 
olmayıb. Ona görə də bu bənd üzrə nəticə 0 balla qiymətləndirilib. 
 
2-ci istiqamət:  
Dövlət orqanlarının öz fəaliyyətləri barəsində ictimaiyyətə 
müntəzəm məlumat verməsi 
ORTA BAL: 1.5  
 
2.1  Dövlət  orqanlarının  öz  fəaliyyətləri  barəsində  məlumatları 
mütəmadi, 
yenilənmiş 
əsaslarla 
internet 
səhifələrində 
yerləşdirməsi  
 
Məsul  dövlət  orqanları:  Mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanları 
İcra müddəti: Mütəmadi 
 
Ölçmə 
üçün 
indikatorlar: 
Fəaliyyətləri 
barəsində 
informasiyaları  müntəzəm  olaraq  saytda  yerləşdirən  dövlət 
orqanlarının sayı 
 
Metodoloji əsas:  
3  –  Mərkəzi  və  yerli  icra  orqanlarının  70  faizindən  çoxu  öz 
fəaliyyətləri  barəsində  informasiyaları  müntəzəm  olaraq  saytda 
yerləşdirir. 
2  –  Mərkəzi  və  yerli  icra  orqanlarının  20  faizindən  çoxu,  70 
faizindən azı öz fəaliyyətləri barəsində informasiyaları müntəzəm 
olaraq saytda yerləşdirir. 
1 – Mərkəzi və yerli icra orqanlarının ən azı 20 faizinə qədəri öz 
fəaliyyətləri  barəsində  informasiyaları  müntəzəm  olaraq  saytda 
yerləşdirir. 
0  –  Mərkəzi  və  yerli  icra  orqanlarının  heç  biri  öz  fəaliyyətləri 
barəsində informasiyaları müntəzəm olaraq saytda yerləşdirmir. 
 
İcra vəziyyəti 


23 
 
Monitorinq balı: 2 
(Mərkəzi  və  yerli  icra  orqanlarının  20  faizindən  çoxu,  70 
faizindən azı öz fəaliyyətləri barəsində informasiyaları müntəzəm 
olaraq saytda yerləşdirir) 
 
Monitorinqə  cəlb  olunmuş  mərkəzi  və  yerli  icra 
hakimiyyəti  orqanlarının  sayı  çox,  informasiyanın  açıqlanmasına 
münasibətdə  mövqeləri  fərqli  olduğu  kimi,  qurumlar  arasında 
informasiya  bərabərsizliyi  də  dərindir.  Odur  ki,  bu  qurumları 
ümumi  olaraq  xarakterizə  etmək,  ölçmək  müəyyən  çətinlik 
yaradır.  Mərkəzi  icra  hakimiyyəti  orqanlarında  icraatın  vəziyyəti 
yerli  icra  hakimiyyəti  orqanlarının  durumu  ilə  müqayisədə  xeyli 
irəlidədir və özündə müsbət amilləri ehtiva edir.  
 
Monitorinq  dövründə  48  mərkəzi  icra  hakimiyyəti 
orqanları  və  onlara  bərabər  tutulan  qurumların  və  46  yerli  icra 
hakimiyyəti 
orqanının 
fəaliyyətləri 
qiymətləndirilib. 
Qiymətləndirmə  zamanı  qurumlara  göndərilən  sorğuların 
cavabları nəzərə alınıb həmin qurumların rəsmi internet səhifələri 
nəzərdən keçirilib, o cümlədən axtarış sistemləri vasitəsi ilə həmin 
qurumlar  üzrə  sosial  və  internet  mediasının  məlumatları 
dəyərləndirilib.  
 
İnformasiya sahibi olan bu qurumların sorğulara cavabları 
və informasiya açıqlığına reaksiyaları ciddi şəkildə fərqlənir. Həm 
mərkəzi,  həm  də  yerli  icra  hakimiyyəti  orqanları  arasında 
şəffaflığa  önəm  verən,  sorğulara  əhatəli  və  qanuna  müvafiq 
reaksiya  verənlərlə  (Rabitə  və  İnformasiya  Texnologiyaları 
Nazirliyi,  Təhsil  Nazirliyi,  Tələbə  Qəbulu  üzrə  Dövlət 
Komissiyası,  Dövlət  Statistika  Komitəsi,  Qiymətli  Kağızlar  üzrə 
Dövlət  komitəsi,  Vergilər  Nazirliyi,  Binəqədi  Rayon  İcra 
Hakimiyyəti,  İsmayıllı  Rayon  İcra  Hakimiyyəti  və  sair)  yanaşı, 
informasiyanı  verməkdə  maraqlı  olmayan,  qapalı  qurumlara  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə