Azərbaycan Xalq Cümhuriyyəti – 100



Yüklə 489,7 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix08.09.2018
ölçüsü489,7 Kb.
#67516
1   ...   8   9   10   11   12   13   14   15   16

38 

 

 



Əlavələr 

Əlavə 1. 

 

Azərbaycan Xalq Cümhuriyyətinə abidə  

ucaldılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

1918-


ci  il  mayın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yaradılması  Azərbaycan  xalqının  həyatına  böyük  və  əlamətdar 

hadisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz 

bayramlarından biri – Respublika günü kimi təntənə ilə qeyd edir. 

Azərbaycanda  müstəqil,  azad,  demokratik  respublika  qurmaq 

məqsədini  öz  qarşısına  qoymuş  Azərbaycan  Xalq  Cümhuriyyəti 

cəmi  23  aylıq  fəaliyyəti  dövründə  xalqın  milli  mənlik  şüurunu 

özünə  qaytarmış,  onun  öz  müqəddəratını  təyin  etməyə  qadir 

olduğunu əyani şəkildə nümayiş etdirmişdir.  

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstər-

miş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quru-

cu

luğu,  iqtisadiyyat,  mədəniyyət,  təhsil,  hərbi  quruculuq  və  sair 



sahələrdə  həyata  keçirdiyi  işlər  xalqımızın  tarixində  dərin  iz 

buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin-

də  süqut  etsə  də,  onun  aşılamış  olduğu  müstəqillik  hissləri 

xalqımızın yaddaşından heç vaxt silinməmişdir.  

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa 

etdikdən  sonra  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ideallarını 

davam  etdirərək  bu  tarixi  varislik  üzərində  yeni  müstəqil 

Azərbaycan dövlətini yaratmışdır.  

Azərbaycan  Xalq  Cümhuriyyətinin  Azərbaycan  xalqının 

dövlətçilik  tarixində  mühüm  yer  tutduğunu  nəzərə  alaraq,  onun 

adının əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:  

1.Bakı  şəhərində  Azərbaycan  Xalq  Cümhuriyyətinə  abidə 

ucaldılsın.  



39 

 

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı 



şəhər İcra Hakimiyyəti Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə 

Azərbaycan Xalq Cümhuriyyətinə abidənin layihələşdirilməsi və 

ucaldılmasını Cümhuriyyətin 85 illik yubiley ili olan 2003-cü ilin 

sonuna qədər təmin etsinlər.  

3. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti: 



 

Azərbaycan Xalq Cümhuriyyətinə abidənin layihələşdiril-



məsinin  və  ucaldılmasının  maliyyələşdirilməsi  məsələsini  həll 

etsin; 


 

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 



4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  

 

Heydər Əliyev, 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 1 fevral 2003-cü il 

№ 1138 


40 

 

Əlavə 2 



 

AXC-

nin əsas tarixlərinin xronologiyası 

 

1918, 27 may 

Azərbaycan Milli Şurasının təşkili 



1918, 28 may 

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi 

Azərbaycanın istiqlaliyyəti haqqında Aktın 

(Əqdnamə) qəbul edilməsi 



1918, 28 may -  

17 iyun 

Fətəli xan Xoyskinin başçılığı altında I hökumət 

kabinetinin fəaliyyət dövrü 

1918 ,4 iyun 

Batumda Azərbaycan və Osmanlı hökumətləri 

arasında Sülh və Dostluq müqaviləsinin imzalanması 

1918, 5 iyun 

Türk ordusunun Yelizavetpola (Gəncəyə) daxil 

olması 

1918, 16 iyun 

Azərbaycan Cümhuriyyəti Milli Şurasının və 

hökumətinin Tiflisdən Gəncəyə köçməsi 

1918, 17 iyun 

Milli Şuranın buraxılması 



1918, 17 iyun- 

7 dekabr 

Fətəli xan Xoyskinin başçılığı altında II hökumət 

kabinetinin fəaliyyət dövrü 

1918, 23 iyun 

Azərbaycanda hərbi vəziyyətin elan edilməsi 



1918, 26 iyun 

Müsəlman korpusunun Azərbaycan korpusuna 

çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar 

qəbul etməsi. Azərbaycan Milli Ordusunun 

yaradılması 

1918, 26 iyun 

Zaqatala quberniyasının yaradılması 



1918, 27 iyun 

Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı 

Soveti qoşunları üzərində qələbəsi 

1918, 27 iyun 

Azərbaycan (türk) dilinin Azərbaycan 

C

ümhuriyyətinin dövlət dili elan edilməsi 



1918, 10 iyul 

Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad 

etməsi 



41 

 

1918, 11 iyul 

Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında 

qərar qəbul etməsi 



1918, 25 iyul 

Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət 

edilməsi haqqında qərarın qəbul edilməsi 

1918, 30 iyul 

Çar Rusiyasının istilası zamanı Yelizavetpol 

adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa 

edilməsi 



1918, 31 iyul 

Bakı Xalq Komissarları Şurasının süqutu 



1918, 1 avqust 

Sentrokaspi Diktatura

və Fəhlə, Əsgər Deputatları 

Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə 

hökumətinin təşkili 

1918, 4 avqust 

İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi 



1918, 28 avqust 

Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər 

Şurasının qərarı 

1918, 4 sentyabr 

İngilis qoşunlarının Bakını tərk etməsi 



1918, 15 

sentyabr 

Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi 



1918, 17 

sentyabr 

Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması 



1918, 5 oktyabr 

Azərbaycan hökumətinin neft sənayesinin 

dövlətsizləşdirilməsi haqqında qərarı 

1918, 18 

oktyabr 

Bakı şəhərində "Türk Ocağı" cəmiyyətinin yaranması 



1918, 30 

oktyabr 

Türkiyə və Antanta ölkələri arasında Mudros sülh 

müqaviləsinin imzalanması 

1918, 1 noyabr 

Hərbi Nazirliyin təsis edilməsi 



1918, 9 noyabr 

Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı 

haqqında qanunun qəbul edilməsi 

1918, 16 noyabr 

Azərbaycan Milli Şurasının bərpası;  

Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa 

köçürülməsi 




Yüklə 489,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə