Azərbaycan Xalq Cümhuriyyəti – 100



Yüklə 489,7 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix08.09.2018
ölçüsü489,7 Kb.
#67516
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 



 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100  

 

(Metodik 



tövsiyələr) 

 

 

 

 

 

 

Respublikanın  kütləvi və  ixtisaslaşdırılmış 

kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana 

Sisteml

əri üçün metodik tövsiyələr 

 

 

 

 

 

 

 

 

Bakı - 2018 

 



 

T



ərtibçi: 

 

 

N.

Alışova 

 

 



 

 

 

Elmi redaktor: 

 

K.M.Tahirov, 

professor, 

Əməkdar mədəniyyət işçisi 

 

Redaktor:  

 

 

A.Abdullayeva  

 

 

 

 



 

 

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100: metodik tövsiyələr 

/t

ərt.  ed.  N.Alışova;  elmi red.  K.Tahirov;  red.  A.Abdullayeva.- 



Bakı, 2018.- 57 s. 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 



 

 

©Az

ərbaycan Milli Kitabxanası, 2018 

 

 




 

Azərbaycan Xalq Cümhuriyyətinin 



100 illik yubileyi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

2018-


ci  il  may  ayının  28-də  müsəlman  Şərqində  ilk  parla-

ment


li respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaran-

ma

sının 100 illiyi tamam olur.  



Qədim  və  zəngin  dövlətçilik  ənənələrinə  malik  Azərbaycan 

xalqı  keçmişinin  müəyyən  dövrlərində  tarixin  hökmü  ilə  böyük 

impe

riyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azər-



bay

can Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yeni-

dən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllə-

rin


də Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin 

məntiqi yekunu kimi meydana çıxmışdır. 

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının 

yayılması  ilə  Azərbaycanda  baş  vermiş  köklü  ictimai-siyasi  və 

mədəni  dəyişikliklər  yeni  tipli  teatrın,  məktəbin  və  mətbuatın 

yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün 

zəmin  hazırladı.  Abbasqulu  ağa  Bakıxanov  və  Mirzə  Fətəli 

Axund


zadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy 

Zərdabi,  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər  Sabir,  Əli  bəy 

Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli 

məfkurənin  təşəkkülü  və  inkişafına  mühüm  təsir  göstərirdilər. 

Həmin dövrdə  güclü  sahibkarlar  təbəqəsinin  formalaşdığı  neft 

şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi 

ictimai-

siyasi  fikir  mərkəzinə  çevrilmişdi.  Rusiyanın  Dövlət  du-

ma

larına  və  Müəssislər  məclisinə  seçilmiş  azərbaycanlılar  müs-



təmləkədən  azad,  demokratik  dövlət  sistemi  yaratmağa  hazır 

idilər. 


Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşe-

vik


lərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində 

mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı döv-

lətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gər-



 

gin



ləşdirdiyi  belə  bir  şəraitdə  Azərbaycanın  tərəqqipərvər  siyasi 

elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. 

1918-

ci  il  may  ayının  28-də  Azərbaycanın  müstəqilliyini 



bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azər-

bay


can  Xalq  Cümhuriyyəti  öz  üzərinə  götürdüyü  çətin  tarixi 

vəzifəni  imkanlarının  ən  son  həddində  çalışaraq  şərəflə  yerinə 

yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı 

təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni 

və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculu-

ğu  sahəsində  ciddi  tədbirlər  həyata  keçirildi.  Ölkənin  ərazi 

bütövlüyü  və  milli  təhlükəsizliyi  təmin  edildi,  qısa  müddətdə 

yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə 

və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maari-

fin  və  mədəniyyətin  inkişafına  xüsusi  diqqət  yetirildi,  Azər-

baycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın 

sonrakı  illərdə  mədəni  yüksəlişi  üçün  zəmin  hazırlayan,  ictimai 

fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanla-

rın bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhu-

riyy


əti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, 

dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamen-

ti

nin  il  yarımlıq  fəaliyyəti  boyunca  qəbul  etdiyi  qanunlar  milli 



dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi 

inkişafa,  mədəniyyət  və  maarif  sahələrində  sürətli  irəliləyişə 

imkan  verdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  daim  sülhsevər 

siya


sət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri 

yarat


mağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında 

müna


sibətlər  qurmağa  cəhd  göstərirdi.  Dünya  birliyi  tərəfindən 

tanınmış  Xalq  Cümhuriyyətinin  fəaliyyəti  sayəsində  Azərbayca-

nın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayın-

dakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dün-

ya

nın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 



Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün 

qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta 




Yüklə 489,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə