Azərbaycan Xalq Cümhuriyyəti – 100



Yüklə 489,7 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix08.09.2018
ölçüsü489,7 Kb.
#67516
1   2   3   4   5   6   7   8   9   ...   16

 

uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unu-



dul

madı.  Azərbaycan  xalqı  ötən  dövr  ərzində  milli  dövlətçilik 

atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider 

Heydər  Əliyevin  respublikada  uğurla  gerçəkləşdirdiyi  siyasət 

xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik 

şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müs-

təqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqi-

qətə çevrilməsinə zəmin yaratdı. 

1991-

ci  ildə  müstəqilliyinin  bərpasına  nail  olarkən  müasir 



Azərbaycan  Respublikası  özünün  qədim  dövlətçilik  ənənələrinə 

sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi 

varisi  olmaqla  onun  üçrəngli  bayrağını,  gerbini,  himnini  qəbul 

etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May 

gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd 

edir. 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-

nin 32-


ci  bəndini  rəhbər  tutaraq,  milli  dövlətçilik  salnaməsini 

müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriy-

yətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi 

ilə qərara alıram: 

1.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılmasının  100 

illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin. 

2. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbay-



can  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyinə  həsr  olunmuş 

tədbirlər planını hazırlayıb həyata keçirsin. 

3.  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  Azərbaycan 

Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi 

münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 may 2017-ci il 

 

 

 



 

 



2018-ci ilin 

Azərbaycan Respublikasında 

“Azərbaycan  Xalq Cümhuriyyəti İli”  

elan 

edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

1918-ci il 



mayın 28-də Azərbaycan xalqının həyatında misil-

siz 


hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respub-

lika  olan 

Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki 

ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət 

quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər 

qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndir-

məklə  respublikanın  gələcək  müstəqilliyi  üçün  etibarlı  zəmin 

hazırlamışdır. 

2018-

ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranması-



nın 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət 

səviyyəsində  layiqincə  qeyd  edilməsi  məqsədilə  Azərbaycan 

Respublikası  Prezidentinin  “Azərbaycan  Xalq  Cümhuriyyətinin 

100 illik yubileyi 

haqqında” 2017-ci il 16 may tarixli 2867 nöm -

rəli  Sərəncamına  əsasən,  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə  müvafiq  tədbirlər  planının  hazırlanıb  həyata 

keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq 

Cümh

uriyyətinin  yaranmasının  100-cü  ildönümü  ilə  əlaqədar 



ölkədə  və  ölkə  xaricində  silsilə  tədbirlərin  həyata  keçirilməsi 

nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi -

nin 32-


ci bəndini rəhbər tutaraq qərara alıram: 

2018-ci il 

Azərbaycan  Respublikasında  “Azərbaycan  Xalq 

Cümhuriyyəti İli” elan edilsin. 

  

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 10 yanvar 2018-ci il 



 

 



 

 

 

T

ərtibçidən 

 

Metodik 


vəsaitdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 

fəaliyyəti, AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolunun 

təbliği ilə bağlı kitabxanalarda müvafiq tədbirlərin keçirilməsinə 

kömək  məqsədilə  tövsiyələr  verilmişdir.  Əlavələr  bölməsində 

Azərbaycan  Xalq  Cümhuriyyəti  haqqında  görkəmli  şəxslərin 

çıxışlarından sitatlar, mövzu ilə əlaqədar rəsmi sənədlər, xronolo-

ji  məlumatlar,  istifadə  olunmuş  ədəbiyyat  siyahısı  təqdim  olun-

muşdur. 


Nəşrlə  bağlı  rəy  və  təkliflərini  Milli  Kitabxanaya  göndərən 

mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildi-

ririk. 

 

Ünvan: AZ-

1000 Bakı şəh., Хaqani küç. 57 



Е-mail: metodik@anl.az 


 

 



 

Kitabxanalarda Az

ərbaycan Xalq Cümhuriyyətinin 

100 illik yubileyi il

ə bağlı görüləcək işlər 

 

1918-1920-ci ill

ərdə mövcud olmuş Azərbaycan Xalq Cüm-

huriyy


əti (AXC) tariximizin ən şərəfli bir dövrünü təşkil edir. 

1918-ci il may 

ayının  28-də  Tiflis  şəhərində  Azərbaycan 

müst


əqil dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıl-

ması elan olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il 

may 

ayının 28-dən 1920-ci il aprel ayının 28-dək olan müddətdə - 



c

əmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər 

h

əyata keçirilmişdir. Bu dövlətin  yaradıcıları  olan  Məmməd 



Əmin  Rəsulzadə,  Fətəli  xan  Xoyski,  Nəsib bəy  Yusifbəyli

Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecə-

ni gündüz

ə qataraq, milli dövlətçiliyimizin əsaslarını möhkəmlən-

dirdil

ər. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası 



Az

ərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannamə-

si” q

əbul etmişdir. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk 



Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbay-

can dövl


ətçiliyi Xalq Cümhuriyyəti formasında elan olunmuşdur. 

Bu hüquqi v

ə  siyasi sənəddə  müstəqil Azərbaycan dövlətinin 

yarandığı  bəyan  edilmiş,  onun  hakimiyyətinin  şamil  olunduğu 

ərazinin  hüdudları  müəyyənləşdirilmiş,  həmçinin dövlətin  əsas 

f

əaliyyət prinsipləri öz əksini tapmışdır.  



Öz xalqının  milli şüurunu bərpa edən, ana dilini dövlət dili 

elan ed


ən, mənəvi dəyərlərini  qorumağı  vacib  bilən,  inkişafa, 

t

ərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli 



gerb kimi vacib dövl

ət atributlarını yaradan, vətəndaşların hüquq-

la

rını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk 



parlamentli respublika quran, milli ordumuzu 

ərsəyə  gətirən, ali 

t

əhsil ocağı təsis edən, gəncləri xaricə təhsil almaq üçün göndə-



r

ən, mətbuatın  inkişafına  yardım  edən məhz Azərbaycan  Xalq 

Cümhuriyy

əti idi. 




Yüklə 489,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə