Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə5/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   2   3   4   5   6   7   8   9   ...   156

15

Musanın mübarizə etdiyi üsyan və basqınlar məsələsini yenidən

nəzərdən keçirək

1

.



Qeyd etmək lazımdır ki, Ç.Dovsett tərəfindən nəşr edilmiş

"Tarix" K.Patkanovun nəşrindən əsaslı surətdə fərqlənir. K.Patkanov

J.Şaxatuniyə məxsus təkcə bir əlyazmasının surətindən köçürülmüş

materialdan istifadə edərək "Tarix"i rus dilinə tərcümə etmişdir.

Ç.Dovsett isə "Tarix"i ingilis dilinə tərcümə edərkən dünyanın kitab

saxlanılan müxtəlif yerlərində və xüsusi kitabxanalarda olan, demək

olar ki, bütün əlyazmalarını (40-a yaxın), həmçinin nəşr olunmuş

mətnləri bir-biri ilə tutuşdurmuşdur. Buna görə də, nə qədər ki,

"Tarix"in tənqidi mətninin rus dilinə tərcüməsi çap olunmayıb, ən

yaxşısı, tədqiqat üçün Ç.Dovsettin nəşrindən istifadə etməkdir.

Tədqiqatımızda istifadə etdiyimiz eyni dərəcədə mühüm

mənbələrdən biri də Sebeosun "İmperator İraklın tarixi"dir

2

. Bu


əsərdə Sebeosun şərhinin əsasını  ərəb istilalarının şahidi olmuş

adamların dilindən şərh edilən hadisələr təşkil edir; Sebeos VII əsrin

birinci yarısında baş vermiş hadisələri təsvir edərkən yazır: "Biz

bütün bunları taciklərin (ərəblərin) əsir apardıqları adamlardan

eşitmişik. Bunların hamısını onlar bir şahid kimi özləri danışırdılar"

3

.



Sebeos öz əsərində Sasanilər tarixinin qısa xülasəsini verir.

Sebeos imperator İraklın Azərbaycan ərazisinə hərbi səfərlərinə

xüsusi diqqət yetirmiş, ərəblər tərəfindən istila olunmuş Zaqafqaziya

ölkələrində islam dininin yayılması məsələsinə də çox yer vermişdir.

Sebeos öz "Tarixi"nin eramızın 661-ci ilində, xəlifə Müaviyənin

hakimiyyət başına gəlməsi ilə  əlaqədar olan hadisələrin təsviri ilə

qurtarır.

1

Z.M.Bünyadov. Bir daha Moisey Kalankatuklunun "Ağvan tarixi"nin nəşr



olunmamış səhifələri haqqında, səh. 3-9.

2

К.П.Патканов. Библиографический  очерк  армянской  исторической



литературы. СПб., 1880, стр. 36-38.

3

История императора Иракла, стр. 122.




16

Gevondun "Xəlifələr tarixi"

1

 əsəri də bizim tədqiqatımız üçün



çox faydalı olmuşdur. Bu əsər müəllifin özünün bilavasitə şahidi və

müasiri olduğu VIII əsrin son rübündəki hadisələrinin şərhi ilə bitir.

Gevondun bütün "Tarix"i təxminən 127 il ərzində: Müaviyənin

xəlifəliyə başlamasından (661) katolikos Stepannosun seçildiyi

ilədək (788) olan dövrdə Zaqafqaziyada baş vermiş hadisələri əhatə

edir. Bu əsərdə Gevond ərəblərin yalnız talan məqsədilə və islamı

yaymaq üçün Azərbaycan və Ermənistana ilk hücumlarından danışır;

daha sonra ərəblərin albanları, erməniləri və Qafqazın digər

xalqlarını özlərinə tabe etmələrindən, onların ermənilər, yunanlar

xəzərlərlə etdikləri müharibələrdən bəhs edir. "Tarix"in bu hissəsində

Gevondun verdiyi məlumat xüsusilə maraqlıdır; çünki burada o,

xəzərlər haqqında başqa mənbələrdən bizə məlum olmayan tarixi

təfsilatlardan xəbər verir

2

.



Gevond öz "Tarixi"ndə Zaqafqaziya xalqları barəsində

ərəblərin yeritdikləri siyasəti izah edir, öz ağalıqlarını

möhkəmləndirmək üçün ərəblərin dağılmış  şəhərləri bərpa

etmələrindən, yeni qala divarları tikmələrindən, dayaq məntəqələri

yaratmalarından, yeni şəhərlər salmalarından, ərəblər zamanında

ticarətin tərəqqisindən danışır. Gevondun "Tarix"i VII- VIII əsrlərdə

Zaqafqaziya, Bizans və Xəzər xaqanlığının iqtisadi vəziyyətini

öyrənənlər üçün də maraqlıdır.

Bu "Tarix"də bütün hadisələr xəlifələrdən Əbu Bəkr, Ömər və

Osmanın fəaliyyəti ilə  əlaqədar surətdə  şərh olunur. Azərbaycanda

baş vermiş tarixi hadisələrin izahı Gevondun vəzifəsinə bilavasitə aid

olmasa da, Gevond həmin hadisələrdən kənarda qalmır. "Tarix"də

Azərbaycan ərazisinə xəzərlərin dağıdıcı qəfıl hücumlarından parlaq

səhnələr təsvir edilir.

Katolikos VI İohan Drasxanakertlinin (897-925) "Ermənistan

tarixi"ndə Ermənistanda Sacilər sülaləsi nümayəndələrinin fəaliyyəti

1

K.П.Патканов. Библиографический  очерк  армянской  исторической



литературы. СПб., 1880, стр. 33-34.

2

К.П.Патканов. Предисловие к "Истории халифов вардапета Гевонда”.



СПб., 1882, стр. VII; yenə onun: Библиографический очерк…, стр. 34


17

haqqında geniş məlumat vardır. Təsvir etdiyi hadisələrin demək olar

ki, hamısının iştirakçısı olan katolikos VI İohan Sacilərin Ermənistan

səfərlərindən, yerli hakimlərlə, xüsusilə Baqratilərlə onların siyasi

əlaqələrindən ətraflı danışır

1

.



X əsr müəllifi Foma Artsruninin "Artsruni xanədanının tarixi”

2

əsərində bizi "Sanarlar arasında nələr baş verdiyi haqqında" 10-cu



fəsil maraqlandırır.

Sanar tayfaları hələ IX əsrdə Arranın şimal hissəsində qəbilə

icmaları  şəklində yaşayırdılar: heç bir yadelli hakimiyyət tanımır,

Buğanın komandası altında olan ərəb qoşunlarına qarşı rəşadətlə

vuruşurdular. Adı çəkilən fəsildə Beyləqan hakimi knyaz Yesai Əbu

Musa ilə xilafətdən ayrılmış Azərbaycan və Gürcüstanı itaət altına

almağa cəhd edən Buğa arasında baş vermiş saysız-hesabsız

vuruşmalar təsvir olunur.

Sacilər dövlətinin tarixini və onlann Ermənistanda yeritdiyi

siyasəti öyrənmək üçün Stepannos Taronskinin (Asogikin) "Ümumi

tarix"

3

 əsərinin üçüncü hissəsində verilən məlumat maraqlıdır. Bu



əsərdə Baqratilər xanədanının 885-ci ildən 1004-cü ilədək 119 illik

tarixi, daha doğrusu, bu sülalənin yeddi nümayəndəsinin hakimiyyət

dövrü təsvir olunur. Yusif ibn Əbu Sacın Ermənistan səfərləri,

Ermənistan, Gürcüstan və Arran ərazilərində müxtəlif sülalələrə qarşı

onun mübarizəsi ətraflı şərh edilir.

Bu göstərilən mənbələrdən əlavə, Babəkin rəhbərliyi ilə

Azərbaycan xürrəmilərinin üsyanına aid məsələlərin, habelə  Şimali

Azərbaycana aid bəzi sosial-iqtisadi məlumatın tədqiqində Vardanın

1

Histoire d'Armenie par le patriarche Jean VI dit Jean Catholios..., Paris,



1841; К.П.Патканов. Библиографический  очерк  армянской  исторической

литературы. СПб., 1880, стр. 35; M.X.Şərifli. Sacilər dövləti, səh. 23.

2

Th. Ardzrouni. X-e S. Histoire des Ardzrouni, tr. par M.Brosset Collection



Historiens Armeniens, t. I, St.-P., 1874 (sonrakı səhifələrdə bu mənbə

Arstruni göstəriləcəkdir). K.P.Patkanov. Sitat gətirilən əsəri, səh. 35-36.

3

Степаннос  Таронский (Acoruk). Всеобщая  история. Ermənicədən



N.Emin tərcümə etmişdir. M., 1864; К.П.Патканов. Sitat gətirilən əsəri, səh. 37-

38.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə