Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə9/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   5   6   7   8   9   10   11   12   ...   156

27

orada heç bir dənizlə  əlaqəsi olmayan Xilat və Kəbuzan göllərinin

təsvirinə qədər dağları, yolları, Araz və Kür kimi şirin sulu çayları

göstərirəm"

1

.

Göründüyü kimi, ibn Havqəlin Azərbaycan haqqında verdiyi



məlumat çox müfəssəl və dürüstdür: bu məlumata etibar etmək olar.

Buna görə də iqtisadi məsələlərin tədqiqində ibn Havqəl və  əl-

İstəxrinin əsərləri başlıca mənbə olacaqdır.

Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn Əbu Bəkr əl-

Müqəddəsi (946-947- 1000-ci illər)

2

 özünün "Əhsən ət-təqasim fı



mərifət əl-əqalim" ("İqlimləri dərk etmək üçün ən yaxşı bölgü")

əsərində  əl-İstəxri və ibn Havqəlin materiallarına əlavə olaraq

Azərbaycan tarixi haqqında bir çox qiymətli məlumat verir.

İ.Y.Kraçkovski qeyd edir ki, əl-Müqəddəsi "ətraflı

düşünülmüş və metodik işi ilə fərqlənir"

3

. Əl-Müqəddəsi oxucuya



müraciətlə yazır: "Bil ki, mən bu kitabı möhkəm bünövrə üzərində

yazıb ona davamlı dayaqlar vermişəm. İmkanım daxilində həqiqəti

yazmağa çalışmışam, ağıllı adamların biliyindən kömək istəmiş və

Allahtaalaya yalvarmışam ki, səhv və nöqsanları məndən uzaq etsin,

məni ümid və təvəkkülə yaxınlaşdırsın. Bu kitabın ən möhkəm

istinadı mötəbər əsası mənim görüb dərk etdiklərim və öyrənib yaz-

dıqlarımdır"

4

.



Əl-Müqəddəsidə rustak və şəhərlərin sayı haqqında məlumata

rast gəlirik ki, başqa coğrafiyaşünasların əsərlərində belə məlumat

yoxdur. Əl-Müqəddəsi Azərbaycanı təsvir edərkən şəhərlərin

topoqrafıyası, salınma tarixi, əhalisi, dili, dini, mədəniyyəti, məişəti,

adətləri sənətkarlığı, ixracat və idxalat malları, suvarma, kənd

təsərrüfatı bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər və nəhayət,

1

İbn Havqəl, BGA, II, 8.



2

Al-Muqaddasi. Ahsan at-taqasim, Fi ma'rifatal aqalim. BGA, II (sonrakı

səhifələrdə bu mənbə  əl-Müqəddəsi göstəriləcəkdir) onun haqqında bax:

C.Brockelmann, GAL, I, 230: SB, S.411.

3

И.Ю.Крачковский. Избр. Соч.,т. IV, стр.



4

Əl-Müqəddəsi. III, 3.




28

yol marşrutları haqqında məlumat verir. Beləliklə, X əsr ərəb

coğrafiyaşünasının klassik inkişaf dövrünü tamamlayan əl-

Müqəddəsinin əsəri Azərbaycanın, həmçinin Abbasilər xilafətinin

tərkibinə daxil olan bir çox başqa ölkələrin iqtisadi tarixinə dair

qiymətli mənbədir.

Azərbaycan haqqında məlumat verən orta əsrlər ərəb

coğrafiyaşünaslarından biri də Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn

İshaq ibn əl-Fəqih əl-Həmədanidir (902-903-cü illərə yaxın

yazmışdır)

1

. Onun "Kitab əl-buldan" ("Ölkələr haqqında kitab"),



yaxud "Kitab əxbar əl-buldan" ("Ölkələr haqqında hekayələr kitabı")

adlı böyük coğrafı külliyyatında hər cür elmi tənqiddən uzaq

hekayələr toplanmışdır ki, bunlarda azacıq da olsa coğrafiyaya,

yaxud coğrafi adlar məsələsinə toxunulur.

Ibn əl-Fəqihin bir növ kompilyativ coğrafi müntəxəbat

xarakterli əsəri demək olar ki, başdan-ayağa digər yazılı mənbələr

(əl-Mədaini, əl-Bəlazuri, əl-Yəqubi, ibn Xordadbeh və başqaları)

əsasında tərtib edilmişdir. Əl-Fəqihin verdiyi məlumat, qismən də

şifahi rəvayətlərə

2

- hadisələrə, əfsanələrə və i.a. əsaslanır. İbn



Xordadbeh kimi ibn əl-Fəqih də Azərbaycanın bəzi şəhərlərinin

cografı təsvirini verərkən Afşinin xürrəmilərlə etdiyi müharibələr

dovründə gördüyü tikinti işlərindən də qısaca danışır.

Xəlifə Mütədidinin hakimiyyəti dövründə  (892-902) yaşamış

Əbu Əli Əhməd ibn Rusta (IX əsrin sonu - X əsrin əvvəlləri) böyük

bir ensiklopedik əsərin müəllifidir: bu əsərin bizə yalnız yeddinci

hissəsi olan "Kitab əl-əlak ən-nəfisə" ("Qiymətli sərvətlər kitabı")

gəlib çatmışdır. İbn Rusta əsərinin coğrafıyaya  dair bölməsində

1

Kitab  al-Buldan,  BGA,  V.  İbn  əl-Fəqih  haqqında  b  a  x:



И.Ю.Крачковский. Избр. Соч., т. IV, cтр. 124-127; В.Р.Розен. Рецензия  на

издание  де  Гуе, стр. 239-248; А.З.Валидов. Мешхедская  рукопмсь  Ибн  ал-

Факихас, стр. 237-248; А.П.Ковалевский. Книга Ахмада ибн Фадлана, стр. 9-

117; C.Brockelmann. GAL, I.

2

Kitab al a'Iaq annafisa, BGA, VII. İbn Rusta haqqında b a x:



И.Ю.Крачковский. Избр. cоч., т. IV, стр. 159-160; C. von Arendonk. Ibn Rosteh.

El. II, 435; C.Brockelmann. GAL, I, 227; SB, 1,406.




29

Məkkə və Mədinənin, sonra digər ölkələrin – əvvəlcə "İslam

aləminin", sonra isə bütün qalan yerlərin təsvirini verir. İbn Rustanın

əsəri başdan-ayağa yazılı mənbələrə - ərəb səyyahlarının və öz

müasiri  olan  alimlərin  əsərlərinə  əsaslanır.  Buna  görə  də  ibn

Rustanm Azərbaycan və Arran haqqındakı məlumatı başqa

mənbələrdən bizə məlum olan materialın təkrarıdır, odur ki, onun

bütün yazdıqlarını kütləvi ədəbiyyat tipinə aid etmək olar.

Arami Əbü-1-Fərəc Kudama ibn Cəfər əl-Katib əl-Bağdadi

(922-948-ci illər arasında vəfat etmişdir)

1

 ibn əl-Furatın vəzirliyi



dövründə nəzarət idarəsinin müdiri ("sahib məclis əz-ziməm"),

ömrünün sonlarında isə "sahib əl-bərid" poçtun müdiri olmuşdur.

"Kitab əl-xərac və sənət əl-kitabə" ("Xərac və katiblik sənəti

haqqında kitab") əsərində Xilafətin bütün vilayətlərindən, o

cümlədən də Azərbaycan və Arrandan gələn vergilər haqqında

məlumat vardır. Bundan başqa, həmin əsərdə poçt marşrutları

göstərilir, poçt xidmətinin təşkili haqqında məlumat və Azərbaycanın

iqtisadi coğrafıyasına dair materiallar verilir.

Kudama vergi məsələlərinə xüsusi fikir verərək, Xilafətin

ayrı-ayrı vilayətlərində vergilərin bölüşdürülməsi və yığılması

sistemini ətraflı təsvir edir, hər bir əyalətdən yığılan verginin dürüst

məbləğini göstərir.

"Kitab əl-xərac" Xilafət divanlarının sənədlərinə  əsaslanır.

Kudama ibn Xordadbehin əsərindən istifadə etdiyi materiala xeyli

əlavələr etmişdir ki, bu da hər iki mənbədə verilən materialları

tutuşdurmağa və bunlardakı rəqəmləri dəqiqləşdirməyə imkan verir.

İbn Xordadbehin, əl-Yəqubinin, ibn əl-Fəqihin, ibn Rustanın

və Kudamanın verdiyi məlumatlar bir sıra hallarda digər

mənbələrdəki materialları təkrar etsə də, onları tamamlayır, yaxud

əlavə yeni məlumatla zənginləşdirir. Bu əsərlərdəki məlumatlarda

1

Kitab al-harag, BGA, VI. Kudama haqqında b a x: И.Ю.Крачковский.



Избр.  Соч.,  т. IV, стр. 160-162; Kudama ibn Cəfərm "Bəlağət" əsəri, səh. 373-

387; C.Brockelmann. Kudama, EI, II, 1158; GAL, I, 228; SB, I, 406-407.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə