Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə4/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   2   3   4   5   6   7   8   9   ...   156

12

Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş

yazır ki, "Tarix"in müəllifi Moisey Dasxuranlıdır və o, "alban

sülaləsi haqqında mükəmməl (kursiv bizimdir - Z.B.) hesabat

yazmışdır"

1

. Kirakos Qandzaketsi Moisey Kalankatuklunu X əsr



müəllifi hesab edir

2

. Görünür ki, N.Akinyan son məlumata



əsaslanaraq bu nəticəyə gəlmişdir ki, "Tarix"in müəllifi yalnız bir

Moisey  olmuşdur.  Lakin  hansı  Moisey?  O  yazır  ki,  "XII  və  XIII

əsrlərdə tarix oxucuları bu naməlum müəllifin kim olduğunu bilmək

istədikdə, təbii olaraq, belə bir nəticəyə gəlirdilər ki, alban tarixçisi

yalnız Albaniya katolikosudur. Əgər belədirsə, onda həmin tarixçi

sonuncu katolikos "Moisey ola bilər" ("Tarix"in sonuna bax)

3

.

Ç.Dovsett belə hesab edir ki, "Kalankatuklu təxəllüsü



Kalankatukdakı Moisey monastırının adından götürülmüşdür.

Dasxuran isə onun doğma kəndidir. Beləliklə, biz belə bir nəticəyə

gələ bilərik ki, Moisey Kalankatuklu və Moisey Dasxuranlı eyni bir

adamdır"


4

. Lakin sonralar Ç.Dovsett Dasxuranlı təxəllüsünə üstünlük

üstünlük verir

5

.



T.İ.Ter-Qriqoryan bu fikirdədir ki, "Tarix"in müəllifi ikidir:

biri VII əsrə qədər baş vermiş hadisələri təsvir edən, daha doğrusu,

Tarix"in ilk iki hissəsinin müəllifi olan Moisey Kalankatuklu, biri də

ona üçüncü hissəni əlavə edən Moisey Dasxuranlı

6

".

Z.İ.Yampolski "Tarix"in N.Akinyan və  Ç.Dovsettin hesab



etdikləri kimi eyni bir Moisey (Kalankatuklu - Dasxurantlı)

tərəfindən tərtib edildiyi, yaxud Moisey adlı iki başqa-başqa müəllif

olduğu məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər

1

Мхитар Гош. Албанская хроника, стр. 8; C.J.F.Dowsett. The Albanian



Chronicle of Mkhitar Gosh. BSOAS, XXl/3, 1958, p. 476.

2

К.Гандзакеци. История, стр.15."Çox qəribədir ki,Vanakanın şagirdi



K.Qandzaketsi Dasxurantlının adını çəkmir. O, ümumiyyətlə, ad çəkmir, sadəcə

olaraq "Ağvan tarixi"ni yazan adam" deyir.

3

N.Akinyan. Sitat gətirilən əsəri, səh. 30.



4

C.J.F.Dowsett. The Albanian Chronicle of Mkhitar Gosh. BSOAS, XXI/3,

1958, p. 476.

5

History, p.XIX.



6

T.İ.Ter-Qriqoryan. Sitat gətirilən əsəri, vər. 91.




13

həqiqətdən uzaqdır, çünki bu vaxta qədər "Tarix"in

tədqiqatçılarından heç biri əsərin əvvəlinə yaxşı diqqət

yetirməmişlər. Halbuki əsərin əvvəli onun müəlliflərinin adını dəqiq

göstərir

1

. Z.İ.Yampolski "Tarix"in VII əsrədək məlumat olan



hissəsinə istinad edir və deyir ki, həmin hissədə hadisələrin şahidi

olan adamın belə bir qeydi vardır. "Bu sözləri yazan mən, Adrian siz

oxuculardan xahiş edirəm ki, mən həqiri xatırlayasınız”

2

.



Z.İ.Yampolskinin fıkrincə, yazının üzünü köçürən adam "Tarix"in ilk

fəsillərindən birinə Adrianın sözlərini heç cür artıra bilməzdi: deməli,

Adrian "Tarix"in ən mötəbər müəlliflərindən biridir

3

. Z.İ.Yampolski



öz nəticəsini əsaslandırmaq üçün Adrianın özü haqqında danışdığı

hissədən yuxarıda gətirdiyimiz ifadəni xatırladır: "Kalankatuk kəndi

həmin Uti vilayətindədir ki, mən özüm də oradanam"(и нмин йУти

гавари йорме ев ес) və sonra da "bizim Albaniya ölkəsində"

4

.

Zənnimizcə, Z.İ.Yampolskinin gətirdiyi dəlillərin əlavə



sübutlara ehtiyacı vardır, çünki "bu sözləri yazan Adrian" yalnız

əsərin üzünü köçürmüş, daha doğrusu, surətçıxaran olmuşdur.

Surətçıxaranın öz adını  əlyazmasma əlavə etməsi adi bir haldır və

əlbəttə, buradan belə bir nəticə çıxarmaq olmaz ki, o, mütləq müəllif

olmalıdır. Bizə belə gəlir ki, "Tarix"in müəllifi məsələsində T.İ.Ter-

Qriqoryanın çıxardığı nəticələrlə razılaşmaq, başqa sözlə, "Tarix"

müəllifinin iki nəfər - Moisey Kalankatuklu və Moisey Dasxuranlı

olduğıınu etiraf etmək lazımdır.

Bəzi tənqidçilər "Tarix" müəlliflərinin əməyini lazımınca

qiymətləndirməyərək, belə hesab etmiş və edirlər ki, həmin əsər

erməni dilində olan müxtəlif mənbələrdən götürülmüş uydurma

məlumat və materiallar məcmusundan ibarətdir. Lakin N.Y.Marr

32

,

1



Z.İ.Yampolski. Sitat gətirilən əsəri, səh. 150.

2

История Агван, стр. 98/72.



3

Z.İ.Yampolski. Sitat gətirilən əsəri, səh. 150-151.

4

История  Агван, стр. 93/70. Müqayisə et. Z.İ.Yampolski. Sitat gətirilən



əsəri.


14

K.Patkanov

1

, K.Şahnazaryan



2

 və  digər  tədqiqatçılar  "Tarix"in

materialını gürcü və erməni dillərində yazılmış müvafıq mənbələrlə

müqayisə etmək yolu ilə belə bir nəticəyə gəlmişlər ki, "Tarix"

Azərbaycan tarixinə dair mühüm bir mənbədir və bu əsərdə  şərh

edilən hadisələr tamamilə səhih və mötəbərdir.

Bizim tədqiqatımız üçün "Tarix"in ikinci və üçüncü hissələri

maraqlıdır. Burada M.Kalankatuklu VII-IX əsrlərdə Azərbaycanın

iqtisadi və siyasi vəziyyəti haqqında zəngin material verir. İkinci

hissədə Mehranilər sülaləsinin Arranda meydana gəlməsi, knyaz

Cavanşirin fəaliyyətini əks etdirən VII əsr hadisələri haqqındakı

məlumat qiymətlidir. "Tarix"in 23 fəsildən ibarət olan üçüncü hissəsi

alban və qriqoryan kilsələrinin qarşılıqlı münasibətlərinə həsr

edilmişdir; burada həmin kilsələrin əsrlərlə davam etmiş

mübarizəsini əks etdirən alban kilsə yığıncaqlarının qanun və

qərarlarına dair material verilir.

"Tarix"in rusca tərcüməsinə daxil olmayıb bir çox

tədqiqatçılara tanış olmayan bir parça xüsusilə maraqlıdır. Hələ

T.İ.Ter-Qriqoryan yazmışdı ki, çatışmayan vərəqlərin "Tarix"in nəşr

olunan mətnlərinə daxil edilməsi Dasxuranlının xronologiyasında

olub bu vaxtadək izah edilməmiş uyğunsuzluqları aradan qaldırır

3

.



Ç.Dovsett də bu cəhətə diqqət yetirmiş və haqlı olaraq göstərmişdir

ki, çatışmayan bu parçanın əhəmiyyətini bütün alimlər etiraf

etməlidirlər

4

. Həmin buraxılmış parçada bu vaxtadək mənşəyi aydın



olmayan alban knyazı Səhl ibn Sumbatın genealogiyası verilir; bu

parça, həmçinin Babəkin ərəb və Bizans mənbələrində göstərilən

əsiralınma tarixini təsdiq edir. Beyləqanlılar (pavlikianlar) haqqında

olan materiallar bizi vadar edir ki, pavlikianlar hərəkatı məsələsini,

habelə Arranda hakimiyyəti ələ keçirməzdən qabaq knyaz Yesai Əbu

1

Y.Mapp. Rus sözü "salo" haqqında, səh. 70-72.



2

 Предисловие к "Истории Агван".

3

K.Şaxnazaryan. M.Kalankatuklunun "Ağvan tarixi"nə müqəddimə. Paris,



1860 (erməni dilində).

4

C.J.F.Dowsett. A.Neglested Passage..., p. 468.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə