Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə3/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   2   3   4   5   6   7   8   9   ...   156

9

idi; bu vəziyyət Ermənistanın 25 katolikosunun hakimiyyəti ərzində,

ta baş yepiskop Avraamadək [davam etmişdir]

1

.



Bu parça (əlavə izahatla birlikdə) "Ağvan tarixi"ndə (1, 9 və

11, 48) verilmişdir: lakin bütün bunlar "Ağvan tarixi"nə  əlavə

edilmiş uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya

"Tarix"in mətnində oxumamışdı ki, (II, 47)

2

 "Albaniya  taxt-tacı



ermənilərinkindən qabaq təsis edilmişdi və bizimlə [ermənilərlə]

həmfikir idi".

Sonralar "Ağvan tarixi"nin adı, Uxtanesin X əsrin sonlarında

tərtib edilən "Gürcülərlə ermənilər arasında kilsə  əlaqələrinin

kəsilməsi tarixi"

3

 əsərində çəkilir. Bu əsərdə həqiqətən mətnlər



uyğun  gəlir. Uxtanes 60-cı fəsildə yazır ki, öz mətnini o, "başqa bir

tarixdən (йайлме  патмут'ене)" götürmüşdür, həm də Uxtanesin

mətni "Ağvan tarixi"nin 47-ci fəslinin II hissəsi ilə

4

 kəlmə-kəlmə düz



gəlir: burasını da qeyd etmək lazımdır ki, "Ağvan tarixi"ndə

Avraamın məktubunun təkcə  şərhi verildiyi halda, Uxtanes həmin

məktubu  daha tam şəkildə sitat gətirir [70-ci fəsil]

5

. Bu isə yalnız



onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam şəkildə istifadə

etmişdir.

Uxtanesin 65-ci fəsildə

6

qeyd etdiyi bəzi təfərrüatlar "Alban



tarixi"ndən "и патмут'ене ивреанц (daha düzgünü агуаниц)", yaxud

"alban tarixçilərindən (патмаграцн  агуаниц)"

7

 götürülmüşdür. Çox



ehtimal ki, bu təfərrüat "Ağvan tarixi"nin II hissəsinin 48-ci fəslindən

deyil, I hissəsinin 6-cı fəslindən götürülmüşdür. Yenə də aydın olur

1

Степаннос  Орбелиан. Патмут'ивн  Сисакан, стр. 279; Histoire de la



Siounie..., p. 161.

2

История Агван, стр. 216-217/174.



3

Ухтанес. История отделения…, II, стр. 122; Deux historiens

Armeniens..., p. 338.

4

Yenə orada.



5

 История Агван, стр. 216-217/174.

6

Ухтанес, стр. 122/345-346; История Агван, стр. 220-221/177.

7

Uxtanesin bu sözündən görünür ki, "Ağvan tarixi" tək bir müəllif



tərəfındən tərtib edilməmişdir. Sonralar bu barədə ətraflı danışılacaqdır.


10

ki, Uxtanes də, Moisey Kalankatuklu da eyni bir mənbədən istifadə

etmişlər.

XIII əsr müəllifi Stepannos Orbelianın əsərinin 25 və 26-cı

fəsillərində "Ağvan tarixi"ndən danışması həmin tarixin müvafıq

yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir;

onun 25-ci fəsli isə tamamilə "Ağvan tarixi"nin "orta (ikinci)

hissəsini" xatırladır.

1

"Ağvan tarixi"nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk



tarixçi Mxitar Anetsi

2

 olmuşdur. O, "Ağvan tarixi"nin Sebeosla (VII



əsr) Gevond (VIII əsr) arasında yazıldığını qeyd edir. Lakin Şapux

Baqratunidən başlayaraq həmin tarixin Sebeosdan da qabaq

olduğunu göstərirlər. Lakin "Ağvan tarixi" öz məzmununa görə orta

əsr mənbələri sırasında başqa bir mövqe tutmalıdır.

Bir qayda olaraq, "Ağvan tarixi"nin müəllifliyi iki Moiseyə

Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək

bu məsələ qəti həll edilməmişdir; çünki həmin "Tarix"in müəllifinin,

yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu

haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə

deyilən fıkirlər əsas etibarilə salnamənin öz mətninə əsaslanır; orada

deyilir: "Kalankatuk kəndi həmin Uti vilayətindədir ki, mən özüm də

oradanam”.

3

 

A.Y.Manandyan belə hesab edir  ki,  müəllifin



"Kalankatuklu" təxəllüsü salnamənin mətninin yanlış  şərh edilməsi

nəticəsində sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki,

A.J.Manandyan müəllifi 'Utili Moisey" deyə adlandırır

4

. Bu ənənəyə



riayət edən M.Abeqyan belə güman edir ki, salnamənin müəllifı

"özünün yazdığı kimi, Uti vilayətindəki Kalankatuk kəndindən olan"

5

olan"


5

 Moiseydir.

1

 Степаннос Орбелиан. (Т



ИФЛИС

, XXV, стр. 90-100): "Агуаниц Патмут’эани и

мижин хатори". Histoire de la Siounie..., p. 63.

2

 Мхит’арай Анецвой патмут’ивн, изд. К.П.Патканова СПБ., 1879, стр. 15.



3

 История Агван, стр. 106/84

4

H.Manandean. Beitrage zur albanischen Geschichte. Leipzig, 1897, p. 22.



5

 М. Абегян. История древнеармянской литературы, стр. 521




11

İlk dəfə Kalankatuklunu (Aqvanits) "Tarix"in müəllifi

adlandıran Mxitar Ayrivantsi

1

 olmuşdur. Həm Mxitar, həm də ondan



sonra gələn müəlliflər Kalankatuklunu "Tarix"in hər üç hissəsinin

müəllifi hesab edirlər. Bu cəhətə diqqət yetirən K.Patkanov yazır ki,

"əgər erməni müəlliflərindən biri "Alban tarixi"nin iki kitabdan

ibarət olduğunu demiş olsaydı, mən onun müəllifinin VII əsr tarixçisi

olduğunu qəbul edərdim, çünki "Tarix"in üçüncü hissəsi, şübhəsiz, X

əsrin əsəridir"

2

.

Salnamədə  şərh edilən VII əsrə aid hadisələr bunların şahidi



olan bir şəxsin dilindən nəql edilir ki, bu da Matenadaranın 667

(1855) nömrəli əlyazmasının sonundakı əlavədən aydın görünür:

"Bu tarix erməni təqviminin 74-cü ilində (eramızın 625-ci ili),

vardapet Moisey Kalankatuklu tərəfindən yazılmış "Ağvan tarixi"

adlanan surətdən köçürülmüşdür"

3

. Lakin buna baxmayaraq,



Z.İ.Yampolski haqlı olaraq göstərir ki, həmin qeyd "Moisey

Kalankatuklu adının səhih məlum olduğu" haqqında şübhəni də əsla

aradan qaldırmır

4

.



"Tarix"in ən qədim əlyazması 1279-cu ilə aiddir

5

. Buna görə də



də onun müəllifinin - VII əsr hadisələrinin şahidi olan Moisey

Kalankatuklu adının səhihliyi yalnız Mxitar Ayrivantsinin şəhadətinə

əsaslanır. Həmin adamın əsil adı isə bizə məlum deyildir. "Tarix"in

ikinci müəllifi və Moisey Kalankatuklu davamçısı olan adamın da

adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun (Kirakos

Qandzaketsinin müəllimi) şagirdi vardapet Vanakan bu ikinci

Moiseyin təxəllüsü məsələsini aydınlaşdırır. O, "Ağvan tarixçisi

kimdir?" - sualına özü cavab verib deyir: "Moiseydir, özü də

Dasxurranlı kəndindəndir

6

.



1

 Мхит‘арай  Айриванецвой  Патмут'ивн  Хайоц, изд. Эммина, М., 1860, стр.

23, 57; Histoire chronologique par Mkhithar d'Alrivank, p. 25. 88.

2

 K.P.Patkanovun "Ağvan tarixi"nə müqəddiməsi, səh. VII-IX.



3

 Bu deyilənlər X əsr hadisələri şərh edilən mətnə də aiddir.

4

 И.Ямпольский. К изучению Летописи Кавказской Албании, стр. 150.



5

 K.P.Patkanov. Sitat gətirilən əsəri, səh. IV.

    6

Г.Алишан. Хайапатум, патмут'ивн  хайоц, стр. 175; Т.И.Тер-Григорян. К



вопросы об "Истории страны Албанской Моисея Каганкатваци", л. 90.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə