Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə2/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   2   3   4   5   6   7   8   9   ...   156

5

Sonralar təkcə azərbaycanlılar adı ilə məşhur olan ümumi

etnik qrup əsərdə  şərti olaraq ümumi termin mənasında "türklər"

deyə adlandırılmışdır.

Marksizm-leninizm klassiklərinin əsərləri: müxtəlif ictimai

iqtisadi formasiyaların məhsuldar qüvvələri və istehsal münasibətləri

haqqındakı nəzəriyyə, xalqların əmələgəlmə prosesləri məsələlərinə

dair müddəalar və xüsusilə dissertasiyanm mövzusuna çox  yaxın

olub Şərqdəki feodalizmə, Şərq istibdad hakimiyyətinin vəzifələrinə

və  Şərq əkinçiliyində irriqasiyanın roluna dair marksizm leninizm

klassiklərinin fıkirləri bu əsər üçün metodoloji əsas   olmuşdur.

Bu əsər, sovet şərqşünaslığı ilə xarici şərqşünaslığın ən yeni

tədqiqat nəticələri nəzərə alınaraq, müxtəlif dillərdəki geniş

mənbələri öyrənmək əsasında yazılmışdır. Sitat gətirilən ərəb

mətnləri rus transkripsiyası ilə verilmişdir. Şəxs adları, terminlər və

coğrafı adlar əlavə işarələr qoyulmadan sadə şəkildə verilir.

Müəllif əsərin müzakirəsində iştirak etmiş aşağıda adları

çəkilənlərin hamısına təşəkkürünü bildirməyi özünə borc bilir:  tarix

elmləri doktorları Y.A.Belyayev və Z.V.Ançabadze, tarix  elmləri

namizədləri O.A.Əfəndiyev, R.M.Vahidov, Z.İ.Yampolski,

M.S.Nemətova, filologiya elmləri namizədi P.A.Qryazneviç,

Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Orta  əsrlər

şöbəsinin və Azərbaycan Dövlət Universiteti Azərbaycan  tarixi

kafedrasının əməkdaşları, institutun elmi arxivinin müdiri  Ş.Əliyeva

və Azərbaycan SSR Elmlər Akademiyası kitabxanalarında mövcud

olmayan əsərlərin fotomikrofimlərini çıxarmaq  üçün müəllifin

sifarişlərini yerinə yetirməkdə ona böyük kömək etmiş SSRI EA

Asiya Xalqları  İnstitutunun Leninqrad şöbəsi elmi   kitabxanasının

elmi katibi V.B.Tretyakova.



6

* * *


"Azərbaycan VII-IX əsrlərdə" kitabı ilk dəfə 1965-ci ildə

Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfmdən rus dilində

nəşr olunmuşdur.

1965-ci ildə rusca nəşr olunmuş mətnlə hazırkı nəşrin mətninin

məzmunu demək olar ki, eynidir. Yalnız Xürrəmilər hərəkatının

rəhbəri Babək haqqında əldə edilmiş yeni məlumat bu kitaba əlavə

edilmişdir.

Ziya Bünyadov

Bakı, 1989-cu il



7

I FƏSİL

MƏNBƏLƏRİN VƏ İSTİFADƏ EDİLMİŞ

ƏDƏBİYYATIN XÜLASƏSİ

VII əsrin birinci yarısının sonlarında qüdrətli Sasani imperiyası

yenicə meydana gəlmiş  Ərəb xilafəti qoşunlarının zərbələri altında

süqut etdi. Bu imperiyanm tərkibinə daxil olan bütün ölkə və

vilayətlər Atlantik okeanı sahillərindən Hindistan və Çinə qədər

uzanıb gedən yeni böyük dövlətin bir parçası oldu.

Azərbaycan Xilafət tərəfindən işğal edilərək onun tərkibinə iki

əyalət - Azərbaycan və Arran əyalətləri şəklində daxil edildi. Buna

görə də Azərbaycan ərəb salnaməçiləri və coğrafiyaşünaslarının

diqqətini cəlb etmişdi. Azərbaycanın VII-IX əsrlər tarixinə dair mate-

rialların çoxu məhz onların əsərlərindədir. Bundan əlavə, gürcü və

Bizans müəlliflərinin, habelə erməni dilində yazan müəlliflərin

əsərləri də Azərbaycan tarixinin mənbələrindəndir. Biz həmin

əsərlərdəki materialları tənqidi surətdə müqayisə etdikdən sonra

Azərbaycanın tarixinə, iqtisadiyyatına, siyasi vəziyyətinə, həmçinin

sosial-iqtisadi həyatının digər sahələrinə dair çox az məlumat əldə

edə bildik.

Azərbaycanın VII-IX əsrlərdəki vəziyyəti haqqında fıkir

yeritməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun

(Dasxuranlı)

1

"Ağvan tarixi" əsəridir.



"Ağvan tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu

Ananiya Mokatsinin (943-967) Xaçenə gəlməsi ilə  əlaqədar olaraq

təsadüf edilir. Katolikos Xaçenə 958-ci ildən az sonra Hagiq

1

X əsr müəllifi M.Kalankatuklunun "Ağvan tarixi", qədim erməni dilindən



tərcümə edəni К.Патканов. CПБ., 1861 ;The History of the Caucasian Albaians by

Mouses Dasxuranci. Trans by C.J.F.Dowsett. London. 1961. Sonralar rus və ingilis

dillərinə tərcümələrin səhifələri birlikdə göstəriləcəkdir.



8

Albaniya katolikosu olarkən (948-962) gəlmişdi

1

. Hagiq xəbər verir



ki,"elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("орпес ев

ер  и  скзбане  леал  ев  каргеал  и  патмут'еан  Агуаниц") Müqəddəs

Qriqori adından onu Albaniya katolikosu etmişdir. Hagiq bu tarix

kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan

qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu

yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil,

çünki "Albaniya - arxiyepiskopluq, Ermənistan isə -

katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür

və o tələb edir ki, "[albanların] xristianlığa qəbul olunması haqqında

orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək

arzusunda olduğumuz məlumatı (зор  сиреак'  орум  ев  цангордн

еак', тесут'еан) həmin “Tarix"dən tapsınlar". Sonra Ananiya bu

tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Bartolomey və apostol

Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və

Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav

Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin

apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya

padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə

qalmaqda davam edirdilər"

2

.



Bildiyimiz kimi, bu, "Ağvan tarixi"ndə yoxdur.

Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki,

Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə son dərəcə diqqətlə əlavə

edilmişdi ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın

xahişi ilə Ermənistan maarifçisi Müqəddəs Qriqori tərəfindən bu

rütbəyə təyin olunmuşdu; onlar [albanlar] 440 il ərzində erməni taxt

tacının müti benefısiyaları vəziyyətində qalmışdılar; Albaniya

katolikosları ermənilərin əli ilə bu dini rütbəyə çatırdılar, çünki bu

erməni [arxiyepiskopları]-patriarx, onlar [albanlar] isə - arxiyepiskop

1

Bax X.Дадеан. Apapaт, 1896, cтp. 22-25; H.Aкиньян. Moвсес



Дасхуранци (по  проэванию  Каганкатваци) и  его "История  Агван". Андес

Амсореа. Вена, 53, стр.13-15.

2

X.Dadean. Sitat gətirilən əsəri, səh. 25.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə