Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1. Xronologiya nə üçün lazımdır? 
2. Hicri era və ya təqvim dedikdə nə başa düşürsünüz? 
3. Miladi təqvim nədir? 
4. Tarixən Azərbaycan torpaqları hansı əraziləri əhatə edirdi? 
5. Mənimsəmə təsərrüfatı dedikdə nə başa düşürsünüz? 
6. Paleolit dövrünün xüsusiyyətləri hansılardır? 
7. Mezolit dövrünün Neolit dövrü ilə oxşar və fərqli xüsusiyyətlərini söyləyin. 
8. Mezolit dövründə dəfn necə həyata keçirilirdi? 
9. Tovuz rayonunda Göytəpə yaşayış yerindən əldə olunan orağı təsvir edin. 
10. Çiy kərpicin möhrədən fərqi nədir? 
11. Məntiqi düşünün, niyə Neolit və Eneolit dövründə inşa olunan evlər dairəvi idi? 
12. Dəni üyütmək üçün dən daşlarından necə istifadə edərdiniz? Təsvir edin. 
13. Toxuculuq alətləri nədən hazırlanırdı? 
14. Sizin fikrinizcə, Eneolit dövründə niyə cəsədin üstünə qırmızı oxra səpir və ya qırmızı boya
çəkirdilər? 
15. Qobustan qayaüstü rəsmlərindən birinin əsasında mətn qurun. 
16. Eneolit dövründə qadının mövqeyi necə idi? Bəs bu gün analar, qadınlar ailədə, ictimai
həyatda necə mövqe tuturlar? 
17. Tunc dövrünün sirləri — yəni onun başlıca xüsusiyyətləri hansılardır? 
18. İbtidai rəssamlığın izləri ilk dəfə olaraq hansı məkanlarda, hansı abidələrdə izlənib? 
19. Erkən şəhərlər hansı məkanlarda açılıb, öyrənilib? Xəritədə göstərin. 
20. Bağçılıq, üzümçülük ilk dəfə hansı dövr abidələrində öyrənilib? 
21. Siklopik tikililəri təsvir edin. Onlar necə inşa olunurdu? 
22. Son Tunc dövrü silahları hansılardır? Onları təsvir edin. 
23. Tunc dövründə qəbir abidələrində sosial bərabərsizlik izlənirdi. Bu cümləni necə təsvir
edərdiniz? 
24. Sizin fikrinizcə, Son Tunc — İlk Dəmir dövründə varlı ailələr və kasıblar necə yaranmışdı?


AZƏRBAYCANDA ERKƏN DÖVLƏT QURUMLARI VƏ
ƏN QƏDİM DÖVLƏTLƏR
§ 10. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İRİ TAYFA
BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI
İri tayfa birlikləri. E.ə. III-II minilliklərdə qədim Azərbaycan tayfalarının təsərrüfatında əkinçilik
və maldarlıq mühüm yer tuturdu. 
Əkinçilər yararlı olan torpaqları, su mənbələrinə yaxın yerləri axtarıb tapır və orada daimi məskən
salırdılar.  Maldar  tayfalar  arasında  yeni  otlaq  sahələri  ələ  keçirmək  ugrunda  mübarizə  gedirdi.
Güclü tayfalar zəif tayfalar üzərinə basqınlar edir, onların torpaqlarını ələ keçirirdilər. Bəzən kiçik
tayfalar eyni kökdən olan böyük tayfalarla birləşirdi.
 


Azərbaycanda tayfalar və tayfa birlikləri


Beləliklə, güclü tayfa ittifaqları yaranırdı. 
E.ə.  III—II  minilliklərdə  Azərbaycanın  şimal  hissəsində,  Araz  çayından  şimalda,  Naxçıvan  və
Mil-Qarabagda türkdilli naxç, gərgər (kəngər, qarqar) və s. tayfalar yaşamışlar. 
Cənubda  —  Urmiya  gölü  ətrafında  türkdilli lullubi,  su  (subar,  subir),  turukki  tayfaları
yaşamışlar. Urmiya gölünün qərbində isə kuti tayfaları məskunlaşmışdılar. 
İlk dövlət qurumları. 
Lullubi  dövlət  qurumu.  E.ə.  III  minilliyin  2-ci  yarısında  Azərbaycanın  cənubunda  Lullubi,  su,
turukki tayfa birliyi Lullubi dövlət qurumunu yaratmışlar. 
Lullubi tayfa birliyində hakimlər (padşahlar) mövcud idi. Yazılı mənbələrdə Lullubi hökm -darını
«padşahlar  padşahı»  adlandırırdılar.  Çünki  lullubilər  ölkəsi  xırda  vilayətlərə  bö  -  ü-nürdü  və  bu
vilayətləri hakimlər idarə edirdi. 
E.ə.  XXIII  əsrdə  xırda  hakimlər  bir  mərkəzə  tabe  edilmiş  və  Lullubi  döv-  ət  qurumu  meydana
gəlmişdi.  Hökmdar Anubaninin  dövründə  Lullubi  dövlət  qurumu  çox  gücləndi  və  ölkənin  ərazisi
daha da genişləndi. 
Lullubi dövlət qurumunun ərazisi şimaldan Urmiya gölü, cənubdan Diyala çayına qədər çatırdı. 
Lullubi  dövlət  qurumu  bu  dövrdə  İkiçayarası  (Mesopotamiya)  ilə  iqtisadi  əlaqələr  yaratmışdı.
Lullubilər İkiçayarasının Nuzi şəhəri ilə mal mübadiləsi edir, mal-qaranı taxıla dəyişirdilər. 
İkiçayarası  mədəniyyətinin  lullubilərə  böyük  təsiri  olmuşdu.  Onlar  İkiçayarası  əhalisindən  mi-xi
yazı sistemini mənimsəmişdilər. Lullubi abidəsi «Daş sütun» göstərir ki, Lullubi əhalisi içərisində
abidə yonan ustalar, mixi yazıları bilən mirzələr olmuşdur.


Lullubilər Səma, Bərəkət, Məhəbbət, Ay, Günəş tanrılarına sitayiş edirdilər. 
E.ə. III minilliyin sonlarında Lullubi dövlət qurumu xırda vilayətlərə parçalandı. 
Kuti dövlət qurumu. Urmiya gölünün qərb hissəsində kuti tayfa birlikləri yaşayırdılar. Onlar e.ə.
III minilliyin 2-ci yarısında Kuti dövlət qurumu yaratmışdılar. Kutilər İkiçayarasında yaşayan türk
mənşəli şumerlərlə dostluq münasibəti saxlayır, akkadlarla rəqabət aparırdılar. 
E.ə. XXII əsrin əvvəllərində kutilər Akkad dövlətini süquta uğratdılar və buranı 100 ilə yaxın öz
hakimiyyətləri  altında  saxladılar.  Kuti  ölkəsində  hakimiyyətə  gələn  hökmdar,  eyni  zamanda
İkiçayarasını da idarə edirdi. Lakin yerlərdə ölkəni şumer və akkad canişinləri idarə edirdilər. Bu
zaman  Kuti  dövlət  qurumunun  ərazisi  Urmiya  gölündən  İran  körfəzinə  qədər  uzanırdı.  Kutilərin
hakimiyyəti  dövründə  Mesopotamiyada  şəhərlərarası  toqquşmalara  son  qoyulmuşdu.  Xarici
hücumların arası kəsilmiş, ticarət yollarında əmin-amanlıq yaranmışdı. 
E.ə. XXII əsrin axırlarında Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. Onlar ölkədən
çıxarıldılar. E.ə.  III  minilliyin  sonunda  Kuti  dövlət  qurumu  süquta  uğrayıb,  xırda  vilayətlərə
parçalandı. 
Lullubi və Kuti dövlət qurumları süquta uğradıqdan sonra bu qurumların tərkibinə daxil olan su və
turukki tayfaları müstəqillik qazandılar. 
Qonşu  Aşşur  dövləti  vəziyyətdən  istifadə  edərək  turukkilərin  torpaqlarını  ələ  keçirmək  fikrinə
düşdü.  Turukkilər  müqavimət  göstərib  öz  torpaqlarını  vermədilər.  Əksinə,  Aşşurun  nəzarəti
altında olan bir sıra vilayətləri tutdular və tədricən Babilistan ərazisinə yayıldılar.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə