Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

§ 6. TUNC DÖVRÜ
Eneolitin  sonunda  artıq  insanlar  misin  tərkibinə  sürmə,  qalay,  nikel  və  s.  qataraq  daha  möhkəm
metal — tunc alırdılar. Misi əritmək üçün onu 1000 dərəcədən artıq temperaturda qızdırmaq lazım
idi.  Misə  başqa  qarışıqlar  qatanda  isə  ərimə  sürətlənir  və  750  dərəcədə  tunc  alınırdı.  Ustalar
daşdan,  gildən  silah  və  əşya  qəlibləri  düzəldirdilər.  Əridilmiş  metalı  bu  qəlibə  tökür,  istədikləri
silahı və başqa əşyaları hazırlayırdılar. 
Tunc dövrü erkən, orta və son inkişaf mərhələlərindən keçmişdir. 
Erkən  Tunc  dövrü  e.ə.  IV  minilliyin  2-ci  yarısından  e.ə.  III  minilliyin  sonuna  qədər  davam
etmişdir.  Erkən  Tunc  dövrünə  aid  abidələr  ilk  dəfə  Kür—Araz  çayları  arasındakı  ərazilərdə
öyrənilmişdir. Ona görə də bu dövrün mədəniyyətini alimlər Kür-Araz mədəniyyəti adlandırırlar.
Erkən Tunc dövrünün dulusçuluq məmulatı və metal
istehsal etmək üçün alətlər
Prev
 
Next
Erkən Tunc dövrü əhalisinin həyatı
Qarabağda, Naxçıvanda, Qobustanda,
Urmiya ərazisində və s. bölgələrdə
olmuş yaşayış yerləri, qəbir abidələri
əsasında öyrənilmişdir. 
İnsanlar yaşayış məskənlərini suya
yaxın yerlərdə, çox zaman çay
kənarlarında və düşməndən müdafiə
olunmaq üçün əlverişli mövqelərdə
salırdılar. Evlər dairəvi formada olur,
bünövrəsi çay daşından qoyulur,
divarları çiy kərpicdən hörülürdü.


Erkən  Tunc  dövründə  birinci  böyük  ictimai  əmək  bölgüsü
meydana  gəldi:  əkinçilik  maldarlıqdan  ayrıldı.  Tunc  dövrünün
erkən  mərhələsində  toxa  əkinçiliyini xış  əkinçiliyi  əvəz
etmişdir. 
Əkin  sahələri  genişlənmiş,  süni  suvarma  sistemi  yaranmışdı.
Şumlama  zamanı  qoşqu  heyvanlarından  istifadə  olunurdu.
Taxılın  biçilməsində  kəsici  daş  lövhələrdən  quraşdırılmış
oraqlardan və tunc oraqlardan istifadə edilirdi. 
Maldarlıq  da  inkişaf  etmişdi.  Heyvanların  sayı  artmışdı.  Əhali
yarımköçmə  həyat  keçirirdi.  Mal-qara  yaz-yay  aylarında  dağ
çəmənliklərində  otarılır,  payızda  soyuqlar  düşəndə qışlaqlara
qaytarılırdı. Əhali artmış, dağlıq və dağətəyi yerlərdə yaşamağa
başlamışlar. 
Erkən  Tunc  dövründə  ölülər  artıq  yaşayış  məskənlərindən
kənarda  dəfn  edi-ir,  bəzi  qə  -birlərin  üzərində  kurqanlar1
qurulurdu.  Ölü-yandırma  və  kollektiv  dəfn  adətləri  yaranmışdı
Dini  ayinlər  xüsusi  binalarda  keçirilirdi.  Erkən  Tunc  dövrünə
aid  ibadət  yerləri  Xaçmaz  da  Sərkərtəpə,  Qazaxda  Babadər-viş
və Naxçıvanda I Kültəpə, Maxta yaşayış yerlərində aşkar edilib. 
Erkən  Tunc  dövründə  ağır  zəhmət  tələb  edən  kişi  əməyi  (xış
əkinçiliyi,  maldarlıq,  metalişləmə)  irəli  keçdi.  Ona  görə  də
anaxaqanlığını ataxaqanlığı əvəz etdi. Bir neçə qohum qəbiləni
birləşdirən tayfa yarandı. Tayfanı ağsaqqallar idarə edirdilər.
*Kurqan — torpaq təpə
Maxta yaşayış yerində dairəvi
iba- dətgahın qalıqları
(Naxçıvan)
Ağac xış


Naxçıvanın Tunc dövrü metal məmulatları
Orta Tunc dövrü e.ə. III minilliyin sonlarından
e.ə.  II  minilliyin  ortalarına  qədər  davam
etmişdir. 
Orta Tunc dövründə ikinci böyük ictimai əmək
bölgüsü baş vermiş sənətkarlıq müstəqil sahəyə
çevrilmişdi.
Orta Tunc dövrü.
Boyalı qablar
Orta Tunc dövründə dulusçuluq inkişaf etmiş, boyalı qablar mədəniyyəti
formalaşmışdı.  Dulusçular  yaraşıqlı  və  davamlı  saxsı  qablar  hazırlaya
bilirdilər. Sadə qabları müxtəlif naxışlarla: insan, heyvan, quş təsvirləri
və s. bəzəyirdilər. Bunun üçün rəngli boyalardan istifadə edirdilər. 
Metalişləmə  inkişaf  edirdi.  Ancaq  bununla  belə,  qədim  əhali  arasında
daşişləmə sənəti hələ də qalmaqda idi.


Dəvəgözü və çaxmaqdaşından quraşdırma oraq
dişləri,  ox  ucları,  mərmərdən  toppuz,  baltalar
düzəldirdilər. 
Dən 
daşları, 
sürt-gəclər,
həvəngdəstələr, 
qablar 
və 
s. 
daşdan
hazırlanırdı. 
Orta  Tunc  dövründə  bağçılıq  və  bostançılıq,
üzümçülük  və  şərabçılıq  kimi  yeni  təsərrüfat
sahələri də yaranmışdı. 
Sənətkarlığın, əkinçilik və maldarlığın inkişafı
mübadilənin  daha  da  genişlənməsinə  və
ticarətin yaranmasına şərait yaratmışdı. Maldar
əhali ət, süd məhsullarını, yun və dərini taxıla,
sənətkarlıq məmulatına dəyişirdi. 
Tunc  dövründə  Cənubi  Qafqazda  və  Araz
çayından  cənubda,  Urmiya  gölü  hövzəsində
məskunlaşmış  türkdilli  qədim  Azərbaycan
əhalisi  arasında  təsviri  incəsənət  də  inkişaf
etmişdi. Qobustanda, Gəmiqayada, Kəlbəcərdə,
Abşeronda  və  b.  ərazilərdə  qayalar  üzərində
çoxlu 
təsviri 
sənət 
nümunələri 
aşkar
olunmuşdur.  Naxçıvanda  Gəmiqaya  (Qapıcıq)
dağ  yaylaqlarında  qayalar  üzərində  insan  və
heyvan rəsmləri, rəqs və ov səhnələri, eləcə də
çoxlu şərti işarələr indiyədək qalmaqdadır. 
Kəlbəcər,  Laçın  yaylaqlarında  dağ  gölləri
ətrafındakı 
qayalar 
üzərində 
məişət 

təsərrüfat  səhnələri,  vəhşi  heyvan  və  heyvan
rəsmləri həkk olunmuşdur. Burada Tunc dövrü
əkinçilik  mədəniyyətini  əks  etdirən  öküzlər
qoşulmuş  xışla  yerin  şumlanmasının  təsviri
vardır.
Qayaüstü təsvir (Naxçıvan. Gəmiqaya)
Qayaüstü təsvir (Kəlbəcər)


ERKƏN TUNC DÖVRÜ ABlDƏLƏRlNlN XƏRlTƏSl
(E.Ə. IV MlNlLLlYlN 2-ci YARISI — III MlNlLLlYlN
SONUNADƏK)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə