Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

SON TUNC VƏ İLK DƏMlR DÖVRÜ
ABlDƏLƏRlNlN XƏRİTƏSİ 
(E.Ə. II MİNİLLİYİN 2-ci YARISI I MİNİLLİYİN ƏVVƏLLƏRİ)



SUAL VƏ TAPŞIRIQLAR
1. Son Tunc dövrü abidələri harada öyrənilmişdir? 
2. Siklopik tikililər hansı məqsədlər üçün inşa edilirdi? 
3. Üçüncü böyük ictimai əmək bölgüsü necə yarandı? 
4. Azərbaycanın Son Tunc dövrü tayfalarının yaxın və uzaq qonşularla münasibəti necə idi? 
5. Dəmir dövrünün yaşayış yerləri Azərbaycanda hansı rayonların ərazisində öyrənilmişdir?
Xəritədə göstərin.
Müxtəlif mənbələrdən istifadə edərək Tunc dövründə insanların təsərrüfat həyatı haqqında
məlumat toplayın, təqdimat edin.
Son Tunc dövrü, Xocalı—Gədəbəy mədəniyyəti, siklopik tikililər, Talış—Mugan mədəniyyəti


§ 9. İBTİDAİ İCMA QURULUŞUNUN DAĞILMASI.
QARABAĞ KURQANLARI
E.ə. II minilliyin sonu I minilliyin əvvəllərində Azərbaycanın şimalında əhali sürətlə yoxsullara və
varlılara  ayrılır,  ibtidai  icma  quruluşu  dağılırdı. Artıq  tayfa  ittifaqları  mövcud  idi.  Daha  güclü
tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan əraziləri ələ keçirmişdi.
Muncuqlutəpə zəngin qəbir abidəsi (Goranboy)


Tayfalar 
daxilində 
də 
güclü
təbəqələşmə  gedirdi.  İcmanın  münbit
əkin  sahələri,  otlaqları,  mal-qarası,  at
ilxıları varlı ailələrin əlində toplanırdı.
Bunlar 
tayfa 
başçılarının, 
hərbi
başçıların, kahinlərin ailələri idi. 
Varlı  ailələr  mal-qara  sürülərinə
baxmaq, 
təsərrüfat 
sahələrində
çalışmaq  üçün  əlavə  işçi  qüvvəsi
saxlayırdılar. 
Bu 
işçi 
qüvvəsini,
əsasən,  yoxsullaşmış  icma  üzvləri
təşkil  edirdi.  Tayfalar  arasında  gedən
müharibələr  zamanı  əsir  düşmüş
adamları da qul edib işlədirdilər.
Döyüş səhnəsi təsvir olunmuş kəmər parçası
(Naxçıvan)
Qədim  əhalinin  təbəqələşməsi  qəbir  abidələrindən  də  aydın  görünür.
Varlı  adamların  dəfn  olunduğu  qəbirlərin  üzərində  kurqanlar  qurulurdu.
Kurqanlar  öz  quruluşu  (hünd  ürlüyü,  əhatə  etdiyi  sahə  və  s.)  və  qəbrə
qoyulmuş  əşyaların  zənginliyi  ilə  bir-birindən  fərqlənir.  Qarabağda
Qarqarçay və Tərtərçay hövzəsin -dəki Borsunlu, Bəyimsarov, Sarıçoban
kurqan qəbirlərində zəngin insanlar dəfn olunmuşdur. 
Kurqanlardan  silahlar:  nizə,  ox  ucluqları,  xəncər,  qılınc,  toppuz  və  s.
tapılmışdır. Bu çoxsaylı silahların əldə olunması Son Tunc — İlk Dəmir
dövründə  cəmiyyətin  həyatında  hərb  işinin  mühüm  yer  tutduğunu
göstərir. Qarabağda Sarıçoban kurqanından çoxlu ox, nizə ucluğu, qılınc,
xəncər və s. tapılmışdır. 
Sarıçoban  və  Borsunlu  kurqanlarında  atlar  yüyən  və  bəzəkləri  ilə
birdikdə dəfn olunmuşdur. Bu, Qarabağda atçılığın inkişafını, hərbi işdə
ondan geniş istifadə edilməsini göstərir. 
Borsunlu kurqanında tayfa başçısının dəfn olunduğu qəbir böyüklüyü ilə
seçilir.  Tayfa  başçısı  qəbirdə  xüsusi  taxt  üzərində  uzadılmış  vəziyyətdə
dəfn olunmuşdur.


Borsunlu kurqanı.
Boyalı qablar


Son Tunc dövrü silahları At
 
At əsləhələri və bəzəkləri
Taxta  qızıl  başlıqlı  tunc  mıxlar  və
qızıl  lövhələr  vurulmuşdur.  Taxtın
ətrafından  çoxsaylı  maddi  mədəniyyət
nümunələri, o cümlədən qızıldan və fil
sümüyündən 
düzəldilmiş 
bəzək
əşyaları  tapılmışdır.  Qəbirdə  tayfa
başçısının 
qul 
və 
kənizləri,
mühafizəçiləri dəfn olunmuşlar. 
Son  Tunc  —  İlk  Dəmir  dövründə
insanlar 
düşmənlərin 
qəfil
hücumlarından  qorunmaq  üçün  daha
təhlükəsiz  yerləri  məskən  seçir  və
ətrafına  möhkəm  müdafiə  divarları
çəkirdilər. 
Tayfalar  arasında  mü  -haribə  gedən
zaman  qalib  gəlmiş  tayfa  məğlub
olmuş 
tayfanın 
var-dövlətini
mənimsəyir,  yurd-yuvasını  talan  edir,
yandırır,  torpaqlarını  öz  torpaqlarına
qatırdı.  Azərbaycanın  şimalında  iri
tayfa  birlikləri  yaranırdı,  hakimiyyət
ayrı-ayrı  nüfuzlu  şəxslərin  əlində
cəmlənirdi. 
Bu 
zaman 
Azərbaycanın 
cənub
əraziləri 
Yaxın 
Şərqin 
quldar
dövlətləri ilə sıx əlaqə saxlayırdı. Ona
görə də burada e.ə. III minillikdə artıq
ilk dövlət qurumları yaranmışdı.


Xankəndi kurqanı
(Qarabağ)


SUAL VƏ TAPŞIRIQLAR
1. E.ə. II minilliyin sonu I minilliyin əvvəllərində Azərbaycanın şimal və cənubu arasında olan
inkişaf fərqi nə ilə bağlı idi? 
2. Tayfalar daxilində olan bərabərsizliyi təsvir edin. 
3. İbtidai icma quruluşunun dağılması Azərbaycanın hansı bölgələrində öyrənilmişdir? Xəritədə
göstərin. 
4. Kurqanlar kimlər üçün qurulurdu? 
5. Borsunlu kurqanından hansı maddi mədəniyyət nümunələri tapılmışdır? 
6. Kurqanlarda at sümükləri və əsləhələrinin aşkar edilməsi nəyə işarə idi? 
7. İbtidai icma quruluşunun dağılmasını sürətləndirən səbəblər nə idi? 
8. Son Tunc — İlk Dəmir dövründə tayfa başçılarının dəfn mərasimi necə həyata keçirilirdi?
«Azərbaycan ərazisində ibtidai icma quruluşunun dağılması hansı mənbələr əsasında
öyrənilmişdir?* mövzusunda esse yazın.
Tayfa ittifaqı, kurqan, qullar, dövlət qurumları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə