Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

 
Bəzək  əşyası  Sənətkarlar  müxtəlif  növ  silahlar  (zireh,  qılınc,  xəncər,  ox,  nizə  uduqları),  əmək
alətləri  (balta,  bıçaq,  oraq,  qayçı  və  s.),  bəzək  şeyləri  (üzük,  sırğa,  bilərzik,  muncuq  və  s.)
hazırlayırdılar. 
Dulusçu peşəsi inkişaf etmişdi. Qazıntılar göstərir ki, əhalinin təsərrüfat həyatında və məişətində
saxsı məmulatı geniş yer tutmuşdur. Sənətkarlar gildən tikinti materialı (kirəmit, kərpic), müxtəlif
qablar,  insan  və  heyvan fiqurları  hazırlayır  və  dulus  kürələrində  bişirirdilər.  Gil  qabları  insan,
heyvan,  quş,  bitki  rəsmləri  ilə  və  həndəsi  fiqurlarla  bəzəyirdilər.  Albaniyada  eramızın  ilk
əsrlərindən başlayaraq yerli şüşə qablar hazırlamışlar. 
 
Bəzək  əşyası  Dövlətin  yaranması  ilə möhürlər  meydana  gəlmişdi.  Möhürlər  üzük  formasında
düzəldilir və bəzək əşyası kimi barmağa taxılırdı. Möhür-üzüklərin qaş hissəsində dini məzmunlu
rəsmlər həkk olunurdu. 
Möhürlə sənədləri təsdiqləyir, qapıları və müxtəlif məhsulla doldurulan qabları möhür-ləyirdilər. 
Albaniyada toxuculuq da inkişaf etmişdi. Toxucular qoyun və dəvə yunundan hazırlanmış iplərdən
istifadə etmişlər. 
Boyaqçılıq,  dabbaqlıq,  dülgərlik,  dərzilik,  çəkməçilik  və  s.  sənət  sahələri  əhalinin  gündəlik
tələbatını  ödəyirdi.  Dövlət  yaranana  qədər  əhali,  əsasən,  mal  mübadiləsi  ilə  ticarət  aparırdı.
Dövlətin yaranmasından sonra daxili və xarici ticarət xeyli genişlənmişdir.


 
Antik  Albaniyada  istifadə  olunan  pullar  Alban  dövlətində  ticarətdə  puldan  geniş  istifadə
edilmişdir. Şamaxıda, Qəbələdə tapılmış gümüş pul dəfinələri albanların ticarətdə puldan istifadə
etdiyini sübut edir. 
Albaniya  ərazisindən  tapılan  ən  qədim  pullar Makedoniyalı  İsgəndərin  adından  kəsilən  gümüş
pullardır. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədiyindən e.ə. III əsrin 1-ci yarısından
başlayaraq  Albaniyada  İsgəndərin  pullarına  oxşar  pullar  kəsilmişdir.  Ölkədə  başqa  dövlətlərin
pulları da işlədilmişdir. 
 
Qalatəpədə antik dövrə aid 
divar qalığı (Qarabağ) Şəhərlər. Albaniyada şəhərlərin əmələ gəlməsi üçün şərait e.ə. I minilliyin
ortalarında  yaranmışdır.  Şəhərlərin  yaranmasında  sənətkarlıq  və  ticarətin  inkişafı  mühüm  rol
oynamışdır.  Qədim  şəhərlər  karvan  yolları  üzərində,  dini  mərkəzlərin  (məbədlərin)  ətrafında
yaranmış,  yaxud  ayrı-ayrı  hökmdarlar  tərəfindən  salınmışdır.  Şəhərlər  üçün  əlverişli  coğrafi
məkan seçilmiş, düşməndən qorunmaq üçün onların ətrafına möhkəm müdafiə divarları çəkilmiş


və dərin xəndəklər qazılmışdır. 
Strabon öz əsərində Albaniyanın Ayniana və Anariaka şəhərlərinin olduğunu yazır. Plini yazır ki,
Albaniyanın başlıca şəhəri Kabalakadır (indiki Qəbələ). Ptolemey Albaniyanın 29 şəhəri və böyük
yaşayış məntəqələri sırasında Qəbələ və Şamaxının adlarını çəkir.


Mingəçevir,  Qəbələ,  Şamaxı,  Dərbənd,  Torpaqqala  və  başqa  şəhər  yerlərində  arxeoloji  qazıntılar
aparılmış və tapılmış zəngin materiallar əsasında Albaniyanın şəhər mədəniyyəti öyrənilmişdir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Albanların təsərrüfat həyatını təsvir edin. 
2. Albaniyada metalişləmə sənəti necə inkişaf etmişdi? 
3. Möhürlər nə vaxt meydana gəlmişdi? Onlardan nə üçün istifadə olunurdu? 
4. Albaniyada sənətin daha hansı sahələri inkişaf etmişdi? 
5. Ticarətin inkişafında nə kimi yenilik baş vermişdi? 
6. Qədim Albaniyada hansı şəhərlər olmuşdur? 
7. Albaniyanın şəhər mədəniyyətini hansı mənbələr əsasında öyrənirik?
Atropatena və Albaniya əhalisinin təsərrüfat həyatını müqayisə edin.
Əldəyirmanı, pul dəfinələri, Kabalaka


§ 21. ALBANLARIN YADELLİLƏRƏ QARŞI
MÜBARİZƏSİ
 
Oroys  E.ə.  II  əsrdə  Aralıq  dənizi  hövzəsində  Roma  ən  güclü  dövlətə  çevrilmişdi.  Romalılar
Albaniya  ərazisini,  Xəzər  dənizinin  sahillərini  tutmaq  istəyirdilər.  Çünki  Hindistanla  Qara  dəniz
sahillərini birləşdirən ticarət yolu buradan keçirdi. 
Bu  məqsədlə  Roma  sərkərdəsi  Pompey  Albaniyaya  hücum  etdi.  Albanlar  Pompeyə  müqavimət
göstərdilər.  Albaniyaya  daxil  olan  Pompey  qışı  Kür  vadisində  keçirməli  oldu.  O,  ordusunu  üç
məntəqədə yerləşdirdi. Bu məntəqələrdən birinə özü, digərlərinə köməkçiləri başçılıq edirdi. 
Albaniya  padşahı Oroys romalıların hər üç düşərgəsinə eyni vaxtda hücum etməyi qərara aldı. Bu
döyüşdə albanların 40 min nəfərlik qoşunu döyüşürdü. E.ə. 66-cı ilin dekabrında Kürün sahilində
döyüş oldu. Bu döyüşdə romalılar qalib gəldilər. Pompey albanlarla sülh bağlayıb İberiyaya doğru
hərəkət etdi. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də
Pompey  yenidən e.ə.  65-ci  ildə  albanlara  qarşı  yürüşə  başladı.  Albanlar  romalıları Qanıx  çayı
yaxınlığında qarşıladılar. Albaniya qoşunlarına Oroysun qardaşı Kozis başçılıq edirdi. Hərbi hiylə
işlədən  romalılar  bu  döyüşdə  də  albanlara  qalib  gəldilər.  Pompeylə Kozis  döyüşdə  qarşılaşdılar.
Kozis  ölümcül  yaralandı,  Pompeyi  isə  əynindəki  zireh  ölümdən  xilas  etdi.  Salamat  qalan  alban
döyüşçüləri  qaçıb  meşədə  gizləndilər.  Pompeyin  əmri  ilə  romalılar  meşəyə  od  vurdular.  Meşədə
gizlənmiş alban döyüşçüləri həlak oldular. 
Romalılara  qarşı  qadınlar  da  vuruşurdular.  Alban  qadınlarının  cəsarəti  romalıları  heyrətə
gətirmişdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə