Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

E.ə.  II  minilliyin  sonlarında  Aşşur  dövləti  yenidən  Urmiya  gölü  ətrafına  hücumlar  etdi.  Lakin
turukki, lullubi, su və kuti tayfaları Aş- şura qarşı çıxaraq müstəqillik ugrunda mübarizə apardılar.
Ümumi  düşmənə  qarşı  müharibələr  qədim  Azərbaycan  tayfalarının  dövlət  halında  birləşməsini
zəruri edirdi. 
Kutilər,  turukkilər,  sular  da  lullubilər  kimi  Ay  tanrısına,  məhəbbət,  bərəkət  və  məhsuldarlıq
ilahələrinə sitayiş edirdilər.
SUAL VƏ TAPŞIRIQLAR
1. Azərbaycanın şimal torpaqlarında hansı tayfalar ya- £ samışlar? 
2. Lullubi tayfa birliyində «padşahlar padşahı» nəyi ifadə edir? 
3. Kuti dövlət qurumunun İkiçayarası ilə münasibətləri necə idi? 
4. Kutilər və lullubilərin dini inamları haqqında nə bilirsiniz? 
5. Bu dövlət qurumları nə vaxt süqut etmişdir? 
6. Turukkilərin Aşşurla münasibəti necə idi?
Azərbaycanın cənubunda ilk dövlət qurumları necə formalaşdı? — məlumat toplayın, mətn
hazırlayın.
Naxç, gərgər, dövlət qurumu, lull ubilər, Anubani, kutilər, turukkilər, sular


§ 11. MANNA DÖVLƏTİNİN YARANMASI VƏ
YÜKSƏLİŞİ
Qızıl qədəh
Manna adına ilk dəfə
e.ə. 843-cü ildə Aşşur
hökmdarı III
Salmanasarın mixi
kitabəsində rast
gəlinir. Bu kitabədə
Manna tay - fasının
adı çəkilir.
Mannanın  təbiəti  və  əhalisi.  E.ə.  I  minilliyin  əvvəllərində  (e.ə.  IX
əsrdə)  Urmiya  gölü  ətrafında  Manna  dövləti  yaranmışdı.  Mannanın
paytaxtı İzirtu şəhəri idi. 
Manna  dağlıq  ölkə  idi.  Burada  çoxlu  çaylar  var  idi.  Çay  vadiləri  çox
məhsuldar  olduğundan  əhali  həmin  məkanlarda  sıx  məskunlaşmışdı.
Suvarma üçün həmin çaylardan istifadə olunurdu. Ölkə ərazisində çoxlu
faydalı qazıntı yataqları (mis, dəmir, gümüş, qızıl, qurğuşun və s.) vardı.
Mannanın  zəngin  faydalı  qazıntıları  metalişləmə  sənətinin  yüksək
inkişaf etməsinə zəmin yaratmışdı. 
Əhali  oturaq  həyat  keçirirdi.  Düzən  və  dağətəyi  ərazilərinin  əhalisi
əkinçiliklə məşğul olur, arpa, buğda, darı və s. dənli bitkilər əkirdi. Onlar
torpağı  xışla  şumlayır,  taxılı  dəmir  oraqla  biçirdilər.  Mannada  taxıl
anbarları  vardı.  Bu  anbarlar  dövlətə  və  hökmdarlara  məxsus  idi.
Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı.
Ölkədə  bağçılıq  və  üzümçülük  inkişaf  et  -mişdi.  Üzümdən  şərab  da
hazırlayırdılar. 
Mannalıların  həyatında  maldarlıq  mühüm  yer  tuturdu.  Yay  aylarında
mal-qaranı, qoyun-quzunu yaylağa aparırdılar. 
Mannada  atçılıq  da  inkişaf  etmişdi.  Ölkənin  Subi  vilayəti  öz  atları  ilə
məşhur idi. Təsərrüfatda dəvədən də istifadə edirdilər. 
Mannanın  idarə  olunması.  E.ə.  XI  əsrdə  Manna  ərazisində  müstəqil
siyasət  yeridən  çoxlu  vilayətlər  var  idi.  Bunlar Andia, Alateye,  Zamua,
Mazamua,  Gilzan,  Gizilbunda,  Surikaş,  Subi,  Uişdiş,  Zikirtu  və  s.
vilayətlər idi.


Mannanın  əsas  hissəsini  təşkil  edən  Zamua  vilayəti  lullubilərin  vətəni
idi.  Ayrı-ayrı  müstəqil  idarə  olunan  vilayətlərdən  ibarət  olması
Mannanın  müdafiə  qabiliyyətini  zəiflədirdi.  Xarici  hü  -cumların
qarşısını  almaq  olmurdu.  Qonşu  Aş-şur  və  Urartu  dövlətləri  Manna
vilayətlərini  ələ  keçirməyə  çalışırdılar.  Mannanın  bir  sıra  vilayətləri
Aşşur  və  Urartu  dövlətləri  tərəfindən  işğal  olunmuşdu.  Vilayətlərin  hər
biri  təkbaşına  mübarizə  aparır,  yaxud Aşşur  dövləti  ilə  müstəqil  siyasi
əlaqə saxlayaraq ona xərac verirdi. 
Hökmdar İranzu  (e.ə.  740—719-cu  illər)  Manna  vilayətlərini  mərkəzi
hakimiyyətə  tabe  etdi.  Ölkədə  canişinlik  sistemi  yaratdı.  Canişinlər
mərkəzi  hakimiyyətdən  asılı  idilər.  İran-zunun  hakimiyyəti  dövründə
Manna qüdrətli dövlətə çevrildi. İranzu Aşşur dövlətinin
Urmiya ətrafı. Manna dövləti
İranzu
Manna hökmdarının
təsviri


MANNA DÖVLƏTİ 
(E.Ə.  IX—VII  ƏSRLƏRDƏ) 
 
Urartuya  qarşı  uğurlu
müharibələrindən  bacarıqla  istifadə  etdi.  O,  Urartunun  işğal  etdiyi  Manna  torpaqlarını  geri  aldı.
Bu dövrdə Mannanın ərazisi şimalda Araz çayına çatırdı. 
Urartunun  aramsız  hücumlarına  qarşı  dayanmaq  üçün  Mannaya  müttəfiq  lazım  idi.  İranzu Aşşur
hökmdarı ilə danışdı. Ona öz dostluğunu və müttəfiqliyini təklif etdi. Aşşur hökmdarı İranzu-nun
təklifini  qəbul  etdi. Aşşur  dövləti  Manna  dövlətini  qonşu  ölkələrin  hücumlarından  qorumağı  öz
öhdəsinə götürdü. Çünki Mannanın zəngin sərvəti faydalı qazıntıları, məhsuldar torpaqları Aşşur
hökmdarı üçün maraqlı idi. 
İranzunun  uğurlu  xarici  siyasəti  Manna  dövlətini  Urartu  işğallarından  xilas  etdi  və  ölkənin
birləşdirilməsi üçün şərait yaratdı. Lakin İranzunun mərkəzləşdirmə siyasəti bəzi yerli canişinlərin
xoşuna  gəlmirdi.  Çünki  onların  arasında  Urartu  tərəfdarları  da  var  idi.  Urartu  tərəfdarları
vilayətlərin  vahid  dövlətdə  birləşməsinə  mane  olur,  ölkənin  parçalanmasına,  torpaqlarının  qonşu
dövlətlər tərəfindən işğalına şərait yaradırdılar.
Prev
 
Next
Manna ərazisindən tapılmış metal əşyalar


SUAL VƏ TAPŞIRIQLAR
1. Manna dövləti nə vaxt və harada yaranmışdı? 
2. Manna əhalisinin təsərrüfat həyatını təsvir edin. 
3. Manna ərazilərində hansı dövlətlərin gözü vardı? 
4. Manna nə vaxt güclü dövlətə çevrilmişdi? 
5. Manna ilə Aşşur arasında münasibətlər necə idi? 
6. Mannada bəzi yerli canişinlər İranzunun hakimiy yətini nə üçün istəmirdilər?
Manna dövlətinin yaranmasını zəruri edən şərtlər hansılar idi? — məlumat toplayın, esse yazın.
Manna, İranzu, Aşşur münasibətləri, Manna—İzirtu, Manna—Urartu, Manna vilayətləri


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə