Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

Prev
 
Next
Alt Paleolit dövrünün daş alətləri
Alt Paleolit dövrünün daş alətləri
Alt Paleolit dövrünün daş alətləri
Ulu icma. Təbiət hadisələri və vəhşi heyvanların hücumları qarşısında aciz qalmış ibtidai insanlar
kortəbii şəkildə birləşir, dəstələr və kiçik qruplar halında yaşayırdılar. Belə kollektivlər ulu icma
adlanır. Bu kollektivlər daimi olmurdu: tez-tez dağılır və yeniləri yaranırdı. 
İbtidai  insanlar  yeməli  yabanı  bitkiləri  və  giləmeyvələri  yığır,  xırda  heyvanları  ovlayırdılar.
İnsanlar  təbiətin  hazır  məhsullarını  mənimsəyir,  ovçuluq  və  yığıcılıqla  məşğul  olurdular.  Belə
təsərrüfat mənimsəmə (istehlak) təsərrüfatı adlanır. 
Azərbaycan ərazisində Alt Paleolit dövründə yaşamış insanların həyat tərzi Qarabağda — Quruçay
vadisində, Azıx mağarasından əldə edilən materiallar əsasında öyrənilmişdir. Ona görə də burada
formalaşan  mədəniyyət  Quruçay  mədəniyyəti  adlanır. Azıx  mağarasından  ən  qədim  dövrə  aid
kobud  əl  çapacaqları,  ərsin,  sıyırğac  və  s.  alətlər  tapılmışdır.  Bu  alətlər  adi  çay  daşlarından
hazırlanırdı.  İbtidai  insanlar  bu  alətlərdən  ovladıqları  heyvanların  ətini  doğramaq  üçün  istifadə
edirdilər. 
Minilliklər keçdikcə insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf edirdilər.


İlk vaxtlar insanlar ildırım çaxması və
ya  maddələrin  öz-  özünə  yanması
nəticəsində  əmələ  gəlmiş  təbii  oddan
istifadə  edirdilər.  Azıx  mağarasında
700  min  il  bundan  əv  -  vələ  aid  ocaq
izləri  aşkar  edilmişdir.  Alt  Paleolitin
sonunda  əmək  alətlərinin  yeni  növləri
meydana  gəlmişdir.  Həmin  alətlər
asan  parça-anan  çax-  maqdaşı  və
vulkanik 
şüşə 
— 
dəvəgözündən
hazırlanmışdır. 
Çaxmaqdaşı 

dəvəgözündən  qoparılmış  qəlpələrdən
kəsi-  cilər,  dişli  və  qaşov  tipli  alətlər
hazırlanmışdır.


Prev
 
Next
Azıxantropun alt çənə sümüyünün qalığı
Azıx mağarasından tapılmış daş alətlər
Azıx mağarasından nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də aşkar edilmişdir. 1968-
ci  ildə  isə  tarixçi  alim Məmmədəli  Hüseynov  Azıx  mağarasından  ibtidai  insanın  alt  çənə
sümüyünün  qalığını  tapmışdır.  Alimlər  həmin  ibtidai  insanı  Azıxantrop,  yəni  «Azıx  adamı»
adlandırmışlar.  Azıxantroplar  350-400  min  il  bundan  əvvəl  yaşamışlar.  Azıx  adamları  sadə
incəsənətlə  məşğul  olmuşlar.  Azıx  mağarasından  tapılmış  ayı  kəllələrinin  üzərində  müəyyən
işarələr  cızılmışdır.  Alimlər  bunu  qədim  insanların  ilkin  dini  ayinləri  və  heyvanlara  inamı  ilə
bağlayırlar. 
Qədim  insanların  izlərinə  Qarabağda  —  Tağlar,  Zar,  Naxçıvanda  —  Qazma,  Qazaxda  —
Daşsalahlı, Damcılı, Lerikdə — Buzeyir mağaralarında da rast gəlinmişdir.
Zar mağarası (Kalbacar)
Buzeyir mağarası (Lerik)


SUAL VƏ TAPŞIRIQLAR
1. İbtidai icma quruluşu şərti olaraq hansı dövrlərə bölünür? 
2. Azərbaycan ərazisi nə üçün dünyada ilkin insan məskənlərindən biri sayılır? 
3. Azərbaycanda ilk insan dəstələri nə vaxt meydana gəlmişdir? 
4. İbtidai icma quruluşunun ilk dövrü nə üçün Daş dövrü adlanır? 
5. Daş dövrü hansı inkişaf mərhələlərindən keçmişdir? 6. Azıx adamının həyatını təsvir edin. 
7. Alt Paleolitdə hansı əmək alətlərindən istifadə etmirlər? 
8. Alt Paleolit düşərgələri Azərbaycanda hansı məkanlarda öyrənilmişdir?
Azıxantroplar nəyə qadir idilər? Mətn tərtib edin.
«Bacarıqlı insan», ulu icma, mənimsəmə təsərrüfatı, «Azıx adamı»


§ 3. NEANDERTAL İNSANLAR VƏ HOMO
SAPİENSLƏR
Orta  Paleolit. Alt  Paleolit  dövrünün  ardınca  Orta  Paleolit  başlayır  və  e.ə.  40-cı  minilliyə  qədər
davam  edir.  Orta  Paleolit  Mustye  mədəniyyəti  dövrü  də  adlanır.  Mustye  —  Fransada  yer  adıdır.
Orta  Pal  eolitə  aid  əmək  alətləri  ilk  dəfə  buradan  tapılmışdır.  Orta  Paleolit  dövründə  insanların
sayı artmış, insan məskənləri çoxalmışdı. Bu dövrdə Azərbaycan ərazisində nisbətən inkişaf etmiş
yeni insan tipi - Ne-andertal insanlar formalaşmışdır.
Qazma mağarası (Naxçıvan)
İnsanlar,  əsasən,  maral,  ayı,  tur,  vəhşi  at  (gur),  dağkeçisi  ovlamış,  yığıcılıqla  (yem  toplama)
məşğul  olmuşlar.  Qədim  insanların  təbiət  qüvvələrinə  inamla  bağlı  dini  təsəvvürləri  bu  dövrdə
formalaşmışdır.
Prev
 
Next
Qazma mağarasından tapılmış daş əmək alətləri


Neandertal insanların düşərgəsi
Orta Paleolitdə insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-
birinə vurmaqla süni od əldə etməyi öyrəndilər. 
Orta  Paleolit  dövrünün  sonlarından  başlayaraq  ulu  icma  yavaş-
yavaş sıradan çıxmış, qabila icması yaranmağa başlamışdır. 
Üst  Paleolit.  Üst  Pal  eolit  təxminən  40  min  il  bundan  əvvəl
başlanmış,  e.ə.  XII  minilliyə  qədər  davam  etmişdir.  Bu  dövrdə
iqlim  mülayimləşmiş,  bitki  və  heyvanat  aləmində  xeyli
dəyişikliklər baş vermişdi. 
Bu  dövrdə  insanlar  hələ  də  mağaralarda  yaşamışlar.  Onların
əmək alətləri qaşovlardan, bizlərdən, gəzli (yəni kənarı dişəkli),
ucu şiş və üçbucaq formalı daş əmək alətlərindən ibarət idi. Üst
Paleolitdə  müasir  insan  tipi  yarandı.  Üst  Paleolitdə  yaranan
insan tipi «ağıllı insan» (Homo sapiens) adlanır. 
Bu  insanlar  artıq  məqsədyönlü  fəaliyyət  göstərirdilər.  Onlar
çayın o biri sahilinə keçmək üçün ağacların gövdəsini kəsir, bir-
birinə  bağlayır,  sallar  düzəldirdilər.  «Ağıllı  insan»lar  düz
qamətlə yeriyirdilər.
Neandertal — Almaniyada
yer adıdır. Burada ibtidai
insanın kəllə sümüyü
tapılmışdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə