Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Babil  və  Midiyaya  qarşı  mübarizədə  Manna Aş-şura  kömək  etdi.  Manna  ilə Aşşur  münasibətləri
yenidən yaxşılaşdı. 
Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq üçün Aşşura meyilli siyasətə üs -tünlük
vermişlər. Aşşurla Manna arasında bəzən hərbi münaqişələr baş versə də, onlar, əsasən, müttəfiq
münasibətdə olmuşlar. 
Qaynaqlarda olan məlumatlara görə, Manna müstəqil dövlət kimi öz varlığını e.ə. 593-cü ilə qədər
saxlamışdır. 
E.a.  590-cı  ilda  Manna  qonşuluqda  yaranmış  güclü  Midiya  dövlati  tərəfindən  işğal  edilmişdir.
Bununla da Mannanın müstəqil dövlətçiliyi sona çatmışdır. 
Mannanın  müttəfiqi  olan  İskit  padşahlığı  da  Midiya  dövləti  ilə  rəqabət  apara  bilməyib  tənəzzülə
uğradı.
Aşşurların Mannaya hücumu


SUAL VƏ TAPŞIRIQLAR
1. Manna hökmdarı ölkəni yadelli basqınlarından qorumaq üçün necə xarici siyasət yeridirdi? 
2. Kimmer, iskit, sak tayfaları haradan gəlmişdilər? 
3. Bu türk mənşəli tayfaların Manna ərazisində məskən salmasının nə kimi təsiri oldu? 
4. Aşşur dövləti Manna ilə ittifaqın pozulmasına necə münasibət göstərdi? 
5. Manna dövləti öz müstəqilliyini nə vaxta qədər qoruyub saxlaya bilmişdir? 
6. Cədvəli dəftərinizə çəkin və tamamlayın.
Manna
Yarandı
Paytaxt şeheri
Müttefiqi
Düşmenleri
İdareetme
İnzibati quruluşu
Süqut etdi
«Manna dövləti nə üçün süqut etdi?» adlı kiçik- -ss* həcmli hekayə qurun.
Tuqdamme, Ahşeri, Ualli


§ 14. MANNANIN TƏSƏRRÜFATI VƏ MƏDƏNİYYƏTİ
 
Həsənli yaşayış yerinin qalıqları Sənətkarlıq. Manna ərazisində zəngin də -mir filizi və qiymətli
daş yataqları olduğuna görə burada metalişləmə və zərgərlik işində böyük uğurlar qazanılmışdır.
Peşəkar  ustalar  dəmir,  mis,  tunc,  qızıl,  gümüşdən  bəzək  əşyaları,  qab-qacaq,  silahlar
hazırlayırdılar. 
Həsənli  yaşayış  yerində  (indiki  Cənubi  Azərbaycanda)  aparılan  arxeoloji  qazıntılar  zamanı
müxtəlif  daş  qəliblər  tapılmışdır.  Metalişləmə  ilə  məşğul  olan  ustalar  əridilmiş  metalı  həmin
qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar.
Həsənli yaşayış yerindən tapılan qızıl cam mannalı ustaların yüksək sənətkarlığından xəbər verir. 
Ziviyə qalasından qızıl və gümüşdən qılınc, sini, qədəhlər, kəmər və s. tapılmışdır. 
Mannalılar  toxuculuq  sənəti  ilə  də  məşğul  olmuşlar.  Həsənlidən  tapılan  müxtəlif  parça  qalıqları
toxuculuqda qoyun yunundan və keçi qəzilindən istifadə edildiyini göstərir. Toxucu-luqla yanaşı,
Mannada boyaqçılıq sənəti də inkişaf etmişdi.
Prev
 
Next


 
Saxsı  qab  Mannalılar  qonşu  ölkələrlə  ticarət  əlaqələri  yaratmışdılar.  Onlar  istehsal  etdikləri
müxtəlif məhsulları, metal, at və mal-qaranı başqa vacib əşya və ərzaqla dəyişirdilər. 
Memarlıq  və  incəsənət.  Mannada  yadelli  hücumlarının  qarşısını  almaq  üçün  müdafiə  divarları,
qalalar və qala-şəhərlər inşa olunmuşdu. Paytaxt İzirtu və başqa şəhərlərin ətrafına möhtəşəm qala
divarları çəkilmişdi. Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbəd tikilmişdi. 
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Mannada təsviri sənətin
inkişafından xəbər verir. Həsənlidən əldə olunmuş qızıl cam üzərində çox maraqlı əfsanəvi səhnə
təsvir  olunmuşdur.  Ziviyədən  tapılmış  qızıl  və  gümüş  qədəhlər  (ritonlar)  dağkeçisi  və  ya  ceyran
başı formasında hazırlanmışdır. Müxtəlif əşyalar üzərində aslan ovlayan hökmdar, dizi bükülmüş
maral, dağ-qoçu, həyat ağacı ətrafında keçi və qanadlı öküz təsvir olunmuşdur.
Ziviyədən tapılmış qızıl qab üzərindəki təsvirlər


Din  və  əsatirlər.   Mannalılar  müxtəlif  tanrılara  sitayiş  edirdilər.  İbadət  üçün  xüsusi  binalar  —
məbədlər tikirdilər. Məbədlərə tanrıların heykəllərini qoyurdular.


 
Həsənlidən  tapılmış  qızıl  cam  Sənətkarlar  müxtəlif  əşyalar  üzərində  Manna  əsatirləri  ilə  bağlı
səhnələr təsvir edirdilər. 
Belə təsvirlərdə qrifon*, qanadlı qoç, insan sifətli öküz, sfinks* və s. mühüm yer tuturdu. 
Həsənlidən  tapılmış  qızıl  cam  üzərindəki  rəsmlər  də  mannalıların  dini  görüşləri  ilə  bağlıdır.
Camın yuxarı hissəsində döyüş arabası üzərində üç tanrı — Günəş, Ay, Külək-yağış tanrıları təsvir
edilmişdir. Man -nalılar tanrıları qanadlı təsvir edirdilər. 
Yazı  və  dil.   Azərbaycanın  cənubunda  əhali mixi  yazı  ilə  tanış  idi.  Mannada  yerli  yazı  növü  də
olmuşdur.  Ziviyədən  tapılmış  gümüş  sini  üzərində  həkk  edilmiş  işarələr  heroqlif  yazı  növünə
aiddir. 
Qaynaqlarda  Manna  ilə  bağlı  yer  və  şəxs  adları  Azərbaycan  ərazisində  qədim  türk  tayfalarinin
yaşadığını göstərir.


Mixi yazı ilə yazılmış məktub
*Qrifon — aslan bədənli, qartal qanadlı, aslan və ya qartal başlı əfsanəvi heyvan 
*Sfinks — aslan bədənli, insan başlı əfsanəvi varlıq


 
Manna dövrünə aid 
türk yazı nümunəsi Turukki adı türk tayfa adının ilkin forması hesab edilir. Manna hökmdarlarının
adları da türk sözləri ilə izah olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Mannada sənətkarlığın inkişafına nə zəmin yaratmışdı? 
2. Mannalılar sənətin hansı sahələri ilə məşğul olmuşlar? 
3. Mannalıların qonşu ölkələrlə münasibəti necə idi? 
4. Mannada memarlıq sənəti necə inkişaf etmişdi? 
5. Arxeoloji qazıntılar zamanı Həsənli və Ziviyədən tapıl mış əşyalar üzərindəki təsvirlər nəyi
göstərir? 
6. Mannalıların yazısı və dili haqqında nə demək olar?
«Mannanın təsərrüfat həyatı onun mədəniyyətinə necə təsir göstərmişdi?» mövzusunda esse yazın.
Həsənli, Ziviyə, din, Manna əsatirləri, dil, yazı və incəsənət


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə