Azerbaycan Tarixi 6-cı sinif


§ 12. MANNANIN XARİCİ SİYASƏTİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

§ 12. MANNANIN XARİCİ SİYASƏTİ
Aza
Ullusunu
Mannada  daxili  çəkişmələr.   Urartu  hökmdarı  I  Rusa  Manna
vilayətlərindən  birinin  canişinini  öz  tərəfinə  çəkmişdi.  I  Rusanın  təsiri
ilə  Mannanın  iki  şəhərində  İranzuya  qarşı  üsyan  oldu.  Mannanın
müttəfiqi II Sarqon köməyə gəldi və üsyan yatırıldı. 
İranzunun  vəfatından  sonra  hakimiyyətə  onun  oğlu  Aza  gəldi.  Azanın
hakimiyyəti dövründə Mannada daxili çəkişmələr yenidən gücləndi. Aza
sui-qəsd  nəticəsində  öldürüldü.  716-cı  ildə  hökmdar  taxtına  Azanın
qardaşı Ullusunu  çıxdı.  Mixi  yazılardan  məlum  olur  ki,  Ullusununun
hakimiyyətə  gəlməsinə  Urartu  hökmdarı  I  Rusa  kömək  etmişdi.  Buna
görə 
I Rusa Ullusunudan 22 Manna qalasını almışdı. 
Ullusununun hərəkəti Aşşur hökmdarı 
II Sarqonu qəzəbləndirdi. O, Mannaya qoşun yeritdi. I Rusa Ullusununun
köməyinə  gəlmədi.  Ullusunu  Sarqonun  qəzəbindən  qorxub  dağlara
çəkildi.  II  Sarqon  Mannanın  paytaxtı  İzirtunu  və  bir  neçə  şəhəri  tutub
yandırdı. 
Bir qədər sonra Ullusunu II Sarqonun yaı nına gələrək ondan mərhəmət
dilədi.  II  Sarqon  Ullusununu  bağışladı.  Aşşur  dövlətinin  ağalığını
tanımaq şərti ilə onu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarının
idarəsini ona tapşırdı. 
Urartu  hökmdarı  I  Rusa  Manna  torpaqlarını  işğal  etmək  fikrindən  əl
çəkmirdi.  Manna  canişinlərindən  biri  I  Rusanın  fitnəsinə  uydu  və
Ullusununun hakimiyyətinə qarşı çıxdı. Bundan istifadə edərək II Sarqon
böyük  bir  qüvvə  ilə  Mannaya  yürüş  etdi.  Mannada  Ullusununun
hakimiyyətini istəməyən bəzi canişinlər I Rusaya xəbər göndərib ondan
kömək istədilər.


 
II Sarqon I Rusa ordu toplayıb II Sarqonun qarşısına çıxdı. II Sarqon döyüşdə qalib gəldi, I Rusa
məğlub olub qaçdı. II Sarqon Mannanın Urartu tərəfindən işğal olunmuş torpaqlarını geri qaytardı.
Lakin Mannada daxili çəkişmələr səngimədi. 
E.ə.  714-cü  ildə  II  Sarqon  hərc-mərcliyə  son  qoymaq  üçün  yenə  də  Mannaya  yürüş  etdi.  Bu
yürüşlərdə  II  Sarqonun  bir  neçə  məqsədi  var  idi: Mannanı  Urartu  təcavüzündən  qorumaq;
Mannada  Aşşur  dövlətinin  mövqeyini  möhkəmləndirmək;  Mannadan  Aşşur  xəzinəsinə  xərac
göndərilməsini təmin etmək. 
O, Manna vilayətlərinə daxil olanda Manna hökmdarı Ullu-sunu II Sarqonu təm -təraqla qarşıladı,
ona müxtəlif hədiyyələr və xərac verdi. Ordusunu ərzaqla təchiz etdi. Ul-lusunu Urartu təcavüzünə
son qoymaq üçün II Sarqondan kömək istədi. 
II  Sarqon  verdiyi  sözü  yerinə  yetirdi.  O,  yürüşü  davam  etdirdi  və  I  Rusanın  tutduğu  Manna
vilayətinə çat -dı. II Sarqon və I Ru-sanın qüvvələri arasında qanlı döyüş oldu. Bu döyüşdə I Rusa
və ona kömək edən yerli canişinlər məğlub oldular. 
II Sarqon I Rusa tərəfindən tutulmuş Manna vilayətlərini Urartunun tabe-iyindən azad etdi.


 
Manna  döyüşçüsü  Ullusunu  isə  II  Sarqonun  şərəfinə  yazılı  abidə  qoydurdu.  II  Sarqon  Urartu
ərazisinə daxil oldu, bir çox vilayətləri ələ keçirib talan etdi. I Rusa müqavimət göstərə bilmədi və
özünü  öldürdü.  Bundan  sonra  Urartu  elə  zəifi  ədi  ki,  bir  daha  Mannanın  daxili  işlərinə  qarışa
bilmədi. Manna qüdrətli dövlət oldu.
MANNA (E.Ə. I MİNİLLİKDƏ) VƏ QONŞU DÖVLƏTLƏR



SUAL VƏ TAPŞIRIQLAR
1. I Rusa Manna torpaqlarını ələ keçirmək üçün hansı siyasətə əl atırdı? 
2. Mannada olan üsyanları kim yatırdı? 
3. Ullusunu taxta çıxandan sonra II Sarqon nə üçün Mannaya qoşun yeritdi? 
4. Manna ilə bağlı II Sarqonun məqsədi nə idi? 
5. Ullusunu Aşşur hökmdarından nə xahiş etdi? 
6. Urartunun aqibəti necə oldu? 
7. Xəritədə Manna dövləti və paytaxtını qeyd edin.
Qonşu dövlətlərin Manna üzərinə tez-tez hücum etməsinin səbəbləri nə idi? — mətn tərtib edin.
Manna, Manna—I Rusa, Manna—II Sarqon, II Sar- qon—I Rusa


§ 13. MANNANIN SÜQUTU
Sak döyüşçüsü
Kimmer, iskit, sak tayfaları və Manna. 
Manna hökmdarları uzun illər Aşşur dövləti ilə müttəfiq münasibətlərdə
olmuşlar.  Bununla  da  ölkənin  ərazi  bütövlüyünü  saxlamışlar.  Ölkə
işğalçı  hücumlardan  qorunmuşdur.  Lakin  e.ə.  VII  əsrin  ortalarında  —
Manna Aşşur dövləti ilə ittifaqı pozdu. Bunun səbəbi Mannanın kimmer,
iskit  və  sak  tayfaları  ilə  yaxınlaşması  oldu.  Türk  mənşəli  bu  tayfalar
Azərbaycan 
ərazilərinə 
Qara 
dəniz 
sahillərindən 
və 
Krım
yarımadasından  gəlmiş,  Urartu  dövləti  ilə  Manna  dövləti  arasında
yerləşərək  e.ə.  VII  əsrin  ortalarında İskit  padşahlığı  yaratmışdılar.  Bu
padşahlığın ən görkəmli hökmdarı Tuqdamme olmuşdur. İskit padşahlığı
Manna dövləti ilə ittifaq yaratmışdı. 
Aşşur  və  Manna  münasibətləri.  Mannada  Aşşur  dövlətinə  qarşı  olan
qüvvələr  arabir  baş  qaldırdılar.  Onlar  Manna  ərazisinə  yeni  gəlmiş
tayfalarla  birləşərək  ölkəni  Aşşurun  asılılığından  azad  etməyə  ümid
bəsləyirdilər.  Belə  şəraitdə  Manna  hökmdarı Ahşeri  (e.ə.  675—650-ci
illər) Aşşur  ilə  ənənəvi  ittifaqı  pozaraq Aşşur  döv  -lətinin  tabeliyindən
çıxdı. 
Aşşur  hökmdarı Aşşurbanipal  onu  cəzalandırmaq  üçün  Mannaya  qoşun
yeritdi. E.ə.  650-ci  ildə  onlar  arasında  döyüş  baş  verdi.  Manna  ordusu
məğlub  oldu.  Aşşur  hökmdarı  Mannanın  bir  sıra  şəhər  və  qalasını,
paytaxt  İzirtunu  tu-tub  dağıtdı.  Əhalini,  mal-qaranı  və  at  ilxılarını
qənimət kimi apardı. 
Aşşur  ilə  ittifaqın  tərəfdarları  Ahşerinin  siyasətindən  narazı  qaldılar.
Buna  görə  də  onlar  Ahşeriyə  qarşı  üsyan  təşkil  etdilər.  Üsyan  zamanı
Ahşeri  öldürüldü.  Hakimiyyətə Ahşerinin  oğlu Ualli  gəldi.  O, Aşşur  ilə
ittifaqı bərpa etdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə