Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22


Bütün bu qayaüstü təsvirlər çox dəyərli maddi mənbələrdir. 
Tunc dövrü qayaüstü təsvirləri Azərbaycanın piktoqrafik* yazı mədəniyyətidir. Bu yazılı
abidələrdə türk mənşəli tayfaların Tunc dövründə ətraf mühitlə, məişət və təsərrüfat həyatı ilə
bağlı dini inancları və dünyagörüşləri verilmişdir. 
Orta Tunc dövründə tayfalar böyük tayfa ittifaqında birləşməyə başladı.
SUAL VƏ TAPŞIRIQLAR
1. Tunc dövrü hansı inkişaf mərhələlərindən keçmişdir? 
2. Erkən Tunc dövrü nə qədər davam etmişdir? 
3. Erkən Tunc dövrü hansı ərazilərdə öyrənilmişdir? 
4. Birinci ictimai əmək bölgüsü necə yarandı? 
5. Tunc dövründə nə üçün anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu? 
6. Orta Tunc dövrü nə qədər davam etmişdir? 
7. İkinci böyük ictimai əmək bölgüsü necə baş verdi? 
8. Orta Tunc dövründə qədim əhalinin həyatında hansı yeni təsərrüfat sahələri yarandı?
Metalla tanışlıq insanların həyatını necə dəyişdi? — müxtəlif mənbələrdən məlumat toplayın.
Tunc dövrü, xış əkinçiliyi, tayfa, boyalı qablar mədəniyyəti, piktoqrafik yazı
*Piktoqrafik — şəkli yazı, məlumatın rəsmlər vasitəsilə çatdırılması


§ 7. ERKƏN ŞƏHƏRLƏR. ÜZƏRLİKTƏPƏ, II
KÜLTƏPƏ
Qarabağ.  Üzərliktəpə  yaşayış  yeri.  Orta  Tunc  dövründə  ilkin  şəhər  məskənləri  yarandı.  Belə
məskənlər mühüm ticarət yolları üzərində və müdafiə üçün əlverişli yerlərdə — təpələr üzərində,
yarğanlı çay kənarlarında salınır, möhtəşəm müdafiə divarları ilə əhatə olunurdu. 
Qarabağda  Üzərliktəpə,  Qaraköpəktəpə,  Çi-nartəpə,  Naxçıvanda  II  Kültəpə,  Oğlanqala,  Urmiya
gölü sahilində Göytəpə şəhər tipli yaşayış məskənləri olmuşdur. 
Bilirsiniz, Üzərliktəpə şəhər yaşayış yeri Qarabağda — Ağdam şəhərinin şərqində yerləşir. Şəhər
dairəvi planda salınmışdır. Şəhəri əhatə edən müdafiə divarları saman qarışdırılmış çiy kərpicdən
inşa  olunmuşdur.  Bu  yaşayış  yerindən  heyvan  sümükləri,  buğda  qalığı,  dəndaşı,  oraq  dişləri,
həvəng- dəstələr tapılmışdır.


Ən  maraqlı  tapıntı  daşdan  düzəldilmiş  qadın
bütüdür.  Keramika  nümunələri  və  üzərində
metal  ərin-tisi  olan  gil  qəlib  qədim  əhalinin
dulusçuluq  və  metalişləmə  sənətini  yaxşı
bildiyini  göstərir.  Tapılan  qabların  bir  qismi
qara,  bir  qismi  qırmızı  rəngdədir.  Qara  rəngli
qablar 
həndəsi 
naxışlarla 
bəzədilmişdir.
Qırmızı  rəngli  qablar  açıq-qırmızı  olub,
üzərinə 
qara 
rəngli 
boya 
ilə 
bəzək
vurulmuşdur. Üçüncü qrup qablar isə daha sadə
mətbəx qablarıdır. 
Üzərliktəpədə  sümükdən  olan  ipəyirən,  biz  və
iynələr  də  tapılmışdır. Yaşayış  yerindən  üzüm
çəyirdəyi və içərisində şərab çöküntüsü olan gil
qab  tapılmışdır.  Qarabağın  qara  münbit
torpaqları  vardı.  Bu,  əkinçiliyin,  bağçılığın
inkişafına zəmin yaratmışdı. 
Naxçıvan.  II  Kültəpə.  Naxçıvan  və  Urmiya
bölgəsindəki  bəzi  yaşayış  məskənləri  Qədim
Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər
yüksəlmişdir. 
Qədim  Naxçıvan  şəhəri  II  Kültəpə  yaşayış
məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən
birinin  mərkəzi  olmuşdur.  Bu  şəhər  3500  il
bundan əvvəl yaranmışdır. 
Üçbucaq  şəklində  olan  bu  yaşayış  yeri
Çəhriçayla  Naxçıvan-çayın  birləşdiyi  ərazidə
yerləşir.
Orta Tunc dövrünə aid keramika nümunələri
(Qarabağ. Üzarlik- tapa)
 - II Kültəpə müdafiə qalası


 
Orta Tunc dövrünün boyalı qabları Yaşayış yeri möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Bu
qala  divarları  iri  daşlardan,  qaya  parçalarından  ikiqat  hörülmüşdür.  Qatların  arası  isə  kiçik  çay
daşları ilə doldurulmuşdur. 
II Kültəpədə metalişləmə, daşişləmə, sü-mükişləmə, toxuculuq sənətləri xüsusilə inkişaf etmişdi. 
II  Kültəpə  yaşayış  məskənində  dulusçuluq  məhəlləsi,  emalatxanası,  daş  döşənmiş  küçə  və  dulus
sobaları  aşkar  edilib.  Dulusçuluq  emalatxanası  dörd  otaqdan  ibarətdir.  Birinci  otaqdan  dulus
kürəsi,  çoxsaylı  sadə  və  boyalı  qab  qırıqları  tapılıb.  Ən  maraqlı  tapıntı  dulus  kürəsinin  üzərində
olan qabdır. Qabın içərisində sarı, çəhrayı, narıncı rəngli minerallar var.
Dulusçuluq emalatxanasının qalıqları ( Naxçıvan. II Kültapa )


Deməli, dulusçular müxtəlif rənglər almaq üçün minerallardan istifadə etmişlər. 
İkinci  otaqda  dulusçular  özləri  yaşayırdılar.  Orada  çıraq  altlığı  və  az  sayda  daş  alətlər  aşkar
edilmişdir. 
Üçüncü  otaq  daha  genişdir.  Burada  dörd  ocaq  yeri  var.  Tapıntıların  içərisində  Üzər-liktəpə  tipli
qara cilalı, üzərində naxışlar cızılmış bütöv qab da var. 
II  Kültəpədə  dulusçuluğun  inkişafı  mübadilənin  və  iqtisadi-mədəni  əlaqələrin  genişlənməsinə
zəmin  yaratmışdı.  Orta  Tunc  dövründə  Azərbaycanda  bir  neçə  dulusçuluq  ocağı  mövcud  idi.
Onlardan biri Azərbaycanda boyalı qabların ilkin vətəni sayılan Naxçıvan ərazisində, ikincisi cilalı
qara  və  boz  qabların  geniş  yayıldığı  Mil-Qarabağda  olmuşdur.  Bu  yaşayış  məskənləri  arasında
qarşılıqlı iqtisadi-mədəni əlaqələr olmuşdur. 
II Kültəpə ərazisindən müxtəlif əşyalar da tapılmışdır. Tapılan daş sürtgəclər, həvəngdəstələr, dən
daşları,  baltalar,  oraq  dişləri,  ox  ucları,  müxtəlif  əşyalar  həmin  dövrdə  burada  sənətin  inkişafını
sübut edir. 
Sümükdən  hazırlanmış  biz,  iynə  və  s.  alətlər  toxuculuq  və  dəriişləmənin  də  inkişaf  etdiyini
göstərir. 
Qədim  Azərbaycan  tayfaları  qonşu  tayfalarla  da  iqtisadi-mədəni  əlaqələrdə  olmuşlar,  mal
mübadiləsi  etmişlər.  Azərbaycan  ərazisində  erkən  şəhərlər  arxeoloji  qazıntıların  vasitəsilə
öyrənilmişdir.
Prev
 
Next


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə