Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   22

ORTA TUNC DÖVRÜ ABlDƏLƏRlNlN XƏRlTƏSl (E.Ə. III
MlNlLLlYlN SONLARINDAN II MlNlLLlYlN ORTALARINADƏK)



SUAL VƏ TAPŞIRIQLAR
1. Şəhər tipli yaşayış yerləri hansı məkanlarda öyrənilmişdir? 
2. Üzərliktəpə şəhər yeri harada yerləşir? 
3. Qədim üzərliktəpəlilər sənətin hansı sahələri ilə məşğul olmuşlar? 
4. II Kültəpə yaşayış yeri harada yerləşir? 
5. Hansı tapıntı II Kültəpədə yerli dulusçuların boyalı qablar istehsal etdiyini göstərir? 
6. Boyalı qablar üzərinə hansı naxışlar vurulurdu? 
7. Orta Tunc dövründə qədim əhalinin məşğuliyyətində nə kimi yeniliklər olmuşdu?
Şəkillərə istinad edərək «Tunc dövründə Azərbaycan ərazisində qala-şəhərlər» mövzusunda mətn
tərtib edin.
Prev
 
Next
Urmiya gölü sahilində
Göytəpə yaşayış yerinin qalıqları
İlkin şəhər məskənləri, Üzərliktəpə, II Kültəpə, müdafiə qalası


§ 8. SON TUNC VƏ İLK DƏMİR DÖVRÜ
Son Tunc — İlk Dəmir dövrü e.ə. II minilliyin 2-ci yarısı I minilliyin əvvəllərini əhatə edir. Son
Tunc  —  İlk  Dəmir  dövründə  Azərbaycanda  Xocalı-Gədəbəy  və Talış—Muğan  mədəniyyətləri
inkişaf  etmişdi.  Bu  dövrün  abidələri  Qarabağda,  Qazaxda,  Gəncəçay  ətrafında,  Naxçıvanda  və  s.
yerlərdə  öyrənilmişdir.  Son  Tunc  dövründə  daha  möhkəm  yaşayış  və  təsərrüfat  binaları  inşa
edilmişdi.
Siklopik tikili (Naxçıvan)
Düşmən hücumlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları
çəkilir, yaylaqlarda və ticarət yollarının kənarlarında iri qaya parçalarından siklopik tikililər
qurulurdu. Bu tikililər üçbucaq, dördbucaq, trapesiya formasında olurdu. Siklopik tikililər köçmə
maldarların və tacirlərin yağışdan, qardan, qızmar günəş şüalarından qorunması üçün tikilirdi. 
Əkinçilər buğda, arpa, darı və s. bitkilərin bir neçə növünü becərirdilər. Taxılı tunc və dəmirdən
hazırlanmış oraqlarla biçir, taxta vəllərlə döyür, dən daşları ilə üyüdürdülər. Taxıl ehtiyatını isə iri
küplərdə və quyularda saxlayırdılar.


 
Dən daşları Süni suvarma sayəsində bağçılıq və bostan-çılıq da inkişaf etmişdi. 
Maldarlıqda  xırda  və  iribuynuzlu  heyvanların  sayı  artmış,  geniş  otlaq  sahələrinə  ehtiyac
yaranmışdı. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilirdi. At insanların həyatında böyük rol
oynadığı üçün ona sitayiş edirdilər. 
Minik  vasitəsi  kimi  və  yük  daşınmasında  dəvədən  də  istifadə  olunurdu.  Dəvənin  yunundan,
südündən, ətindən də istifadə edirdilər.
Dəvə karvanının təsviri ( Qobustan )
Bu dövrdə saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu.
Son  Tunc  dövründə  sənətkarların  içərisindən sənətkar-tacirlər  qrupu  ayrıldı. Bu  yeni  —  üçüncü
ictimai əmək bölgüsü idi. 
 
Son  Tunc  dövrünün  saxsı  qabları  Bu  dövrdə  ictimai  həyatda  tayfa  başçılarının  hakimiyyəti
qüvvətlənmişdi.  Hərbi  və  dini  rəhbərliyin  onların  əlində  toplanması  bu  şəxslərin  ilahiləşdiril-
məsinə  gətirib  çıxarmışdı.  Tayfa  başçılarına  öləndən  sonra  da  sitayiş  olunur,  onların  xatirəsini
əbədiləşdirmək üçün qəbirləri üzərində kurqanlar qurulurdu.


Aşşur tipli qab və Aşşur muncuğu
Qobustan qayaüstü təsvirləri
Son  Tunc  dövründə  Azərbaycan  tayfaları  oda,
aya,  ulduza,  günəşə,  dağa,  meşəyə,  müxtəlif
ağac növlərinə, heyvanlara sitayiş edirdilər. 
Bu  dövrdə  Azərbaycan  tayfaları  Qədim  Şərq
ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdılar.
Azərbaycanın  zəngin  filiz  yataqları,  cins  at
növləri, 
mal-qara 
sürüləri, 
sənətkarlıq
nümunələri ticarətdə böyük rol oynayırdı. Tunc
dövrünə  aid  yaşayış  yerlərindən  və  qəbir
abidələrindən  Aşşurda  hazırlanmış  şirli  gil
qablar,  möhürlər,  silahlar,  bəzək  şeyləri  aşkar
edilmişdir. Bu tapıntılardan biri Qarabağdan —
Xocalıdan tapılmış muncuqdur. Muncuğun üzə
-rində mixi yazı ilə Aşşur padşahının (Adadni-
rari) adı yazılmışdır. 
Qonşu  ölkələrlə  ticarət  yalnız  quru  yolla
aparılmırdı. Kür—Araz çayları və Xəzər dənizi
vasitəsilə  su  yolları  ilə  də  ticarət  əlaqələri
yaradılmışdı.  Qobustan  qayaları  üzərində  həkk
edilmiş  müxtəliftipli  gəmi  təsvirləri  bunu
sübuzt edir. 
Dəmirin  kəşfi  əkinçiliyin  inkişafına  təkan
verdi . E.ə.  VII  əsrdən  başlayaraq  dəmirdən
daha geniş istifadə olunmuşdur. 
Bu  dövrə  aid  silah  nümunələri  tunc  və
dəmirdən  düzəldilmiş  müxtəlif  ölçüdə  olan
qılınc və xəncərlərdən ibarətdir.


Dəstəklər yuxarı hissədə yanlara əyilmiş dairəvi qulaqcıqlarla tamamlanır. Tiyələri uzundur. 
Son  Tunc  dövrünə  aid  tapılan  bəzək  nümunələri  tunc  bilərzik  və  üzüklərdən,  muncuqlardan
ibarətdir. Saxsı məmulatı isə əldə hazırlanmış qara və qırmızı rəngli qablardır. 
Beyləqan rayonunda Kəbirli kəndi yaxınlığında yerləşən Qaratəpə qədim yaşayış yeri Dəmir dövrü
abidəsidir. 
Qaratəpə  yaşayış  yerində  evlər  çiy  kərpicdən  inşa  olunmuşdur.  Buradan  ocaq  yeri  və  gil  qablar,
dən  daş  l  arı,  iy  başlıqları  tapılmışdır.  Dəmir  dövrünə  aid  abidələr  Qobustanda,  Abı  şeronda,
Salyanda və s. yerlərdə öyrənilmişdir.
Prev
 
Next
Son Tunc dövrünə aid qılınc dəstəyi
Bəzək əşyaları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə