Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

AZƏRBAYCAN TARİXİNƏ DAİR
QISA OÇERKLƏR
 
Kutilərin  mühüm  ictimai  xüsusiyyəti  onların  dövlət  qurumunun  demokratik  əsaslarla  —
ağsaqqalların  iştirak  etdiyi  məclis  vasitəsilə  idarə  edilməsi  idi  
Lullubilər.
  Urmiya  göl  ünün
cənub hissəsində lullubi tayfa ittifaqı yarandı. Lullubilər tarix səhnəsinə su və turukki tayfaları ilə
birgə çıxmışlar. 
Eradan  əvvəl  XXIII  əsrdə  bu  tayfaların  dövlət  qurumu  yarandı.  Lullubilər  maldarlıq  və dəmyə*
əkinçiliyi  ilə  məşğul  idilər.  Onlar  da  Şumer  mədəniyyətinin  güclü  təsirinə  məruz  qalmışdılar.
Mixi yazıdan istifadə edirdilər. Akkadlarla yazışırdılar. 
Lullubi hökmdarlarına məxsus ilk yazılı abidə e.ə. XXIII əsrə məxsusdur. Sarınul adı verilən yerdə
qayaya  həkk  olunmuş  hökmdar  Anubaniniyə  məxsus  kitabədə,  lullubi  torpaqlarının  Urmiya
gölündən Bəsrə (Kəngər) körfəzinə (İran körfəzi — red.) kimi uzandığı göstərilir. 


 
Kutilərin  mühüm  ictimai  xüsusiyyəti  onların  dövlət  qurumunun  demokratik  əsaslarla  —
ağsaqqalların  iştirak  etdiyi  məclis  vasitəsilə  idarə  edilməsi  idi  Kutilər.  Kuti  dövlət  qurumunun
tərkibində  subar  (su),  turukki,  kuman,  bars,  böri,  gərgər  (qarqar),  azər,  zəngi  və  s.  türk  tayfaları
iştirak  edirdilər.  Kuti  dövlət  qurumu  demokratik  əsaslarla  idarə  edilirdi.  Qonşuluqda  yaşayan
dövlətlərdə  hakimiyyət  atadan  oğula  keçirdi,  lakin  kutilərdə  hakimiyyəti  ağsaqqalların  və  tayfa
başçılarının iştirak etdiyi məclis seçirdi.
*Dəmyə — suvarılmayan yerlərdə əkin


«Qut»  sözü  türk  etimologiyasında  hökmranlıq,  uğur,  can,  ruh  kimi  mənalarda  işlədilir.  Tarixi
mənbələrdə kutilərin türk mənşəli olduğunu sübut edən çoxlu dəlillər vardır. 
Hurrilər.
  Şumer  mənbələri  təsdiq  edir  ki,  hurrilərin  vətəni  Cənubi  Qafqaz,  Van  gölü  ətrafı  və
Şimali  Zaqros  bölgələridir.  Onların  yaşadığı  dağlıq  sahələrə  «Hurrum»  deyilir.  Hurrilər  türk
mənşəli  idilər.  Manna  dövləti  dövründə  hurrilərin  Urmiya  gölü  ətrafında  yaşadığı  məlumdur.
Hurrilərin e.ə. III minilliyin sonunda yazı mədəniyyətinə malik olduqları barədə məlumat vardır.
Mənbələrdə  onların  adı  Ön  Asiyada  ən  çox  inkişaf  etmiş  Şumer,  Akkad  və  Elamlarla  yanaşı
çəkilir. 
Kassit  əyanları 
Kassitlər.
  Mənbələrdə  Urmiya  gölü  ətrafında  kassit  (kaşşu)  tayfalarının  da
yaşadığı  göstərilir.  Kassitlər  dağlıq  yerlərdə  yaşayırdılar.  Onlar  başqa  tayfalarla  qohumluq
əlaqələri yaratmırdılar. 
Turukkilər.
  Mənbələrə  əsasən  Cənubi  Azərbaycanın  ən  qədim  tayfalarından  biri  turukkilərdir.
Turukkilərin yaşadığı coğrafi ərazi Urmiya gölündən Zəncana kimi uzanırdı. 
Subarlar.
  Urmiya  gölü  hövz  əsində  e.ə.  III—II  minilliklərdə  subarlar  da  yaşayırdılar.  Subarlar
Azərbaycan  xalqından  başqa  bir  neçə  türk  xalqının  formalaşmasında  iştirak  etmişlər.  Subarlar


İkiçayarasında  (Dəclə  və  Fərat)  yaşayırdılar.  E.ə.  II  minilliyin  əvvəllərində  subar  torpaqlarında
Aşşur  hakimiyyəti  gücləndi.  Aşşur  tayfalarının  hücumuna  məruz  qalan  subarlar  üç  qola  (Qərb,
Orta  və  Şərq)  ayrıldılar.  Ehtimal  olunur  ki,  qərbə  üz  tutan  subarlar  orada  yaşayan  tayfalara
qarışdılar.  Həmin  istiqamətdə  Urmiya  gölü  hövzəsində  məskunlaşanların  bir  xeyli  hissəsi
Türküstan və Sibir tərəfə getdilər. Sibirin adı da subarlarla bağlıdır.


E.ə. IV—II minilliklərdə Ön Asiyada Türk etnosunun yayılma dairəsi və qonşuları
Orta hissədə qalan subarlar Dəclə və Fəratın yuxarı hissəsində, Van gölünün qərbində indiki
Türkiyədə — Bitlis ilə Diyarbəkir arasında məskən saldılar.


Kimmer,  iskit,  saklar.
  Tarixi  qeydlərə  əsasən  e.ə.  VIII  əsrdə  Qara  dənizin  şimal  hissəsində
yaşayan kimmerlər əsrin sonlarında saklar tərəfindən sıxışdırılıb öz torpaqlarından çıxarılmışlar.
Onların bir hissəsi Anadoluya getmiş, bir hissəsi də Cənubi Qafqaza və Ön Asiyaya yayılmışdır.
Kimmerlərlə  bağlı  yer  adları  o  vaxtın  tarixi  hadisələrini  və  onların  yayılma  yerlərini  müəyyən
edir. Azərbaycanda Qımırlı, Kəmərli, Komar, Kəmərdaran, Kəmər, Qəmərli, Kəmərqaya və s. yer
adları kimmerlərin yadigarlarıdır. 
Kimmerlərdən  sonra  saklar  e.ə.  VII  yüzillikdə  Cənubi  Qafqaz  və  Ön  Asiyada  hakimiyyət
qurmuşlar.  Herodot  onları  öz  əsərində  skiflər  adlandırmışdır.  Sakların  adına  ilk  dəfə  Aşşur
mənbələrində  rast  gəlinir.  Sakların  mədəniyyəti,  dövlət  quruluşları,  ordunun  tamamilə
süvarilərdən  ibarət  olması  və  tapılan  mixi  yazılı  sənədlərdə  türk  dilində  hələ  də  yaşayan  sözləri
işlətmələri onların türk mənşəli olduqlarını sübut edir. Aşşur qaynaqları onları işquz adlandırırdı. 


Saklar uzun müddət hakimiyyətdə olmuşlar. Şərqdə Çin səddinə, qərbdə Dunay çayına kimi böyük
bir ərazini tutub burada imperiya yaratmışlar. 
Massagetlər.
  Yunan  müəllifi  Strabon  yazır:  «Şərqdə  yaşayan  xalqlara  massagetlər  və  saklar
deyilirdi». 


Massagetlərin  e.ə.  IX—VII  yüzilliklərdə  Gilgilçay  ilə  Dərbənd  arasında  yaşadığı  güman  edilir.
Onlar iskitlərin (saklar) ardınca Dərbənd keçidini ötüb alban torpaqlarına daxil olmuşlar.


Kaspilər.
  Əhəmənilər  dövlətinin  siyasi  nüfuzu  Qafqaz  dağlarına  çatdıqda  Şimali  Azərbaycanda
yaşayan  tayfalar  tarix  səhnəsinə  çıxdılar.  Onların  ən  görkəmlisi  kaspilərdir.  Xəzər  dənizinin  bir
adının  da  Kaspi  dənizi  olması  onların  adı  ilə  bağlıdır.  Kaspilər  qədim  dövrün  görkəmli
xalqlarından  biri  olan  kassilərin  qohumudur.  Onlar  e.ə.  I  minilliyin  sonunda  alban  tayfalarına
qarışmışlar. Yaşadıqları coğrafi məkan Muğan—Lənkəran ovalığı idi. Kaspilər gəmiçilik sənətinə
yaxşı yiyələnmişdilər. 
Manna 
dövləti 
(e.ə. 
IX—VII 
əsrlər)


Manna.
  Manna  dövləti  müasir  Azərbaycanın  cənub  hissəsində  yaranmışdı.  Manna  dövlətinin
bünövrəsi  e.ə.  I  min  ı  illiyin  başlanğıcında  qoyulmuş,  e.ə  IX  yüzilliyin  ortalarında  isə
formalaşmışdır. Mannalılar kuti, lullubi, turukki və su (sub/subar) tayfalarının varisləri sayılır. 
Mənbələrdə  Manna  torpaqlarının  Urmiya  gölünün  şərqindən  Xəzər  dənizinin  cənubqərbinə  kimi
yayıldığı  aydın  şəkildə  görünür.  Mannalılar  yüksək  əkinçilik  mədəniyyətinə  yiyələnmişdilər.
Aşşur  mənbələrində  Urmiya  gölü  ətrafında  çoxlu  taxıl  anbarlarının  olduğu  göstərilir.  Mannalılar
heyvandarlıq təsərrüfatında da böyük təcrübə qazanmışdılar.


Hökmdar  İranzu  zamanında  isə  dövlətin  sərhədləri  şimalda  Araz  çayına,  cənubda  Parsua  və
Midiya hüdudlarına çatırdı. Urmiya gölünün cənubqərbində yerləşən Gilzan vilayəti də Mannaya
tabe olmuşdu. 
E.ə.  VII  əsrin  sonuna  kimi  Manna  dövləti Aşşur  ilə  ittifaqda  qalmışdır.  E.ə.  590-cı  ildə  Manna
torpaqları Midiya ordusu tərəfindən işğal olundu. 
Manna dövlətinin hökmdarına yanzu deyilirdi. Hökmdara ağsaqqallar şurası kömək edirdi. Ancaq
hər  şey,  daxili  və  xarici  siyasət  tamamilə  hökmdarın  əlində  idi.  Dövlət  siyasəti  daha  çox Aşşura
yaxın idi. Ordu hökmdarın sərəncamında idi. Onlar hərb zamanı oxyay, xəncər, qılınc, nizə, tunc
lövhələr tikilmiş əlcəklər, dəbilqələr və döyüş arabalarından istifadə edirdilər. 
Eramızdan əvvəl II minilliyin axırı I minilliyin əvvəllərində Zaqros dağları bölgəsində bəzi kiçik
bəyliklər yarandı. Gilzan, Zamua, Allabria, Karall a, Buştu,  Messi,  Surikaş,  Gizilbunda, Alateya,
Uişdiş,  Zikirtu,  Andia,  Subi,  Sangibuti,  Puluadi  və  digər  vilayətlər  vardı.  Ancaq  onların  ən
qüdrətlisi Zamua idi. Aşşurlar teztez Gilzan vil ayətlərinin sərhədlərini pozur və hücum edirdilər.
Urartu  eradan  əvvəl  təqribən  IX  yüzilliyin  axırında  Gilzanı  tutmuşdur.  Zamua  öz  torpaqlarının
sərhədini Urmiya gölündən Kiçik Zab çayına kimi genişləndirmişdir. 
Midiya 
dövləti 
(e.ə. 
VII 
əsrin 
son 
rübü 
— 
VI 
əsrin 
ortaları)


Midiya.
 Madalılar e.ə. I minilliyin əvvəllərində Mannanın cənubşərq tərəfində məskunlaşmışdılar.
Tarixi  mənbələr  yazır  ki,  Midiya  dövlətinin  yarandığı  dövrlərdə  indiki  Azərbaycan  türklərinin
yaşadığı torpaqlarda e.ə. VII yüzilliyin 70-ci illərində İskit padşahlığı hökm sürürdü. Midiyalılar
aşşurlarla  apardıqları  hərbi  döyüşlərdə  zəfər  çalmış  (e.ə.  VII  yüzilliyin  axırı)  və  xeyli
güclənmişdilər.


Onlar  VII  əsrin  ilk  illərində  Urartu  və  İskit  padşahlığının  torpaqlarını  ələ  keçirdilər.  Bu
məğlubiyyətdən sonra saklar Qara dənizin şimal vilayətlərinə (ehtimal) qayıtdılar. 
Atropatena
Atropatena.
  Bəzi  tarixçilər  Azərbaycanın  adının  Atropatenanın  hökmdarı  Atropatın  adından
yarandığını iddia edirlər. Azərbaycan adı burada yaşamış az tayfasının adı ilə də bağlanılır. «Cami
ətTəvarixin»  müəllifi  Rəşidəddin  ilə  təbrizli  Məhəmməd  Hüseyn  ibn  Xələf  də  Azərbaycan


sözünün  türk  mənşəli  olduğunu  bildirirlər.  Onların  fikrincə,  Azər  «hündür  yer»,  bayqan  isə
«böyüklər» mənasındadır. 
Albaniya.
 Albanlar haqqında ilk məlumatı verən qədim yunan tarixşünası Strabona görə, albanlar
iberlərlə  Kaspi  dənizi  arasında  yaşayırdılar.  Dövlətin  qərb  sərhədi  isə  antik  mənbələrdə  adı
Kambiz  kimi  gedən  İori  olub.  Bəzən  də Alazan  çayı  boyunca  uzanıb  və  indiki  Gürcüstanın  şərq
hissəsi  də  onların  hakimiyyətində  olub.  Dövlətin  şimal  sərhədi  Qafqaz  silsilə  dağları  ilə
əhatələnmişdi.  Ölkənin  cənub  sərhədində  iberlər  yaşayırdılar.  Ölkənin  cənub  sərhədi  indiki  Talış
dağlarına çatırdı. 
Müasir  tarixşünaslıq  da  iddia  edir  ki,  albanlar  25  tayfanı  öz  hakimiyyətləri  altında  saxlamışlar.
Tədqiqatçılar arasında albanların sak mənşəli olması barədə fikirlər var. 
Alban  tayfa  birləşməsi  26  tayfadan  yaranmışdır.  Strabon  yazır:  «Onlar  birbirləri  ilə  çətin
ünsiyyətə girirlər». Bu tayfaların hərəsinin öz dili olub. Lakin türk tayfaları daha aparıcı mövqedə
olduğuna görə, şübhəsiz ki, Albaniyada ümumünsiyyət dili türk dili idi.


Albaniya
Albanlar Kür çayının orta və aşağı axarında və çayın sol sahilində məskunlaşmışdılar. Çayın sağ
sahilində isə kaspi tayfaları yaşayırdılar. Bəzi tarixçilər bunları da albanlar sayır. Etnik ayrılıqlar
onların qəbir tiplərindən və dəfn adətlərindən aydın olur. Küp qəbirlər, çiy kərpicdən düzəldilmiş
abidə məzarlar (sərdabələr), saxsıtəknə qəbirlər, katakomba adlanan quyu qəbirlər (quyu divarının
bir hissəsi oyulur və orada ölü ilə avadanlığına görə yer açılır, dəfn bitdikdən sonra məzarın ağzı
hörülürdü) və s. Albaniyada yaşayan tayfalar, onların mədəniyyətləri haqqında məlumat verir. 
Tarixi  məlumatlara  əsasən  Şimali  Azərbaycanın  Qəbələ  bölgəsində  yaşayan  azsaylı  udinlərin
atababaları sayılan utilər Alazan və Kür çayının qovşağında, leqlər Samur çayının yuxarı axarında,
lipinlər  Qafqaz  dağlarının  şimal  ətəklərində,  gərgərlər  (qarqarlar)  Qarabağın  düzənlik  yerlərində
yaşayıblar. 
Mənbələrdə  e.ə.  I  yüzillikdə  Azərbaycanın  şimalında  kəngərli  və  sabir  (subar)  tayfalarının
yaşadığı göstərilir. Onların hun tayfa birləşmələrində iştirak etməsi haqqında fikirlər mövcuddur.


Digər  tərəfdən  Girdiman  (Gardman)  və  hun  tayfalarının  da  alban  tayfa  birləşməsində  iştirakı
mülahizə edilir.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda
arxeoloji tədqiqatlar - 2008. Bakı, 2008. 
2. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda
arxeoloji tədqiqatlar - 2009. Bakı, 2010. 
3. Aşurov S. Naxçıvanın ilk Tunc dövrü keramikası. Tarix elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 1992. 
4. Babayev İ.M., Əhmədov Q.M. Qəbələ, Bakı, «Elm», 1981. 
5. Bahşaliyev Veli. Nahçıvan Arkeolojisi: The Archaeology ofNakhichevan. İstanbul, 1997. 
6. Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri, Bakı, «Elm», 1960. 
7. Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair, «Elm» nəşriyyatı, Bakı, 1964. 
8. Bünyadov T.Ə. Azərbaycanda maldarlığın inkişafı tarixindən, Bakı, «Elm» nəşriyyatı, 1969. 
9. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı I minilliyin əvvəllərində (Qarabağın
Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında), Bakı, «Elm», 2000. 
10. Cəfərzadə İ.M. Qobustan, «Elm» nəşriyyatı, Bakı, 1973. 
11. Əliyev V.H. Azərbaycanda boyalı qablar mədəniyyəti, Bakı, 1966. 
12. Əliyev V.H. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti, Bakı, «Elm», 1977. 
13. Əliyev V.H. Gəmiqaya abidələri, Bakı, 1992. 
14. Əliyev V.H. Naxçıvanda ilkin şəhər mədəniyyəti abidələri. «Elm və həyat», N° 2, Bakı, 1975. 
15. Əliyev V.H. Qədim Naxçıvan, Bakı, 1979. 
16. Göyüşov R.B. Azərbaycan arxeologiyası, Bakı, 1986. 
17. Göyüşov R.B., Martınov A.İ. SSRİ arxeologiyası, «Maarif» nəşriyyatı, Bakı, 1990.


18. Həbibullayev O.H. Kültəpə arxeoloji qazıntıları, Bakı, 1959. 
19. İsmayılov Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri, Bakı, «Elm»,
1981. 
20. Məmmədova Aidə. Azərbaycanın Tunc dövrü mədəniyyətinin öyrənilməsi tarixi və onun
problemləri. Bakı, 2001. 
21. Muradova F.M. Qobustan Tunc dövründə, Bakı, 1979. 
22. Müseyibli Nəcəf. Gəmiqaya rəsmləri. Bakı, 2002. 
23. Müxtəsər Azərbaycan tarixi. Bakı. 
24. Rüstəmov C.N. Qobustan dünyası, Bakı, 1994. 
25. Səfərov Y. Qədim Azərbaycan; nə bilirik, Bakı, 1989. 
26. Yusifov Y. Qədim Şərq tarixi, Bakı, 1993. 
Rus dilində 27. Академия наук СССР. Труды Азербайджанской экспедиции. М., 1965, МИА
№ 125. 
28. Алиев В.Г. Петроглифы Гемигая. Из серии “Памятники материальной культуры
Азербайджана”, Баку, 1985. 
29. Пассек Т.С., Латынин Б.А. Очерк об истории Северного Азербайджана. ИООИА, № 3,
1926. 
30. Таваккул Расулоглы. Циклопические сооружения на территории Азербайджана. Баку,
1993. 
31. Мещанинов И.И. Ассирийская вотивная бусина из Азербайджана. ИООИА, № 2, Баку,
1926. 
32. Мещанинов И.И. Циклопические сооружения Закавказья. ИГАИМК, т. XIII, вып. 4-7,
1931. 
İtalyan dilində 33. Anati E. Cobustan Azerbaiyan. Wara Archives Edizioni Del Centro. Italy,
2001.


Redaktoru Gülər Mehdiyeva 
Bədii və texniki redaktoru Abdulla Ələkbərov 
Kompyuter tərtibatçısı Təhmasib Mehdiyev 
Korrektoru Natəvan Məmmədova
Çapa imzalanmışdır 02.08.2013. Kağız formatı 70x100  / . 
Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. 
Fiziki çap vərəqi 8,0. Uçot nəşr vərəqi 7,4. 
Sifariş 65. Tiraj 500. Qiyməti 5 man. 50 qəp. 
«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC 
Bakı, AZ 1052, F.Xoyski küç. 121   
e-mail: 
tahsil_az@yahoo.com
1
16
A


Vəli Hüseyn oğlu Əliyev 
İlyas Atababa oğlu Babayev 
Hidayət Fərrux oğlu Cəfərov 
Aidə Əkbər qızı Məmmədova 
AZƏRBAYCAN TARİXİ 
(Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik) 
Bakı, «Təhsil», 2013.

Document Outline

  • Prev
  • Next

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə