Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

Üst Paleolit düşərgəsi
« Ağıllı insan »ın beyni
«bacarıqlı insandın beynindən
iki dəfə böyük idi.
Qədim  insanlar  bir-birini  işarələrlə  (əl,  dodaq  hərəkətləri)  başa
salırdılar. Əmək fəaliyyətinin genişlənməsi, şüurun inkişafı Üst
Paleolitdə  tədricən  səsli  nitqin  yaranmasına  səbəb  oldu.  Səsli
nitq ilk vaxtlar tək-tək sadə ifadələrdən ibarət idi. Belə ifadələr
yavaş-yavaş  çoxaldı  və  dil  yarandı.  Dil  ən  əlverişli  ünsiyyət
vasitəsi oldu.
 
Bu dövrdə ulu icmanı qəbilə icması əvəz etdi. Qəbilədə insanlar qan
qohumluğu  əsasında,  ana  xətti  ilə  birləşirdilər.  Qəbilənin  həyatında  qadın  mühüm  rol  oynayırdı.
Uşaqların  qayğısına  qalmaq,  giləmeyvə  və  yabanı  bitkilər  toplamaq,  odu  qoruyub  saxlamaq,
yemək hazırlamaq və s. qadınların işi idi. Qəbilə icmasında insanlar ana xətti ilə birləşdiyinə görə
bu dövr anaxaqanlığı (matriarxat) dövrü adlanır.


SUAL VƏ TAPŞIRIQLAR
1. Orta Paleolit dövründə yaşayan insanlar necə adlanırdı? 
2. Hansı daha əvvəl yaranmışdı — heyvanlara sitayiş, yoxsa təbiət qüvvələrinə inam? 
3. Üst Paleolitdə qədim insanlar hansı əmək alətlərindən istifadə etmişlər? 
4. Qəbilə icması nə vaxt yarandı? Onun xüsusiyyətləri hansılardır? 
5. «Anaxaqanlığı dövrü» — bu dövr nə üçün belə adlanır?
«Azərbaycan ərazisində yeni insan tipləri necə for- malaşdı?» adlı mətn tərtib edin.
«Neandertal insan», «Homo sapiens», anaxaqanlığı


§ 4. MEZOLİT — ORTA DAŞ DÖVRÜ
 
Mezolit  dövrü  ovçusu  E.ə.  XII  minillikdən  VIII  minilliyə  qədərki  dövr  Mezolit  və  ya Orta  Daş
dövrü adlanır. Mezolit dövründə insanlar hələ də qəbilə halında yaşayır, mənimsəmə təsərrüfatı ilə
məşğul  olurdular.  İlk  dövrlərdə  qədim  insanların  özünəməxsus  ov  üsulu  var  idi:  onlar  nəhəng
vəhşi heyvanları qovur, onları üzərini ağac budaqları ilə örtdükləri xəndəklərə salırdılar. Sonra isə
xəndəyə  düşmüş  heyvanları  ağacla,  daşla  öl  -dürürdülər.  Bəzən  tələ  istiqamətində  getməyən
heyvanlar ibtidai insanı yaralayır, öldürürdü. 
Mezolit  dövründə  insanlar  ox  və  kamanı  yaratdılar.  Bu  silahın  köməyi  ilə  onlar  heyvanları  daha
uzaq  məsafədən  ovlaya  bilirdilər.  Belə  ov  daha  təhlükəsiz  idi.  İbtidai  ovçular  ox  və  ka-Mezolit
dövrü manla daha çox heyvan ovlayır, qida ehti-ovçusu yatlarını artırırdılar. 
Mezolit  dövründə  insanlar heyvanları  əhliləşdirməyi  öyrəndilər.  Əhliləşdirilən  ilk  heyvan  it
olmuşdu. Sonralar insanlar başqa heyvanları da əhliləşdirdilər və bəsləyərək çoxaltdılar. Beləliklə,
ibtidai maldarlığın əsası qoyuldu.
 
Qədim  ovçular  İlk  əkinçilik  vərdişləri  də  Mezolit  dövründə  yaranmışdır.  Ət  ehtiyatının  artması
insanların qidaya olan tələbatını ödədiyinə görə toplanmış yabanı bitki toxumlarının bir hissəsini
ehtiyat  saxlayırdılar.  Yığıcılıqla  məşğul  olan  ibtidai  insanlar  toxumların  yerə  düşüb  yenidən
cücərdiyini, böyüdüyünü müşahidə etdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla yeri yumşaldıb


toxumları basdırırdılar. Bu, ibtidai əkinçiliyin meydana gəlməsi üçün başlanğıc oldu.


 
Mezolit  dövrünə  aid  yaşayış  yeri  —  Damcılı  mağarası  Azərbaycanda  Mezolit  dövrü  Qobustan
(Bakı yaxınlığında) və Damcılı (Qazax) mağaraları əsasında öyrənilmişdir. Damcılı mağarasından
Mezo-lit dövrünə aid kiçik-ölçülü ox ucları, müxtəliftipli daş alətlər tapılmışdır.
 
Mezolit  dövrünə  aid  daş  alətlər  Qobustandakı  Mezolit  yaşayış  yerlərindən  çaxmaqdaşı  və
sümükdən düzəldilmiş əmək aləti tapılmışdır. Həmin dövrdə insanlar çox kiçikölçülü — mikrolit
əmək  alətlərindən  istifadə  etmişlər.  Bu  alətlər  həndəsi  formalı,  üçkünc,  kəsici,  gəzli  (dişəkli)
formada  idi.  Qobustanda  insanlar  ovçuluq,  balıqçılıq  və  yığıcılıqla  məşğul  olmuşlar.  Onlar
sümükdən biz, ox ucu, habelə balıq ovlamaq üçün istifadə olunan alət (harpun) düzəldirdilər.
 
Ovçuluq  və  balıqçılığa  dair  təsvir  (Qobustan)  Qobustan  qayalarında  bu  dövr  insanlarının  ovsun-
totem  inamlarını,  dini  ayinlərini,  ov  səhnələrini  əks  etdirən  rəsmlər  həkk  olunmuşdur.  Burada
qadın  və  müxtəlif  heyvan  rəsmləri  böyük  məharətlə  təsvir  edilmişdir.  Bunlar  Mezolit  dövründə
ibtidai incəsənətin xeyli inkişaf etdiyini göstərir. 


Qobustandakı qəbirlərdən birində müxtəlif məişət əşyaları və ibadətlə bağlı iri daş büt tapılmışdır.
Bu onu göstərir ki, Mezolit dövrünün insanları axirət dünyasına inanmış və dəfn zamanı ölülərin
yanına cürbəcür məişət əşyaları qoymuşlar.


Prev
 
Next
Qazma mağarasından tapılmış daş əmək alətləri
Onlar güman edirdilər ki, insanlar ölümündən sonra da bu əşyalardan istifadə edirlər.
Mezolit dövründə: 
* ox və kaman ixtira olundu; 
* ibtidai maldarlığın əsası qoyuldu; 
* ilk əkinçilik vərdişləri yarandı; 
* ilkin toxuculuq yarandı.
Mezolit  dövründə  mənimsəmə  (istehlak)  təsərrüfatından  istehsal  təsərrüfatına  keçidin  əsası
qoyuldu.  Əvvəllər  təbiətin  hazır  nemətlərindən  istifadə  edən  insanlar  indi  onları  özləri  istehsal
etməyə başladılar.
Ovsun-totem inamlarını əks etdirən ov səhnəsi
Ən qədim insanların dini inancları ilə
bağlı təsvirlər (Qobustan)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə