Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

SUAL VƏ TAPŞIRIQLAR
1. Mezolit dövrü hansı minillikləri əhatə edir? 
2. Mezolit dövrünün ən böyük ixtiraları haqqında danışın. 
3. «Mənimsəmə (istehlak) təsərrüfatım, «istehsal təsərrüfatım ifadələrini necə başa düşürsünüz? 
4. Mezolit dövrü Azərbaycanda hansı abidələr əsasında öyrənilmişdir? Xəritədə göstərin. 
5. Mezolit dövründə qədim insanlar hansı əmək alət 1 ərindən istifadə etmişlər? 
6. İbtidai incəsənət Mezolit dövründə necə inkişaf tapmışdı? 
7. Mezolit dövründə axirət dünyasına inamın formalaşması nə ilə sübut olunmuşdur?
İnsanlar ən böyük ixtiralarını hansı dövrdə etdilər? — təqdimat hazırlayın.
İlk əkinçilik vərdişləri, ilk heyvanın əhliləşdirilməsi, mikrolit alətlər, ox və kaman


§ 5. NEOLİT İNQİLABI. ENEOLİT DÖVRÜ
Neolit  dövrü.  E.ə.  VII  minillikdə  ibtidai  cəmiyyətin  tarixində Yeni  Daş  dövrü  —  Neolit   dövrü
başlanmışdı.  Bu  dövrdə  əhali  oturaq  həyata  keçmişdi.  İnsanlar  başlıca  olaraq  əkinçilik  və
maldarlıqla  məşğul  olurdular.  Bunlarla  yanaşı,  ovçuluq  və  balıqçılıq  da  əsas  məşğuliyyət  idi.
Onlar  dulusçuluqla  məşğul  olur,  saxsı  qablar  hazırlayırdılar.  İnsanlar  daş  alətləri  cilalamağı  və
deşməyi  öyrənmişdilər.  Toxuculuqda  sümükdən  hazırl  anmış  bizlərdən  istifadə  edirdilər.  Bu
dəyişikliklər «Neo-lit inqilabı» adlanır.
Prev
 
Next
Neolit dövrünə aid həvəngdəstə*
Heyvanın çənə
sümüyündən hazırlanmış oraq
Çaxmaqdaşı və ob- sidiandan (dəvə- gözü) hazırlanmış
kəsici alətlər
Naxçıvan, Qobustan, Gəncə, Qazax, Təbriz yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı
toxalar, oraq dişləri, balta və kəsici lövhələr tapılmışdır. Neolit dövrünün insanları torpağı toxa*
ilə yumşaldırdılar. Belə əkinçilik toxa əkinçiliyi adlanır. 
Gəncə yaxınlığındakı Neo l it düşərgəsindən bıçağaoxşar lövhələr, qaşovlar və başqa kəsici alətlər
tapılmışdır. Çaxmaqdaşından və dəvə-gözü daşından hazırlanmış həmin alətlərdən insanlar əkin və
biçin işlərində istifadə edirdilər. 
Arxeoloqlar Tovuz rayonundakı Göytəpə yaşayış yerindən maraqlı bir oraq tapmışlar.
*Həvəngdəstə — müxtəlif maddələri əzmək üçün alət
*Toxa — əmək aləti, ucuna daş, sümük bərkidilmiş əyri ağac


Oraq  iribuynuzlu  heyvanın  çənə  sümüyündən  düzəldilmişdir.
Ortada  sümüyün  içərisinə  maili  xətt  boyunca  çaxmaqdaşından
kəsici qəlpələr bərkidilmişdir. 
Neolit  dövrünün  sonuna  aid  yaşayış  evlərinin  bərpa  edilmiş
görünüşü 
Eneolit dövrü. Bu dövr e.ə. VI—IV minil -likləri əhatə edir. Bu
dövrdə insanlar ilk dəfə metalla — mislə tanış olmuşlar.
Neolit dövrü. Dairəvi yaşayış
evinin qalıqları 
Neolit dövrünün sonuna aid
yaşayış evlərinin bərpa
edilmiş görünüşü


Çiy kərpicdən tikili
Sümükdən kəsici alət və balta
Lakin bu dövrdə misdən geniş istifadə olunmamışdır. Çünki mis
yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan
çıxırdı.  Həm  də  mis  az  tapılırdı.  Ona  görə  də  təsərrüfatda,
məişətdə daş alətlər üstün yer tuturdu. 
Eneolit  dövrünün  yaşayış  məskənləri  Gəncə-Qazax,  Mil-
Qarabağ,  Muğan,  Naxçıvan  bölgələrində,  Təbriz  yaxınlığında,
Urmiya  gölü  ətrafında  öyrənilmişdir.  Eneolit  dövrünün  yaşayış
məskənləri  çay  kənarında,  əkinçilik  və  maldarlıq  üçün  əlverişli
yerlərdə  salınırdı.  Əhali  binaları  çiy  kərpic  və möhrədən*  inta
edirdi. 
Yaşayış  məskənlərində  aşkar  edilən  evlər  dairəvi  formadadır.
Belə  evi  ərdə  ailələr  birgə  yaşamışlar.  İcma  torpağında  birgə
çalışan  bu  ailələr  ümumi  məhsul  bölgüsündən  aldıqları  pay
hesabına dolanırdılar. 
Eneolit  dövründə  toxa  əkinçiliyi  daha  da  inkişaf  etmişdi.  Taxıl
kəsici  daş  lövhələrdən  hazırlanmış  oraqla  biçilirdi.  Taxıl
ehtiyatı iri saxsı küplərdə saxlanılırdı. 
Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatlarda qaramal
və davar* saxlayırdılar. 
Cəlilabad  rayonunda  e.ə.  V  minilliyə  aid  qədim  Əliköməktəpə
yaşayış yerindən at sümükləri tapılmışdır. Eneolit dövründə bizə
məlum  olan  ev  heyvanlarının  artıq  hamısı  əhliləşdirilmişdi.
Əkintilik  və  maldarlıq  təsərrüfatı  inkişaf  etmiş,  ovçuluq  və
balıqçılıq  əhalinin  ikinci  dərəcəli  məşğuliyyət  sahəsinə
çevrilmişdi.
*Möhrə — samanlı palçıq 
*Davar — qoyun-keçi


Eneolit dövrü əhalisinin həyatında sənətkarlıq mühüm yer tuturdu. Sənətkarlar gildən saxsı qablar,
daş,  sümük  və  misdən  əmək  alətləri,  məişət  və  bəzək  əşyaları  hazırlayırdılar.  Sümükdən
hazırlanmış iy* ucluqları qədim əhalinin toxuculuqla məşğul olduğunu göstərir.
Prev
 
Next
Daş əmək alətləri
Kəsici daş alətlər
Eneolit dövrünün özünəməxsus dəfn mərasimləri olmuşdur. Ölülər yaşayış məskənində, evlərin
içərisində və arasında basdırılırdı. Cəsədin üstünə qan (həyat verən) rəmzi sayılan qırmızı boya
çəkir, yaxud oxra* səpirdilər. 
Eneolit dövrü əhalisi müxtəlif dini ayinlər, ovsun mərasimləri keçirirdilər. Qobustandakı qayaüstü
rəsmlərin bəziləri bu dövrün ovsun və dini mərasimlərini əks etdirir.
*İy — ip əyirmək üçün ağac alət 
*Oxra — açıq-qəhvəyi rəngli təbii boya


DAŞ DÖVRÜ ABlDƏLƏRlNlN XƏRlTƏSl


Eneolit dövrünün əvvəlində ananın — qadının mövqeyi hələ də möhkəm idi. O, nəslin yaradıcısı,
ailə və qəbilə ocağını qoruyub saxlayan, bərəkət, əmin-amanlıq yaradan müqəddəs varlıq hesab
edilirdi.
SUAL VƏ TAPŞIRIQLAR
1. Neolit dövründə insanlar sənətin hansı sahələri ilə məşğul olurdular? 
2. Neolit dövrü abidələri Azərbaycanın hansı bölgələrində öyrənilmişdi? 
3. Eneolit dövrü hansı minillikləri əhatə edir? 
4. Eneolit dövründə ən böyük kəşf nə idi? 
5. Eneolit dövründə əkinçilik və maldarlığın inkişafında hansı uğurlar oldu? 
6. Eneolit dövründə ananın — qadının mövqeyi necə idi?
Eneolit dövründə insanların həyatında ən böyük yenilikləri müəyyənləşdirin.
Neolit, toxa əkinçiliyi, möhrə, çiy kərpic, Eneolit, oxra


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə