Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

SUAL VƏ TAPŞIRIQLAR
1. Selevkilər dövləti necə yaranmışdı? 
2. Atropatena Selevkilərin əsarətindən necə qurtardı? 
3. Maqneziya döyüşü kimlər arasında olmuşdu? Xəritədə göstərin. 
4. Parfiya və Atropatena Romanı nə üçün təhlükə hesab edirdilər? 
5. E.ə. I əsrin 1-ci yarısında Roma—Atropatena münasibətləri necə idi? 
6. Romalıların Fraaspaya hücumunun nəticəsi nə olmuşdu? Xəritədə göstərin. 
7. Atropatena—Parfiya münasibətləri nə ilə nəticələndi? 
8. Cədvəli dəftərinizə çəkib tamamlayın.
Atropatena
Ərazisi
Əhalisi
Mövcud olub
Müttəfiqi
Düşmənləri
Atropatenanın qonşu dövlətlərlə münasibəti haqqında material toplayın.
Selevkilər, Maqneziya döyüşü, Roma—Atropatena— Parfiya


§ 18. ATROPATENA MƏDƏNİYYƏTİ
Şəhərlər.  Qədim  yunan  və  Roma  müəllifləri Strabon,  Plutarx,  Ptolemey  və  b.-nın  əsərlərində
Atropatena  şəhərləri  haqqında  məlumatlar  vardır. Arxeoloji  qazıntılar  da  göstərir  ki, Atropatena
ərazisində zəngin maddi mədəniyyət abidələri mövcud olmuşdur. 
Ölkənin  paytaxtı  Qazaka  şəhəri  arxeoloji  cəhətdən  daha  yaxşı  öyrənilmişdir.  Burada  aşkar
olunmuş ictimai binalar, yaşayış evləri, məbədlər, şəhərsalma mədəniyyəti, əhalinin dini-ideoloji
görüşləri haqqında təsəvvür yaradır. 
Atropatenada  şəhərlər  karvan  yoll  arı  üzərində  və  böyük  məbədlərin  ətrafında  yaranmışdır.  Bəzi
şəhərlər  ayrı-ayrı  hökmdarlar  tərəfindən  salınmışdır.  Şəhər  əhalisi  sənətkarlıq  və  ticarətlə,
şəhərətrafı ərazilərdə isə əkinçilik və maldarlıqla məşğul olmuşdur. 
Atropatenada Qazaka,  Fraaspa,  Fanaaspa,  Aqnazana  kimi  şəhərlər  var  idi.  Karvan  yolları
boyunca salınmış şəhərlərdə sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. 
Memarlıq.  Şəhərlərin  ərazisi  böyük,  əhalisi  çox  idi.  Möhtəşəm  müdafiə  divarları  şəhərləri
düşmən  hücumlarından  qoruyurdu.  Atropatena  memarları  binaların  tikintisində  material  kimi
daşdan,  çiy  və  bişmiş  kərpicdən,  ağacdan  istifadə  etmişlər.  İctimai  binaların  tikintisində  ağac
sütunlardan  geniş  istifadə  olunmuşdur.  Sütunlar  iri  daş  altlıqların  üstündə  ucaldılırdı.  Binaların
üstü yastı və tağ şəklində olub, kirəmitlə örtülmüşdü. 
Ellin  mədəniyyəti  və  onun  Atropatena  mədəniyyətinə  təsiri.  Atropatena  memarları  qonşu
ölkələrin  memarlığı  ilə  yaxşı  tanış  idilər.  Binaların  tikilişində Atropatena  mədəniyyətinə  yunan
mədəniyyətinin təsiri aydın hiss olunur.


 
Zərdüşt  Tikinti  materialı  kimi  kirəmitdən  istifadə  edilməsi  də  yunan  mədəniyyətinin  təsirinin
nəticəsidir. 
Kerifto adlı yerdə qayada oyulmuş möhtəşəm memarlıq abidəsi bu təsirin nümunələrindən biridir.
Abidənin  giriş  hissəsinin  üstündə  yunan  dilində  yazı  həkk  olunmuşdur.  Burada  yunan  əsatirinin
qəhrəmanı Herakla məxsus məbədin olduğu göstərilir. 
Din. Atropatena əhalisi Zərdüştün yaratdığı zərdüştilik dininə sitayiş edirdi. Bu dinin kahini maq
adlanırdı. 
 
Əhəmənilər sarayının 
yandırılması Zərdüştiliyin müqəddəs kitabı «Avesta»dır. Rəvayətə görə, «Avesta»nın 12 min inək
dərisi üzərinə yazılmış ilkin variantı 
e.ə.  330-cu  ildə  Makedoniyalı  İsgəndər  Persopolda  Əhə-  mənilər  sarayını  yandırarkən  məhv
olmuşdur.  III—VII  əsrlərdə  Sasanilər  sülaləsi  dövründə  «Avesta»  yenidən  toplanmışdır.  Fransız
alimi Anketil  Düperron  onu  fransız  dilinə  tərcümə  etmiş  və  bundan  sonra  «Avesta»  Avropada
yayılmışdır. 


 
Zərdüştilərin  ibadətgahı  Zərdüştiliyə  görə,  dünyada  iki  qüvvə  —  xeyir  (Hörmüzd)  və  şər
(Əhrimən)  daim  birbiri  ilə  mübarizə  aparır.  Mübarizə  nə  qədər  ağır  olsa  da,  xeyir  qalib  gəlir.
Zərdüştilər odu müqəddəs sayırdılar. Onlar məbədlərdə od yandırır və onu sönməyə qoymurdular.
Bu dinin ehkamlarına görə oddan başqa, torpaq və su da müqəddəs hesab edilir.


Zərdüştiliyin  baş  məbədlərindən  biri  paytaxt  Qazaka  şəhərində
yerləşirdi.  Bu  məbəd  İslam  dini  yayılıb  möhkəmlənənə  qədər  öz
əhəmiyyətini  saxlamışdı.  Sasani  hökmdarlarının  tacqoyma  mərasimi
Novruz  bayramı  günündə  bu  məbəddə  keçirilirdi.  Son-ralar  zərdüştilik
dini təkallahlı dinlər tərəfindən sıxışdırıldı.
Zərdüştiliyin ən
böyük icmaları
hazırda Hindistanda
(parslar) və İranda
(gəbrlər) mövcuddur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Atropatenada hansı şəhərlər var idi? Həmin şəhərləri xəritədə göstərin. 
2. Atropatenada şəhərlər harada salınmışdı? 
3. Atropatenalılar hansı dinə sitayiş edirdilər? 
4. Zərdüştiliyin kahinləri necə adlanırdı? 
5. Zərdüştilik dini haqqında nə bilirsiniz? 
6. Qazakadakı atəşpərəstlik məbədində hansı böyük mərasim keçirilirdi? 
7. Zərdüştilik nə vaxta qədər öz əhəmiyyətini saxlamışdı?
«Atropatena mədəniyyəti* haqqında məlumat toplayın və esse yazın.
Atropatena şəhərləri, zərdüştilik, «Avesta», maq


ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1. Manna dövləti Midiya əsarəti altına düşəndən neçə il sonra Midiya dövləti süqut etmişdir? 
2. Əhəmənilər dövləti satraplığa bölünmüşdür. Bu inzibati bölgünün onlar üçün mahiyyəti nədən
ibarət idi? 
3. E.ə. 331-ci ildə baş verən Qavqamel döyüşünün nəticəsi nə olmuşdu? 
4. Atropatena nəyə görə bəzən Atropat Midiyası da adlanırdı? 
5. Atropatenanın yerləşdiyi coğrafi məkanı təsvir edin və xəritədə göstərin. 
6. Atropatena dövlətinin yaranmasından neçə il əvvəl Manna dövləti yaranmışdır? 
7. Atropatena dövləti hansı hadisədən sonra yaranmışdır? 
8. Atropatenanın əhalisi, təsərrüfat həyatı və qonşu dövlətlərlə münasibətləri haqqında
məlumatları necə əldə edirik? 
9. Atropatena əhalisi hansı dinə sitayiş edirdi? 
10. Selevkilər dövləti necə yarandı? 
11. Atropatenadan keçən karvan yolları üzərində hansı şəhərlər var idi? 
12. Nəyə görə Atropatena ərazisindən Makedoniyalı İsgəndərin adından kəsilmiş pullar
tapılmışdır? 
13. Atropatena nə vaxt Selevkilərdən asılı vəziyyətə düşdü? 
14. Selevkilərlə Roma dövləti arasında müharibəyə səbəb nə idi? 
15. E.ə. 53-cü il və e.ə. 38-ci ildə Parfiya—Roma müharibələrinin nəticələri nə oldu? 
16. Romalıların Şərqə yürüşlərinə kimlər başçılıq etmişlər? 
17. Ellin mədəniyyəti Atropatenada necə iz qoymuşdu? 
18. Atropatenada dini məbəd hansı şəhərdə idi? 
19. «Avesta» kitabı nə üzərində yazılmışdır? 
20. Necə oldu ki, «Avesta» Avropada yayıldı? 
21. Zərdüştilər nəyi müqəddəs sayırlar?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə