Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1. E.ə. II minillikdə Azərbaycanın şimal və cənubu arasında inkişaf necə fərqlənirdi? 
2. Kufilərin yaşadıqları əraziləri məkanca təsvir edin. İkiçayarası ilə əlaqələri oxlarla xəritədə
göstərin. 
3. Niyə İranzunun dövründə Manna qüdrətli dövlətə çevrilmişdi? 
4. Mərkəzləşdirmə siyasəti dedikdə nə başa düşürsünüz? 
5. İranzunun mərkəzləşdirmə siyasəti niyə bəzi canişinlərin xoşuna gəlmirdi? 
6. Mannanı müdafiə etməkdə Aşşur hökmdarlarının marağı nə idi? 
7. Manna, Aşşur və Urartu ərazilərini xəritədə göstərin. 
8. Lullubi və Kuti dövlət qurumlarının süquta uğramalarından neçə əsr sonra Manna dövləti
meydana gəldi? 
9. Mannalılar atçılığın inkişafına nəyə görə diqqət yetirirdilər? 
10. Manna hansı səbəbdən Aşşur ilə ittifaq yaratmağa meyil edirdi? 
11. Biz Manna—Aşşur və Manna—Urartu münasibətlərini necə öyrənirik? 
12. Manna hökmdarı Ahşeri nə üçün Aşşur dövlətləri ilə münasibətləri pozmağa cəhd etmişdi? 
13. Manna dövləti neçə əsr mövcud olmuşdu? 
14. Manna və onun müttəfiqləri hansı dövlət tərəfindən süquta uğradılmışdı? 
15. Mannanın müstəqil dövlətçiliyi nə vaxt başa çatmışdı? 
16. Mannada metalişləmə sənətinin inkişafına nə zəmin yaratmışdı? 
17. Həsənlidə tapılmış qızıl cam üzərindəki təsvirlər haqqında nə deyə bilərsiniz? 
18. Mannalılar hansı yazı növlərindən istifadə etmişlər? 
19. Heroqlif yazı növü Mannanın hansı ərazisində aşkar edilmişdir? 
20. Mannalıların dilinin türk dili olduğunu hansı faktlar sübut edir?


§ 15. AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMƏNİLƏR
İMPERİYASI DÖVRÜNDƏ
Azərbaycan  torpaqları  Midiya  imperiyasının  tərkibində.  Midiya  bir  dövlət  kimi  müasir  İranın
mərkəzində  meydana  gəlmişdi.  Bu  dövlət  Mannadan  cənub-şərqdə  yerləşirdi.  Mannanın
Gizilbunda  vil  ayəti  hər  iki  ərazinin  sərhədini  təşkil  edirdi.  Midiya  tayfaları  haqqında  geniş
məlumatı  yunan  tarixçisi  Herodot  «Tarix»  əsərində  vermişdir.  O,  Midiya  ərazisində  altı  qə  ı
bilənin yaşadığını göstərir. Mataylar türk mənşəli tayfa idi. Midiya ərazisi e.ə. IX—VIII əsrlərdə
xırda vilayət hakimləri tərəfindən idarə edi ı lirdi. 
E.ə. VIII əsrin 2-ci yarısında Aşşurun Midiya ərazisinə yürüşləri nisbətən çoxalmışdı. II Sarıqon
Midiya ərazisini işğal etmişdi. Bu zaman Midiya canişini Mannaya tabe idi.


 
Əhəmənilər dövrünə aid tikilinin qalığı 
(Şəmkir. Qaracəmirli) Tarixi rəvayətə görə, Kiaksar (e.ə. 625— 585-ci illər) ölkədə İskit ağalığına
son qoydu. O, xırda vilayət hakimi ərini Midiya dövl ətinə tabe etdi. 
Kiaksar  daxili  qüvvələri  birləşdirdikdən  sonra  Midiyanın  düşməni  Aşşura  qarşı  müharibəyə
hazırlaşdı. O, Midiya ordusunu yenidən təşkil etdi. 
Kiaksar, ilk növbədə, Urartu dövlətinin müstəqilliyinə son qoydu. 
E.ə.  590-cı  ildə  Manna  dövləti  Midiya  dövlətinin  əsarəti  altına  düşdü  və  Mannanın  müstəqil
dövlətçiliyinə  son  qoyuldu.  Manna  ərazisi  Midiyanın  ən  çox  inkişaf  etmiş  vilayəti  olduğundan
onun ictimai-iqtisadi həyatına və mədəniyyətinə Mannanın böyük təsiri oldu. 
Kiaksardan  sonra  hakimiyyətə  onun  oğlu Astiaq  (e.ə.  585—550-ci  illər)  gəldi.  Astiaq  qızını
Əhəmənilər  nəslindən  olan  I  Kambizə  ərə  vermişdi.  Bu  nikahdan  doğulan II  Kir  babası As-tiaqı
taxtdan saldı. Bununla da qüdrətli Midiya dövləti süquta uğradı. Əhəmənilər nəslindən olan II Kir
Midiya dövl ətinə məxsus torpaqları ələ keçirib, Əhəmənilər dövlətinin əsasını qoydu. 
Azərbaycan  torpaqları  Əhəmənilər  imperiyasının  tərkibində.  Midiya  dövlətinin  tərkibində
olan qədim Azərbaycan torpaqları da Əhə-mənilərin hakimiyyəti altına düşdü. II Kir Babilistanı,
Lidiyanı, Misirə qədər olan qərb torpaqlarını da tutub Əhəmənilər dövlətinə birləşdirdi və böyük
imperiya yaratdı. II Kirin növbəti hədəfi Araz çayından şimalda yaşayan massagetlər idi.


 
Tomirisin II Kiri məğlub etməsi E.ə. 530-cu ilda o, massagetlər üzərinə yürüş etdi. Lakin massaget
hökmdarı Tomiris tərəfindən məğlub edilib öldürüldü. 
Əhəmənilər imperiyası 20 satraplığa (canişinliyə) bölünmüşdü. Satraplıqlara daxil olan dövlətlər
Əhəmənilər dövlətinə vergi verir və müharibə zamanı onun ordusunu hərbi dəstələrlə təmin edirdi.
Azərbaycan əraziləri də bu satraplıqlara daxil idi. 
Makedoniyalı İsgəndər Şərqə yürüşü zamanı Əhəmənilər imperiyasına dağıdıcı zərbələr vurdu. 
E.ə.  331-ci  ildə  Şimali  Mesopotamiyada  Qavqamel  adlı  yerdə  Makedoniyalı  İsgəndərlə
Əhəmənilər  arasında  həlledici  döyüş  oldu.  Bu  döyüşdə  Əhəməni  ordusunun  tərkibində
Azərbaycanda yaş ayan albanlar, saklar, kaspilər və b. tayfalardan təşkil olunmuş hərbi dəstələr də
vuruşurdular. 
 
III Dara E.ə. 330-cu ildə Makedoniyalı İsgəndərə məğlub olmuş Əhəməni şahı III Dara yeni ordu


toplamaq  ümidi  ilə  imperiyanın  şərq  hissəsinə  qaçdı.  O,  yolda  öz  satrapı  Bess  tərəfindən
öldürüldü. Be ş ləliklə, Əhəmənilər imperiyasına son qoyuldu. İsgəndər tutduğu ərazilər hesabına
böyük imperiya yaratdı. Azərbaycanın cənub əraziləri də həmin imperiyaya daxil idi.


Prev
 
Next
Makedoniyalı İsgəndərin III Daranı təqib etməsi
SUAL VƏ TAPŞIRIQLAR
1. Midiya dövləti hansı torpaqları öz ətrafında birləşdirmişdi? 
2. Midiya dövləti nə vaxt süquta uğradı? 
3. Əhəmənilər dövlətini kim yaratdı? 
4. Əhəmənilər dövlətinin ərazisinə hansı dövlətlərin torpaqları qatılmışdı? 
5. Qədim Azərbaycan əhalisi Əhəmənilər dövlətinin tərkibində hansı öhdəlikləri yerinə yetirirdi? 
6. Azərbaycanın cənub ərazisi Makedoniyalı İsgəndər imperiyasının tərkibinə necə qatıldı?
«Əhəmənilər dövlətinin varlığına necə son qoyul- du?» — müxtəlif mənbələrdən material
toplayın, mətn tərtib edin.
Kiaksar, Astiaq, massagetlər, Tomiris, satrap, Ma - kedoniyalı İsgəndər, Qavqamel döyüşü, III
Dara


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə