Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

Albaniyada  şəhər  mədəniyyəti  yüksək  səviyyədə  inkişaf  etmişdir.  Sənətkarlığın  müxtəlif
sahələrinin inkişafı, memarlıq sahəsində qazanılan uğurlar buna imkan yaratmışdır.
Prev
 
Next
Boyalı keramika nümunələri (Qarabağ)
Boyalı keramika nümunələri (Qalatapa)
SUAL VƏ TAPŞIRIQLAR
1. Qədim alban mədəniyyəti hansı mənbələr əsasında öyrənilmişdir? 
2. Alban memarlığının xüsusiyyətlərini söyləyin. 
3. Qəbələ şəhərini təsvir edin. 
4. Alban sənətkarlarının nəfis əl işləri hansı mənbələrdə izlənmişdir? 
5. Albaniyada yazı nə vaxtdan mövcud idi? 
6. Albanlar daha hansı yazı növləri ilə tanış idilər? 
7. Albanlar hansı tanrılara sitayiş edirdilər? 
8. Albanların dini görüşləri incəsənətin yaranmasına necə təsir göstərmişdir?
Albaniya və Atropatena mədəniyyətini müqayisə edin.
Yazı, daş kitabə, Zevs, Helios, Selena


ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1. Albaniya əhalisini kimlər təşkil edirdilər? 
2. Əhalinin dili haqqında nə deyə bilərsiniz? 
3. Albaniya dövləti nə vaxt yaranmışdı? 
4. Manna dövləti yaranandan neçə il sonra Albaniya dövləti yaranmışdı? 
5. Albaniya dövlətinin yarandığı coğrafi məkanı təsvir edin və xəritədə göstərin. 
6. Albaniya əhalisi arasında təbəqələşmənin olması necə öyrənilmişdi? 
7. Nəyə əsasən Albaniyada mərkəzləşmiş dövlətin olması söylənilir? 
8. Albaniyada hansı quruluş hakim idi? 
9. Alban döyüşçüsünü təsvir edin. 
10. Albaniya və Atropatena dövlətlərinə aid xarakterik xüsusiyyətləri Venn diaqramı əsasında
müəyyən edin. 
11. E.ə. IV-III əsrlərdə Albaniyanın bərəkətli torpaqları, əhalinin məşğuliyyəti haqqında
məlumatları biz necə öyrənirik? 
12. Eramızın ilk əsrlərində albanlar taxılı necə xırdalayıb üyüdürdülər?
13. At ilxılarını saxlamaqda albanların məqsədi nə idi?
14. Nə üçün təsərrüfatda balıqçılıq mühüm yer tuturdu?
15. Alban sənətkarlarının iş şəraitini və iş prosesini təsvir edin. 
16. Daxili və xarici ticarətin inkişafına təsir göstərən ən böyük amil nə idi? 
17. Albaniyada şəhərlərin meydana gəlməsi üçün mövcud olan şərait haqqında nə deyə bilərsiniz? 
18. Romalılarla albanlar arasında olan döyüşləri təsvir edin. 
19. Antoninin başçılığı ilə romalıların Şərq yürüşünün nəticəsi nə oldu? 
20. Alan tayfaları nə vaxt Atropatena və Albaniyaya yürüş etmişlər? 
21. Katakombalar Azərbaycanın hansı yerlərində öyrənilmişdir? Xəritədə həmin məkanları
göstərin. 
22. Albaniya mədəniyyəti hansı məkanlarda olan abidələr əsasında öyrənilmişdi? Xəritədə
göstərin. 
23. Alban memarlığı və incəsənətinin inkişafını maddi mədəniyyət nümunələrinə əsasən təsvir
edin. 
24. Albanların dini görüşləri necə inkişaf etmişdir?


AZƏRBAYCAN TORPAQLARI SASANİLƏR
İMPERİYASININ TƏRKİBİNDƏ
§ 23. ATROPATENA SASANİLƏR İMPERİYASININ
TƏRKİBİNDƏ
Azərbaycanda  feodal  münasibətlərinin  bərqərar  olması. III-V  əsrlərdə  Azərbaycanda  feodal
iqtisadi  münasibətlər  yaranmışdı.  Azərbaycanın  həm  şimal,  həm  də  cənub  ərazilərində  feodal
münasibətlər oxşar şəkildə yaranırdı. 
Feodal  münasibətlərinin  ilkin  əlamətləri  hələ  quldarlıq  dövründə  meydana  gəlmişdi.  Dəmirdən
hazırlanan  əmək  alətləri  əkinçilik  və  sənətkarlıqda  əmək  məhsuldarlığının  artmasına  səbəb
olmuşdu. Əkin sahələri genişləndirilmişdi. Müxtəlif sənət növləri yaranıb, inkişaf etmişdi. 
Tədricən  torpaq  sahibkarlığının  yeni  səciyyəvi  cəhətləri  meydana  gəldi.  Əvvəllər  torpaqlar
hökmdarlara,  məbədlərə,  ayrıayrı  quldarlara  məxsus  olmuşdu.  Xidmət  müqabilində  hərbçilərə,
sarayda çalışanlara, xüsusi xidmət adamlarına hədiyyə kimi verilən dövlət torpaqları mövcud idi.
Həmin torpaq feod (mülk), sahibi feodal (mülkədar) adlanırdı. 
Bir çox hallarda mülklə birlikdə orada yaşayan kəndliləri də xüsusi xidmət adamlarına verirdilər.
Həmin kəndlilər feodaldan asılı olurdular. Kəndlilərdən bir qisminin evi, həyətyanı torpağı, az da
olsa malqarası, əmək alətləri var idi. Lakin onun əsas gəliri becərdiyi feodal torpağından gəlirdi.
Onlar  feodalın  torpağını  becərir  və  məhsulun  müəyyən  olunmuş  hissəsini  feodala  verirdilər.
Bundan başqa kəndlilər vergilər verməli, müxtəlif mükəlləfiyyətlər* yerinə yetirməli idilər.
*Mükəlləfiyyət — müəyyən işləri yerinə yetirmək məcburiyyəti


 
Atropatena Sasanilər dövlətinin tərkibində


Kəndlilər feodala vergini, əsasən, məhsul formasında verirdilər. 
Kəndlilər  feodalın  dəst  əsini  atla  təmin  etməli,  səfər  vaxtı  onları  yedizdirməli  idi.  Feodal  üçün
tikililər, qalalar, yollar və körpülər inşa etmək də kəndlilərin üzərinə düşürdü. 
Atropatena və Sasanilər. 224-cü ildə Par-fiya əyanlarından biri, Sasanilər nəslindən olan Ərdaşir
Babakan  Parfiya  dövlətinin  varlığına  son  qoydu. 226-cı  ildə  o  özünü «şahənşah»*  elan  etdi.
Bundan əvvəl Parfiya dövt ətindən asılı olan Atropatena 227-ci ildən Sasanilər dövlətinin tərkibinə
daxil oldu və onun əyalətlərindən birinə çevrildi. 
Atropatena  əlverişli  mövqedə  yerləşirdi.  Çin  və  Hindistana  gedən  mühüm  ticarət  yolları
Atropatenadan keçirdi. Atropatena ərazisinə sahib olmaq Sasanilər üçün əhəmiyyətli idi. 
 
Atropatena  Sasani  canişini  — mərzban*  tərəfindən  idarə
olunurdu. 
Sasanilər  hakimiyyətə  gələndən  sonra  ölkədə  feodal  münasibətləri  gücləndi.  Əhali  dörd  sosial
təbəqəyə  bölünmüşdü:  kahinlər,  döyüşçülər,  mirzələr,  vergi  verənlər.  Kəndlilər,  sənətkarlar  və
tacirlər  vergi  verən  təbəqəyə  aid  idilər.  Onlar  can  vergisi (gezət)  və  torpaq  vergisi (xaraq)
verirdilər. 
Din.  Sasanilər  öz  hakimiyyətlərini  möhkəmləndirmək,  əsarət  altına  aldıqları  xalqları  itaətdə
saxlamaq üçün zərdüştilikdən mühüm vasitə kimi istifadə edirdilər.
*Şahənşah — şahlar şahı 
*Mərzban — sərhəd qoruyan


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə