Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

§ 16. ATROPATENA DÖVLƏTİ
Dövlətin yaranması. Makedoniyalı İsgəndər Əhəməni hökmdarı III Daranı məğlub etdikdən sonra
burada yerli hakimlərdən canişinlər təyin etdi. Bu canişinlərdən biri də Midiya satrapı Atropat idi.
Midiyada  makedoniyalılara  qarşı  üsyan  baş  verdi.  Üsyanın  başçısı  Bariaks  adlı  şəxs  idi. Atropat
üsyanı  yatırdı  və  Bariaksı  əsir  alaraq  İsgəndərə  təhvil  verdi.  Bununla  da  İsgəndərin  etimadını
qazandı.  İsgəndər  Atropatın  qızı  ilə  sərkərdəsi  Perdikkinin  nikahını  kəsdirdi.  Perdikki  ilə
qohumluq Atropatın mövqeyini daha da möhkəmləndirdi.
Atropatla Makedoniyalı İsgəndərin görüşü
Makedoniyalı İsgəndərin ölümündən sonra onun yaratdığı imperiya parçalandı, ayrı-ayrı müstəqil
dövlətlər  yarandı.  Bu  dövlətlərdən  biri  də  Atropatena  idi. E.a.  321-ci  ildə  Atropat  müstəqil
dövlətin hökmdarı oldu.


Azərbaycan  coğrafi  adının  yaranmasını  Atropatenanın  adı  ilə  bağlayırlar.  Azərbaycan  adı
qaynaqlarda VII əsrdən, ərəblərin bu torpağı istila etməsindən sonra çəkilir. 
Atropatena (Adərbayqan) dövləti, əsasən, Azərbaycan Respublikasının bəzi cənub rayon -arını və
indiki  Cənubi  Azərbaycan  ərazisini  əhatə  etmişdir.  Ölkənin  qərbində  Zaqros  dağları,  şimalında
Qaradağ silsiləsi yerləşirdi.


 
Makedoniyalı  İsgəndərə  aid  pullar  Ən  böyük  düzənlik  ərazisi  Urmiya  gölündən  cənubda  idi.
Atropatenanın paytaxtı Qazaka şəhəri idi. 
Əhali.  Atropatenanın  əhalisi,  təsərrüfat  həyatı,  qonşu  dövlətlərlə  münasibətləri  haqqında  antik
dövr  müəlliflərinin  yazılarında  məlumatlar  vardır.  Bu  məlumatlarda  göstərilir  ki,  Atropatenada
çoxlu sayda türkdilli tayfalar — müqlər, maqlar, kaspilər, kadusilər, mataylar yaşamışlar. 
E.ə.  IV  əsrdə Azərbaycan  ərazisində  vahid  türk  xalqı  yaranmağa  başlamışdı.  Sonrakı  əsrlərdə  bu
inkişaf daha da dərinləşmişdir. 
Təsərrüfat. Atropatenada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. 
Əkinçilikdə buğda və arpa üstünlük təşkil edirdi. Ölkənin dağlıq ərazilərində mal-qara sürüləri, at
ilxıları saxlanılırdı. Qoyunçuluq toxuculuğun inkişafına zəmin yaradırdı. 
Ölkənin  zəngin  faydalı  qazıntı  yataql  arından  mis,  dəmir,  qızıl,  gümüş  və  s.  çıxarılırdı.  Bu  isə
sənətkarlığın silahqayırma, zərgərlik və digər sahələrinin inkişafına səbəb oldu. 
Sənətkarlar metal və gil qablar, silahlar, toxuculuq məhsulları, bəzək şeyləri və s. hazırlayırdılar.
Ticarətdə  puldan  geniş  istifadə  olunurdu.  Atropatena  ərazisində  tapılan  ən  qədim  pullar
Makedoniyalı İsgəndərin adından kəsilmişdir. 
Atropatenada  neft  yataqları  var  idi.  Nefti «Midiya  yağı»  adlandırırdılar.  Ondan  hərb  işində
istifadə olunurdu.


SUAL VƏ TAPŞIRIQLAR
1. Atropatena dövləti nə vaxt və harada yarandı? 
2. Necə oldu ki, Atropat Midiyası müstəqil dövlətə çevrildi? 
3. Azərbaycan coğrafi adı mənbələrdə nə vaxtdan səslənmişdir? 
4. Atropatena (Adərbayqan) dövlətinin ərazisi hansı torpaqları əhatə etmişdi? 
5. Atropatenada hansı tayfalar yaşamışlar? 
6. Azərbaycan ərazisində vahid xalq nə vaxtdan yaranmağa başlamışdır? 
7. Atropatena əhalisinin təsərrüfat həyatı haqqında nə deyə bilərsiniz? 
8. Atropatena ərazisindən hansı pullar tapılmışdır?
«E.ə. IV əsrdə Azərbaycanın cənubunda hansı qədim dövlət yaranmışdı?» — məlumat toplayın və
esse yazın.
Atropatena, müqlər, maq, kaspilər, kadusilər, ma- taylar, Atropat, Perdikki, Azərbaycan, Qazaka


§ 17. ATROPATENANIN QONŞU DÖVLƏTLƏRLƏ
MÜNASİBƏTLƏRİ
Atropatena və Selevkilər.  Makedoniyalı İsgəndərin vəfatından sonra yaranan dövlətlərdən biri də
Selevkilər dövləti idi. E.ə. 223-cü ildə Sel evkilər dövlətində hakimiyyətə gələn III Antiox qonşu
əraziləri işğal etmək üçün yürüşlərə başladı. O, Atropatenanı yenidən asılı vəziyyətə saldı. 
 
Selevki  döyüşçüsü  Bu  zaman Aralıq  dənizi  hövzəsində  qüdrətli  Roma  dövləti  yaranmışdı.  Roma
dövləti öz hakimiyyətini daha bö ı yük ərazilərə yaymağa çalışırdı. Ona görə də Selevkilərlə Roma
dövləti arasında müharibələr baş verirdi. 
E.ə.  190-cı  ildə  Maqneziya  adlı  yerdə  romal  ılar  Selevkiləri  məğlubiyyətə  uğratdılar.  Selevkilər
dövləti parçalandı. Atropatena dövləti Selevkilərdən ayrılıb yenidən müstəqil oldu. 
Atropatena—Parfiya,  Atropatena-Roma  münasibətləri.  Atropatenanın  qonşuluğunda  olan
Parfiya  dövləti  Selevkilər  dövlətinin  parçalanması  nəticəsində  meydana  gəlmişdi.  E.ə.  II  əsrdə
artıq  güclənmiş  olan  Parfiya  və  Roma  dövlətləri  Ön Asiyada  ağalıq  uğrunda  Selevki  döyüşçüsü
mübarizə  aparırdılar.  Parfiya  və  Atropatena  Romanı  öz  müstəqillikləri  üçün  təhlükə  hesab
edirdilər. Romaya qarşı mübarizə Atropatena ilə Parfiyanı birbirinə yaxınlaşdırmışdı. 
E.ə.  I  əsrin  1-ci  yarısında  Romanın  işğalçılıq  siyasəti  gücləndi.  Romalılar Lukull  və Pompeyin
başçılığı ilə Şərqə hərbi yürüşlər etdilər. Bu yürüşlər zamanı Atropatena Romadan asılı vəziyyətə
düşsə də, ölkəni romalı canişinlər deyil, yerli hökmdarlar idarə edirdilər.


E.ə.  I  əsrin  ortalarında  Roma  ilə  Parfiya  arasında  münasibətlər
daha da kəskinləşdi. E.a. 53-cü ildə Roma—Parfiya müharibəsi
oldu.  Bu  müharibədə  romalılar  məğlubiyyətə  uğradılar.  Həmin
müharibədə Atropatena dövləti Parfiyanın tərəfində idi. 
E.a. 38-ci ildə Roma sərkərdəsi Antoni Parfiya üzərinə hücuma
keçdi. 
Romalılar  qalib  gəldilər.  Bundan  sonra  Antoni  Atropatenanın
mərkəzi  şəhərlərindən  biri  olan  Fraaspaya  hücum  etdi.  Şəhər
yaxşı  müdafiə  olunurdu.  Ona  görə  də  uzunsürən  mühasirə  heç
bir  nəticə  vermədi.  Roma-lılar  geri  çəkildilər.  Bu  döyüşlərdə
Antoni  35  min  nəfərə  yaxın  əsgər  itirdi  və  Atropatenanı  tərk
etməyə məcbur oldu. 
E.ə.  I  əsrin  sonlarında Atropatena  ilə  Parfiya  arasında
münasibətlər pisləşdi. Parfiya Atropatenanı özünə tabe et -məyə
çalışırdı.  Belə  bir  şəraitdə  Atropatena  Roma  ilə  dostluq
münasibətləri yaratmağa səy göstərdi. 
Lakin  bütün  bu  səylərə  baxmayaraq,  Parfiya  Atropatena
dövlətini  öz  nüfuz  dairəsinə  salmaq  niyyətindən  əl  çəkmədi.
Nəhayət, eramızın 20-ci ilində Atropatena Parfiyanın (Arşakilər
sülaləsinin)  hakimiyyəti  altına  düşdü.  Parfiya  dövlətinin
süqutuna qədər Atropatena bu dövlətdən asılı olmuşdur.
 
Lukull
Parfiya hökmdarı
 
Roma
döyüşçüsü


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə