Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

 
Kozis
 
Domisian
Pompey Albaniya  hökmdarının  Roma  düşərgəsinə  gəlməsini  tələb  etdi.
Oroys  Pompeyin  yanına  getmədi,  lakin  ona  məktub  və  hədiyyələr
göndərərək  barışıq  təklif  etdi.  Pompey  barışıq  təklifini  qəbul  etdi.  Az
sonra  Pompey Albaniyanın  içərilərinə  doğru  hərəkətə  başladı.  O,  güclü
müqavimətə rast gəldi. Çətinliyi nəzərə alaraq yürüş etmək niyyətindən
əl çəkdi. 
Roma  sərkərdəsi  Antoninin  Şərqə  yürüşü. E.ə.  36-cı  ildə  sərkərdə
Antoninin başçılığı ilə romalılar Şərqə yürüş etdilər. Antoni özü Misirə
getdi.  Sərkərdəsi  Kanidini  isə  Azərbaycanın  cənubqərb  torpaqlarında
saxladı. Plutarx  yazırdı:  «Kanidi....  iber  və  alban  hökmdarlarına  qalib
gəldi və Qafqaza çatdı». 
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarların əlində idi.
Qobustanda  Böyükdaş  dağının  ətəyində  üzərində  latın  dilində  yazı  olan
daş kitabə tapılmışdır. Kitabədə yazılmışdır: «İmperator Domisian Sezar
Avqust  Germanik.  L(yusi)  Yuli  Maksim,  ildırımsaçan  12-ci  legionun
senturionu». 
Domisian  Roma  imperatoru  olmuşdur.  Germanik  titulunu  o,  83-cü  ildə
qəbul  etmişdi.  Bu  tarix  göstərir  ki,  Qobustan  kitabəsi  84—96-cı  illərə
aiddir. 
II əsrin birinci yarısında Roma imperatoru Adrian alban hökmdarları ilə
dostluq əlaqələri saxlamış və onara qiymətli hədiyyələr göndərmişdi. 
Albaniyanın Roma ilə əlaqələri III əsrin ortalarına qədər davam etmişdir.
Albaniya  Roma  ilə  yalnız  sıx  iqtisadisiyasi  və  mədəni  əlaqələr
saxlamışdır. 
Şimal  tayfalarının  Azərbaycana  yürüşü. Alan  tayfaları  Albaniyadan
şimalda yaşayırdılar.


Qobustan kitabəsi
Onlar Dərbənd keçidi vasitəsilə Albaniya ərazilərinə keçərək cənuba doğru üz tutur, yol boyu bir
çox  ölkələri  talan  edirdilər. Eramızın  I—III  əsrlərində  alan  tayfaları Albaniya  və Atropatenaya
teztez  yürüşlər  etmişlər.  Alan  tayfalarının  ən  böyük  yürüşlərindən  biri  72—  74-cü  illərdə
olmuşdur. 
Albaniya ərazisindəki katakomba qəbirləri (yeraltı qəbir abidəsi) alan tayfal arı ilə əlaqələndirilir.
Katakombalar  Mingəçevir  və  Qəbələdə  öyrənilmişdir.  Bu  abidələr  eramızın  I—III  əsrlərinə  aid
edilir.  Katakombalarda  ölüləri  iri  küplərdə  və  taxta  qutularda  dəfn  edirdilər.  Qəbirlərə  məişət
qabları, əmək alətləri, silahlar və bəzək şeyləri qoyurdular. 
Albanlar  mədəni  inkişaf  səviyyəsinə  görə  alanlardan  üstün  olmuşlar.  Albanlar  şimal  xalqlarına
güclü mədəni təsir etmişlər. Arxeoloji materiallar da bunu təsdiq edir.


SUAL VƏ TAPŞIRIQLAR
1. E.ə. II əsrdə Roma dövlətinin Şərqə yürüşlərinin məqsədine idi? 
2. E.ə. I əsrdə Albaniya öz müstəqilliyini qoruyub saxlaya bilmişdimi? Fakt söyləyin. 
3. Romalıların Azərbaycan ərazisində olduğunu hansı tapıntı sübut edir? 
4. Katakomba qəbirləri kimə məxsusdur və bu maddi mənbələr Azərbaycanın hansı ərazilərində
öyrənilmişdir? 
5. Xəritədə Pompeyin Albaniya üzərinə yürüşlərini təsvir edin.
«Albanlar yadelli işğalçılara qarşı necə mübarizə aparmışdılar?» mövzusunda hekayə qurun.
Pompey, Oroys, Kozis, Qobustan kitabəsi, kata-kombalar


§ 22. ALBANİYA MƏDƏNİYYƏTİ
Albaniyanın  qədim  mədəniyyəti  Qəbələ,  Şamaxı,  Mingəçevir,  İsmayıllı  və  s.  yerlərdə  aparılan
arxeoloji  qazıntılar  əsasında  öyrənilmişdir.  Qazıntılar  zamanı  müxtəlif  tikinti  qalıqları,  qəbirlər,
çoxsaylı  maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Antik  müəlliflərin  əsərlərində  də
Albaniyanın mədəniyyətinə aid məlumatlar vardır. Albaniyada şəhər mədəniyyəti inkişaf etmişdi.
Albanlar  bir  çox  ölkələrlə  iqtisadi  və  mədəni  əlaqələr  saxlamışlar.  Alban  mədəniyyətinə  yunan
mədəniyyətinin də təsiri olmuşdur. 
Memarlıq. Albaniya memarları iri ictimai binalar, müdafiə qalaları tikmişlər. İnşa işlərində yerli
tikinti materiallarından istifadə olunmuşdur.
Prev
 
Next
Oval binanın bünövrəsi (Qabala)
Ölkənin  paytaxtı  Qəbələ  şəhərinin  ətrafına  torpaq  sədd  çəkilmiş  və  dərin  xəndək  qazılmışdır.
Qəbələdə şəhər yerində aşkar olunmuş binaların bünövrəsi çay daşlarından qoyulmuş, divarları isə
çiy kərpicdən hörülmüşdür. 
İctimai binalardan birinin iri salonları, eyvanları, kiçik otaqları və dəhlizləri aşkar edilmişdir. Hər
salonun  ortasında  iri  daşdan  yonulmuş  sütun  altlıqları  vardır.  Onların  üzərində  ağac  sütunlar
ucaldılmışdır.  Binanın  üstü  kirəmitlə  örtülmüşdür.  Albaniya  sənətkarları  rəngarəng  naxışlarla
bəzədilmiş  zərif  gil  və  metal  qablar,  silahlar  istehsal  etmişlər.  Qızıl,  gümüş,  mis  və  rəngli
daşlardan, şüşədən müxtəlif bəzək şeyləri — bilərzik, sırğa, üzük və s. hazırlamışlar.


§ 22. ALBANİYA MƏDƏNİYYƏTİ
 
Yunan kitabəsi Yazı. Mədəniyyətin inkişafında yazı mühüm rol oynamışdır. Albaniya əhalisi yazı
ilə hələ e.ə. I minilliyin ortalarında, Əhəmənilər dövlətinin tərkibində olarkən tanış idi. 
Antik  dövr  müəllifləri  e.ə.  I  əsrin  60-cı  illərində  Albaniya  hökmdarı  Oroysla  Roma  sərkərdəsi
Pompeyin  məktublaşması  barədə  məlumat  verirlər.  E.ə.  I  minlliyin  sonarına  aid  bəzi  saxsı
nümunələrinin üzərində də yazı işarələri vardır. 
Şəki  rayonunun Böyük  Dəhnə  kəndində  üzərində  II  əsrə  aid  yunan  dilində  yazı  olan  daş  kitabə
tapılmışdır. Bu daş kitabə gəlmə yunanlara məxsus olmuşdur. Bu dəlil albanların yunan yazısı ilə
tanış  olduğunu  göstərir. Albanlar  yunan  yazısı  ilə  yanaşı,  latın  və Yaxın  Şərqdə  istifadə  olunan
başqa yazılarla da tanış olmuşlar. 
Din.  Qədim  albanlar bütpərəst  idilər.  Burada  göy  cisimlərinə  sitayiş  geniş  yayılmışdı.  Strabon
yazmışdır ki, albanlar Zevs — Göy, Helios — Günəş, Selena — Ay tanrılarına sitayiş edirdilər. 
Qazıntılar  zamanı  yaşayış  yerlərindən,  qəbir  abidələrindən  daş  heykəllər  əldə  edilmişdir.  Bu
heykəllər yerli əhalinin dini görüşləri ilə bağlıdır.
Prev
 
Next
Alban keramikası nümunələri


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə