Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

127.1.  Məhkəmə  övladlığa  götürənlərin  xahişi  ilə  onların  övladlığa  götürülənlərin 

valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 

127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, 

övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun 

razılığı lazımdır. 

127.3.  Övladlığa  götürənlərin  valideyn  kimi  yazılması  zəruriliyi  barədə  övladlığa 

götürmə haqında məhkəmə qətnaməsində göstərilir. 

 

Maddə 128. Tərbiyəçi öldükdə övladlığa götürmənin təsdiqi  



 

Tərbiyəçi  öldükdə  övladlığa  götürmə  faktı  məhkəmə  qaydasında  müəyyən  oluna 

bilər,  yalnız  o  şərtlə  ki,  yetkinlik  yaşına  çatmayanlar  ailədə  doğma  uşaq  kimi  qəbul 

edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş 

olsun. 

 

Maddə  129.  Valideynlərin  ölümünə görə  pensiya  və ya  müavinət  hüququnun 



saxlanması  

 

Övladlığa  götürülmə  vaxtınadək  ailə  başçısını  itirməyə  görə  pensiya,  dövlət 



müavinəti almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa 

götürüldükdən sonra da saxlayırlar. 

 

Maddə 130. Övladlığa götürmənin gizli saxlanması  



 

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. 

130.2.  Övladlığa  götürənlərin  razılığı  olmadan,  onlar  öldükdə  isə  qəyyumluq  və 

himayə  orqanının  razılığı  olmadan  övladlığa  götürmə  haqqında  hər  hansı  məlumat 

vermək,  habelə  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat  kitablarından  övladlığa 

götürənlərin  övladlığa  götürülənin  doğma  valideynləri  olmadığını  göstərən  çıxarışlar 

vermək qadağan edilir. 

130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər 

qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. 

 

Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi  



 

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. 

131.2.  Övladlığa  götürmənin  ləğv  olunması  barədə  işə  qəyyumluq  və  himayə 

orqanının və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.



40

 

131.3.  Məhkəmənin  övladlığa  götürməni  ləğv  etmək  haqqında  qətnaməsinin 



qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. 

131.4.  Məhkəmə  övladlığa  götürmənin  ləğv  olunması  barədə  qətnamə  qüvvəyə 

mindikdən sonra 3 gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət 

qeydiyyatına  alındığı  ərazi  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  uşağın  yaşadığı 

(olduğu)  yer  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına,  Azərbaycan  Respublikasının 



vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa 

götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.



41

 

 



Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları  

 

132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir: 



132.1.1.  övladlığa  götürənlər  onlara  həvalə  edilmiş  valideynlik  vəzifələrini  yerinə 

yetirmədikdə; 

132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə

132.1.3.  övladlığa  götürənlər  övladlığa  götürülən  uşağa  qəddar  münasibət 

bəslədikdə; 

132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda. 

132.2.  Məhkəmə  uşağın  rəyini  nəzərə  almaqla  onun  mənafeyi  naminə  digər 

əsaslarla da övladlığa götürməni ləğv edə bilər. 

 

Maddə  133.  Övladlığa  götürmənin  ləğv  olunmasını  tələb  etmək  hüququ 



olanlar  

 

Övladlığa  götürmənin  ləğv  olunmasını  övladlığa  götürənlərin  özləri  ,  uşağın 



valideynləri,  övladlığa  götürülən  14  yaşına  çatmış  uşaq  və  müvafiq  icra  hakimiyyəti 

orqanı tələb edə bilər. 

 

Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının 



hüquqi nəticələri  

 

134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların 



qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa 

götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və 

vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. 

134.2.  Övladlığa  götürülən  uşaqlar  öz  valideynlərinə  (qohumlarına)  münasibətdə 

şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. 

134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın 

arzusu  ilə,  əgər  qadındırsa—atanın  arzusu  ilə,  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və 

vəzifələri saxlanıla bilər. 

134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, 

ölmüş  valideynin  atasının  və  ya  anasının  (uşağın  babasının  və  ya  nənəsinin)  xahişi  ilə 

ölənin  qohumlarına  münasibətdə  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və  vəzifələri 

saxlanıla  bilər.  Ölən  valideynin  qohumlarının  övladlığa  götürülən  uşaqla  ünsiyyətdə 

olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata keçirilir. 

134.5.  Uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmənin  qətnaməsində 

övladlığa  götürülənin  valideynlərindən  biri  və  ya  ölmüş  valideynin  qohumları  ilə 

münasibətlərin saxlanması barədə qeyd olunur. 

134.6.  Bu  Məcəllənin  128.1  və  128.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  hüquqi 

nəticələri  övladlığa  götürən  şəxslərin  uşağın  doğum  haqqında  akt  qeydində  onun 

valideynləri qismində yazılmasından asılı olmadan yaranır. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə