Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara 

ödənilən  aliment  üzrə  borcların  miqdarı  aliment  ödəməli  olan  şəxsin  onu  ödəmədiyi 

dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən 

dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən 

sənəd  təqdim  edilmədikdə,  aliment  üzrə  borcların  miqdarı  borc  tutulduğu  vaxtda 

Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür 

müəyyən  edilməsi  tərəflərdən  birinin  marağını  əhəmiyyətli  dərəcədə  pozarsa,  həmin 

tərəf  məhkəməyə  müraciət  edə  bilər.  Bu  halda  məhkəmə  tərəflərin  maddi  və  ailə 

vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul 

məbləğində müəyyən edə bilər. 

106.5.  İcra  məmuru  tərəfindən  aliment  üzrə  borcun  müəyyən  edilməsi  ilə 

razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə 

müəyyən olunmuş qaydada şikayət edə bilər. 

 

Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə  



 

107.1.  Aliment  onun  ödənilməsi  barədə  saziş  əsasında  tutulduqda  aliment  üzrə 

borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə 

həyata keçirilə bilər. 

107.2.  Məhkəmə  aliment  ödəməli  şəxsin  iddiası  üzrə  aliment  borcunun  şəxsin 

xəstəliyi  və  digər  üzürlü  səbəblərə  görə  əmələ  gəldiyini,  ailə  və  maddi  vəziyyətinin  bu 

borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin  borcları ödəməkdən 

tamamilə və ya qismən azad edə bilər. 

 

Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət  



 

108.1.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  aliment  ödəməli  olan  şəxsin  təqsiri 

üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş 

qaydada məsuliyyət daşıyır. 

108.2.  Məhkəmə  qətnaməsi  üzrə  aliment  ödəməli  olan  şəxsin  təqsiri  üzündən 

aliment  üzrə  borclar  yarandıqda,  təqsirkar  şəxs  aliment  alana  ödənilməmiş  alimentin 

məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. 

108.3. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi 

nəticəsində  yaranmış  itkilərin  dəbbə  pulu  ilə  ödənilməmiş  hissəsinin  ödənilməsini  də 

tələb edə bilər. 

 

Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi  



 

109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 

109.2.  Aşağıdakı  hallar  istisna  olmaqla,  alimentin  ödənilmiş  məbləği  geri  tələb 

oluna bilməz: 

109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-

qorxu  gəlmə  və  ya  zor  tətbiq  etmə  nəticəsində  bağlandığına  görə  etibarsız  hesab 

edildikdə; 



109.2.2.  məhkəmənin  qətnaməsinin,  aliment  ödənilməsi  barədə  saziş  və  ya  icra 

vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda

109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin 

təqdim  edilməsi  ilə  əlaqədar  aliment  tutulması  haqqında  məhkəmə  qətnaməsi  ləğv 

olunduqda. 

109.3.  Bu  Məcəllənin  109.2.1—109.2.3-cü  maddələrində  göstərilən  hərəkətlər 

uşağın  və  ya  yetkinlik  yaşına  çatan  fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin  nümayəndəsi 

tərəfindən  edilmişsə,  aliment  geri  tələb  olunmur,  lakin  alimentin  ödənilmiş  məbləği 

aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. 

 

Maddə 110. Alimentin indeksasiyası  



 

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası 

aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı 

məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 

110.2.  Alimentin  indeksiyası  məqsədi  üçün  məhkəmə  tərəfindən  onun  miqdarı 

müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul 

məbləğində müəyyən edilir. 

 

Maddə  111.  Aliment  ödəməli  olan  şəxs  xarici  ölkəyə  daimi  yaşamaq  üçün 



getdikdə aliment tutulması  

 

111.1 Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci 



maddələrinə  uyğun  olaraq  qanunla  saxlamağa  borclu  olduğu  ailə  üzvləri  ilə  aliment 

ödənilməsi barədə saziş bağlaya bilər. 

111.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda  maraqlı  şəxslər  məhkəməyə 

müraciət  edərək  aliment  miqdarını  sabit  pul  məbləğində  müəyyən  etməklə,  onun 

birdəfəlik  üsul  ilə  ödənilməsini  və  ya  alimentin  əvəzinə  müəyyən  əmlak  verilməsini, 

yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər. 

 

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi 



və aliment ödəməkdən azadetmə  

 

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin 



miqdarı  müəyyən  olunduqdan  sonra  tərəflərdən  birinin  ailə  və  ya  maddi  vəziyyətində 

dəyişiklik  olmuşsa,  məhkəmə  tərəflərdən  istənilən  birinin  tələbi  ilə  alimentin  müəyyən 

olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq 

başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 

112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli 

olan  şəxsə  qarşı  qəsdən  cinayət  törətdiyi  və  ya  ailədə  nalayiq  davrandığı  müəyyən 

edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. 

 

Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi  



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə