Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

113.1.  Aliment  ödənilməsi  barədə  saziş  əsasında  müəyyən  olunmuş  aliment 

öhdəliklərinə  tərəflərdən  birinin  ölümü  nəticəsində,  sazişin  müddəti  bitdikdə  və  ya 

sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 

113.2.  Məhkəmə  qaydasında  tutulan  alimentin  ödənilməsinə  aşağıdakı  hallarda 

xitam verilir: 

113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət 

qabiliyyəti əldə etdikdə

113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 

113.2.3.  aliment  alan  şəxsin  maddi  yardıma  ehtiyacının  ödənildiyi  və  ya  əmək 

qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda

113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə

113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad 

yeni nikaha daxil olduqda. 

 

 



Altıncı bölmə 

 

Valideyn himayəsindən məhrum olan uşaqları tərbiyə formaları 

 

18-ci fəsil 

Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və yerləşdirilməsi 

 

Maddə  114.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  hüquq  və 



mənafelərinin müdafiəsi 

 

114.1.  Valideynlər  öldükdə,  valideynlik  hüquqlarından  məhrum  olunduqda, 



valideynin  hüquqları  məhdudlaşdırıldıqda,  valideynlər  fəaliyyət  qabiliyyəti  olmayan 

hesab  edildikdə,  valideynlər  xəstələndikdə,  uzun  müddət  uşaqlarla  birlikdə  olmadıqda, 

valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən 

yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və 

digər  analoji  müəssisələrdən  öz  uşaqlarını  götürməkdən  imtina  etdikdə,  eləcə  də 

valideyn  himayəsinin  olmadığı  digər  hallarda  uşaqların  hüquq  və  mənafelərinin 

müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

114.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  valideyn  himayəsindən  məhrum  olan 

uşaqları  aşkar  edir,  belə  uşaqların  ilkin  uçotunu  aparır,  ümumi  uçotun  aparılması  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat  verir  və  valideyn  himayəsindən  məhrum 

olmağın  konkret  hallarını  nəzərə  almaqla  həmin  uşaqların  yerləşdirilməsi  formalarını 

seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir.



29

 

114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin 



valideyn  himayəsindən  məhrum  olan  uşaqların  yerləşdirilməsi  üzrə  fəaliyyətinə  yol 

verilmir. 

 

Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və 



uçotu  

 



115.1.  Bu  Məcəllənin  114.1-ci  maddəsində  göstərilən  uşaqlar  haqqında 

məlumatlara  malik  doğum  evləri,  məktəbəqədər,  ümumtəhsil,  müalicə  və  digər 

müəssisələrin  vəzifəli  şəxsləri  və  digər  vətəndaşlar  bu  məlumatları  müvafiq  icra 

hakimiyyəti orqanına verməyə borcludurlar.



30

 

115.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  belə  məlumatları  aldıqdan  sonra  üç  gün 



müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının 

himayəsindən məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi 

həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur. 

115.3.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  yerləşdiyi  tərbiyə,  müalicə, 

əhalinin  sosial  müdafiəsi  və  digər  analoji  müəssisələrin  rəhbərləri  həmin  uşaqların 

tərbiyə  olunmaq  üçün  ailəyə  verilməsinin  mümkün  olduğunu  bildikdə  7  gün 

müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  bu  barədə  məlumat  verməyə 

borcludurlar. 

115.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  Məcəllənin  115.1  və  115.2-ci 

maddələrində  göstərilmiş  məlumatları  aldıqdan  sonra  1  ay  ərzində  uşağın 

yerləşdirilməsini təmin edir, bu, mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri 

bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün 

göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

31

 

115.5. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar 



haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq 

icra  hakimiyyəti  orqanına  təqdim  edir,  bundan  sonra  onların  tərbiyə  olunmaq  üçün 

ailələrdə yerləşdirilməsinə yardım edir.

32

 

115.6.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  uçotunun  aparılması 



qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

33

 

115.7.  Bu  Məcəllənin  115.2—115.5-ci  maddələrində  nəzərdə  tutulmuş  vəzifələri 



yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə 

tərbiyəsinə  verməməyə  yönəldilmiş  digər  hərəkətlərə  görə  bu  Məcəllənin  115.3-cü 

maddəsində  göstərilmiş  müəssisə  rəhbərləri,  habelə  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  vəzifəli  şəxsləri  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məsuliyyətə 

cəlb edilirlər. 

 

Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi  



 

116.1.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqlar  ailə  tərbiyəsinə  (övladlığa, 

qəyyumluğa,  himayəyə  və  ya  himayədar  ailəyə)  bu  imkanlar  olmadıqda  isə  valideyn 

himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, 

əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. 

116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum 

olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər. 

116.3.  Uşağın  yerləşdirilməsi  zamanı  onun  etnik  mənşəyi,  müəyyən  dinə  və 

mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar 

nəzərə alınmalıdır. 

116.4.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  ailəyə  və  ya  bu  Məcəllənin 

116.1-ci  maddəsində  göstərilən  müəssisələrə  yerləşdirilməsinə  qədər  himayəçi 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə