Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

17-ci fəsil 

Alimentin ödənilməsi və tutulması qaydası 

 

Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması 



 

Ailə  üzvləri  arasında  aliment  ödənilməsi  barədə  saziş  olmadıqda,  bu  Məcəllənin 

13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət 

edə bilərlər. 

 

Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri  



 

100.1.  Aliment  almaq  hüququ  olan  şəxs,  aliment  ödənilməsi  barədə  saziş  üzrə 

əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı 

olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət 

etmək hüququna malikdir. 

100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 

100.3.  Məhkəmə  iddiaçının  aliment  almaq  üçün  məhkəməyə  müraciət  edənədək 

tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması 

nəticəsində  alimentin  alınmadığını  müəyyən  edərsə,  əvvəlki  dövr  üçün  aliment  3  illik 

müddət həddində verilə bilər. 

 

Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması  



 

101.1.  Məhkəmənin  aliment  tutulması  barədə  çıxardığı  qətnamə  qanuni  qüvvəyə 

minənədək  (uşaqlar  üçün  aliment  tutularkən  məhkəmənin  aliment  tutulması  barədə 

qətnaməsi  çıxarılanadək)  məhkəmə  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. 

101.2.  Məhkəmə  alimentin  miqdarını  müəyyən  edərkən  tərəflərin  maddi  və  ailə 

vəziyyətini  nəzərə  almalıdır.  Yetkinlik  yaşına  çatmayanlar  üçün  alimentin  miqdarı  bu 

Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 

 

Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi  



 

Şəxsin  işlədiyi  təşkilatın  müdiriyyəti  notariat  qaydasında  təsdiq  edilən  aliment 

ödənilməsi  barədə  saziş  əsasında  və  ya  icra  vərəqəsi  əsasında  hər  ay  onun  əmək 

haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya 

sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən 

geci  3  gün  müddətində  verməyə  və  ya  aliment  tutulan  şəxsin  vəsaiti  hesabına 

göndərməyə borcludur. 

 

Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması  



 

Aliment  ödənilməsi  barədə  saziş  və  (və  ya)  icra  vərəqəsi  əsasında  tutulan  ümumi 

məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 



50 faizindən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında 

tutulur. 

 

Maddə  104.  Aliment  verən  şəxsin  iş  və  ya  yaşayış  yerinin  dəyişdirilməsi 



haqqında məlumat vermək vəzifəsi  

 

104.1.  Aliment  tutulması  haqqında  məhkəmənin  qətnaməsinə  və  ya  aliment 



ödənilməsi  barədə  notariat  qaydasında  təsdiq  olunmuş  sazişə  əsasən  aliment  tutan 

müəssisənin  müdiriyyəti  qətnamənin  icra  olunduğu  yerdə  icra  məmuruna  və  aliment 

alan  şəxsə  aliment  verən  şəxs  işdən  çıxdıqda  onun  işdən  çıxması  haqqında,  habelə 

məlum  olduqda  onun  yeni  iş  və  yaşayış  yeri  haqqında  3  gün  müddətində  məlumat 

verməyə borcludur.

27

 

104.2.  Aliment  verməyə  borclu  olan  şəxs  iş  və  ya  yaşayış  yerinin  dəyişməsi 



haqqında,  aliment  yetkinlik  yaşına  çatmayan  uşağa  görə  tutulduqda,  həm  də  əlavə 

qazancı  (əvəzçiliklə  işlərinə  görə  və  s.)  haqqında  həmin  müddətdə  icra  məmuruna 

məlumat verməlidir.

28

 

104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz 



səbəbə  görə  xəbər  verilmədikdə,  bunda  təqsirli  olan  vəzifəli  şəxslər  və  vətəndaşlar 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar. 

 

Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi  



 

Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən 

olunmuş  miqdarda  aliment,  habelə  aliment  üzrə  borclar  aliment  ödəməli  olan  şəxsin 

qazancından  və  (və  ya)  digər  gəlirlərindən  tutulur.  Qazanc  və  (və  ya)  digər  gəlirlər 

çatışmadıqda  aliment  onu  ödəməli  olan  şəxsin  bankdakı  və  s.  kredit  idarələrindəki 

hesabında  olan  pul  vəsaitindən,  eləcə  də  mülkiyyət  hüququnun  başqasına  verilməsinə 

səbəb  olan  müqavilələr  istisna  olmaqla,  müqavilə  əsasında  kommersiya  və  qeyri-

kommersiya  təşkilatlarına  verilən  pul  vəsaitindən  mülki  prosessual  qanunvericilikdə 

müəyyən  olunmuş  qaydada  tutulur.  Bu  vəsaitlər  çatışmadıqda  tələb  aliment  ödəməli 

olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. 

 

Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi  



 

106.1.  İcra  vərəqəsi  və  ya  aliment  ödənilməsi  barədə  notariat  qaydasında  təsdiq 

olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə  görə  aliment  3 illik 

müddət həddində tutula bilər. 

106.2.  Aliment  onu  icra  vərəqəsi  və  ya  aliment  ödənilməsi  barədə  saziş  əsasında 

ödəməli  olan  şəxsin  təqsiri  üzündən  ödənilmədikdə,  əvvəlki  dövr  üçün  aliment  bu 

Məcəllənin  100.3-cü  maddəsi  ilə  müəyyən  edilmiş  3  illik  müddətdən  asılı  olmayaraq 

istənilən müddətdə tutula bilər. 

106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə 

saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə