Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

92.2.  Ögey  ata  və  ana  ögey  oğul  və  qızları  5  ildən  az  tərbiyə  etmiş  və  ya 

saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə 

yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən 

azad edə bilər. 

 

Maddə  93.  Ailənin  başqa  üzvlərini  saxlamaq  üçün  məhkəmə  qaydasında 



tutulan alimentin miqdarı  

 

93.1.  Bu  Məcəllənin  88—92-ci  maddələrində  göstərilmiş  şəxslərə  aliment 



ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. 

93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir 

ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və 

tərəflərin  diqqətəlayiq  olan  digər  maraqlarından  asılı  olaraq  hər  ay  ödənilən  sabit  pul 

məbləğində müəyyən edir. 

93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu 

olduqda,  məhkəmə  onların  maddi  və  ailə  vəziyyətindən  asılı  olaraq  aliment  vəzifəsinin 

yerinə  yetirilməsində  onlardan  hər  birinin  iştirakının  miqdarını  müəyyən  edir,  həm  də 

məhkəmə  bütün  bu  şəxslərə  və  ya  onlardan  yalnız  birinə,  yaxud  da  bir  neçəsinə  iddia 

verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. 

 

16-cı fəsil 

Alimentin ödənilməsi barədə saziş 

 

Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması  



 

94.1.  Aliment  ödənilməsi  barədə  saziş  (alimentin  miqdarı,  ödənilmə  qaydası  və 

şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və 

ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni 

nümayəndələri  arasında  bağlanır.  Tam  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər  aliment 

ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. 

94.2.  Aliment  ödənilməsi  barədə  saziş  yazılı  formada  bağlanır  və  notariat 

qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş 

formasına  əməl  edilməməsi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə 

tutulmuş nəticələrə səbəb olur. 

94.3.  Aliment  ödənilməsi  barədə  saziş  notariat  qaydasında  təsdiq  edildikdə,  icra 

vərəqəsi qüvvəsinə malik olur. 

 

Maddə  95.  Aliment  ödənilməsi  barədə  sazişin  bağlanması,  icrası, 



dəyişdirilməsi, pozulması və etibarsız sayılması qaydası  

 

95.1.  Aliment  ödənilməsi  barədə  sazişin  bağlanması,  icrası,  dəyişdirilməsi, 



pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki 

hüquqi  əqdlərin  bağlanması,  icrası,  dəyişdirilməsi,  pozulması  və  etibarsız  sayılması 

barədə normaları tətbiq olunur. 



95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən 

vaxt  dəyişdirilə  və  pozula  bilər.  Bu  halda  sazişin  dəyişdirilməsi  və  pozulması  bu 

Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. 

95.3.  Aliment  ödənilməsi  barədə  sazişi  icra  etməkdən  birtərəfli  qaydada  imtina 

etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 

95.4.  Tərəflərin  maddi  və  ailə  vəziyyətində  əsaslı  dəyişiklik  olduqda  və  aliment 

ödənilməsi  barədə  sazişin  dəyişilməsi  və  pozulması  üçün  razılıq  əldə  edilmədikdə, 

maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia 

qaldırmaq hüququna malikdir. 

 

Maddə  96.  Aliment  alanın  maraqları  pozulduqda  aliment  ödənilməsi  barədə 



sazişin etibarsız sayılması  

 

96.1.  Alimentin  ödənilməsi  barədə  sazişdə  nəzərdə  tutulan  təminatın  verilməsi 



şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə 

üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə 

əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər. 

96.2.  Bu  saziş  azyaşlı  uşağın  və  ya  yetkinlik  yaşına  çatan,  lakin  əmək  qabiliyyəti 

olmayan  ailə  üzvünün  qanuni  nümayəndəsi,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən mübahisələndirilə bilər.



26

 

 



Maddə  97.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  ödənilən  alimentin  miqdarı 

və indeksasiyası  

 

97.1.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  ödənilən  alimentin  miqdarı  bu  sazişin 



tərəflərinin razılığı ilə müəyyən olunur. 

97.2.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  yetkinlik  yaşına  çatmayanlar  üçün 

ödənilən  alimentin  miqdarı  məhkəmə  qaydasında  onlar  üçün  müəyyən  edilə  bilən 

alimentin miqdarından az olmamalıdır. 

97.3.  Aliment  ödənilməsi  barədə  saziş  üzrə  alimentin  miqdarının  indeksasiyası 

həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə 

tutulmayıbsa, indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır. 

 

Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası 



və üsulları  

 

98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları 



həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. 

98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq 

hissədə;  sabit  pul  məbləğində  müntəzəm  ödəməklə;  sabit  pul  məbləğində  birdəfəlik 

ödəməklə;  əmlak  təqdim  olunması  yolu  ilə  və  barəsində  razılıq  əldə  olunmuş  digər 

üsullarla alına bilər. 

98.3.  Aliment  ödənilməsi  barədə  sazişdə  aliment  ödənilməsinin  müxtəlif  üsulları 

nəzərdə tutula bilər. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə