Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   ...   32

 

37.1.  Ər-arvad  arasındakı  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  onların 

ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 

37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və 

(və  ya)  ərin  (arvadın)  diqqətəlayiq  mənafeyini,  o  cümlədən  ər-arvaddan  biri  üzürsüz 

səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf 

etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər 

bölməyə bilər. 

37.3.  Ümumi  əmlak  bölünərkən  ər-arvadın  ümumi  borcları  onun  payına  uyğun 

olaraq müəyyən edilir. 

 

8-ci fəsil 

Ər-arvadın mülkiyyətinin müqavilə rejimi 

 

Maddə 38. Nikah müqaviləsi və onun məzmunu 



 

38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə 

və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən 

sazişdir. 

38.2.  Nikah  müqaviləsi  ilə  ər-arvad  birgə  mülkiyyətin  qanunla  müəyyən  olunmuş 

rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin 

əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 

38.3.  Nikah  müqaviləsi  ər-arvadın  mövcud  olan  və  gələcəkdə  əldə  edəcəkləri 

əmlaka dair bağlana bilər. 

38.4.  Ər-arvad  nikah  müqaviləsində  bir-birinin  qarşılıqlı  saxlanması,  bir-birinin 

gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və 

vəzifələrini,  nikah  pozulduqda  hər  birinə  düşəcək  əmlakı  və  ər-arvadın  əmlak 

münasibətlərinə  dair  hər  hansı  başqa  müddəanı  müəyyənləşdirmək  hüququna 

malikdirlər. 

38.5.  Nikah  müqaviləsində  nəzərdə  tutulmuş  hüquq  və  vəzifələr  müəyyən 

müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. 

38.6.  Nikah  müqaviləsində  ər-arvadın  hüquq  və  fəaliyyət  qabiliyyətini,  öz 

hüquqlarının  müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək  hüququnu,  uşaqlara 

münasibətdə  hüquq  və  vəzifələrini,  eləcə  də  ər-arvad  arasındakı  şəxsi  qeyri-əmlak 

münasibətlərini  tənzimləyən,  ehtiyacı  olan  və  əmək  qabiliyyəti  olmayan  ərin(arvadın) 

saxlanılması  üçün  vəsait  almaq  hüququnu  məhdudlaşdıran,  ər-arvaddan  birini  çox 

əlverişsiz  vəziyyətə  salan  və  ailə  qanunvericiliyinin  əsaslarına  zidd  olan  müddəalar 

nəzərdə tutula bilməz. 

 

Maddə 39. Nikah müqaviləsinin bağlanma qaydası  



 

39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də 

nikah dövründə istənilən vaxtda bağlana bilər. 

39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi 

nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. 



39.3.  Nikah  müqaviləsi  yazılı  formada  bağlanır  və  notariat  qaydasında  təsdiq 

olunur. 


 

Maddə  40.  Nikah  müqaviləsinin  dəyişdirilməsi,  pozulması  və  etibarsız  hesab 



edilməsi  

 

40.1.  Nikah  müqaviləsi  ər-arvadın  razılığı  ilə  istənilən  vaxt  bu  Məcəllənin  39.3-cü 



maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. 

40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. 

40.3.  Ərin  (arvadın)  tələbinə  əsasən  məhkəmənin  qətnaməsi  ilə  nikah  müqaviləsi 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  müqavilələrin  dəyişdirilməsi  və 

pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. 

40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan 

vəzifələr  istisna  olmaqla,  nikaha  xitam  verilməsi  anından  nikah  müqaviləsinə  də  xitam 

verilir. 

40.5.  Nikah  müqaviləsi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  əqdlərin 

etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə 

və ya qismən etibarsız hesab edilə bilər. 

40.6.  Müqavilənin  şərtləri  əri  (arvadı)  çox  əlverişsiz  vəziyyətə  saldıqda  nikah 

müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin 

38.6-cı  maddəsinin  digər  tələblərini  pozan  şərtləri  əhəmiyyətsizdir  və  müqavilənin 

bağlandığı andan etibarsız hesab edilir.

 

15

 

 

9-cu fəsil 



Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət 

 

Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 



 

41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-

arvadın  ümumi  əmlakı  bölünərkən  həmin  əmlakdan  ona  çata  biləcək  paya  yönəldilə 

bilər. 


41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə 

alınmış  vəsaitin  ailə  ehtiyacları  üçün  istifadə  olunduğu  məhkəmə  tərəfindən  müəyyən 

edildikdə,  həmin  ərin  (arvadın)  öhdəlikləri  üzrə  ödəmə  onların  ümumi  əmlakına 

yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin 

əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 

41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait 

hesabına  əldə  edildiyi  və  ya  artırıldığı  məhkəmənin  hökmü  ilə  müəyyən  olunduqda, 

ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər. 

41.4.  Yetkinlik  yaşına  çatmayan  uşaqlarının  vurduğu  zərərə  görə  ər-arvad  mülki 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məsuliyyət  daşıyırlar.  Bu  halda  ödəmənin 

ər-arvadın  əmlakına  yönəldilməsi  bu  Məcəllənin  41.2-ci  maddəsinə  uyğun  həyata 

keçirilir. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə