Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   2   3   4   5   6   7   8   9   ...   26

19 
 
II.  KURS ÜZRƏ TƏŞKİLATİ-
METODİK TƏDBİRLƏR 
 
2.1.  TƏLƏBƏLƏRLƏ APARILAN İŞİN 
FORMALARI 
 
“Jurnalistika və müasir dövrün qobal problemləri” 
fənninin məcrasına uyğun olaraq tələbələrlə aparılan iş iki 
formada özünü büruzə verir. 
Sərbəst iş kursun vəzifələrinə  və strukturuna uyğun 
olaraq, təklif olunan nəzəri mənbələrin və  ədəbiyyatın 
tələbələr tərəfindən öyrənilməsini, elektron və mətbu kütləvi 
informasiya vasitələrinin fəaliyyətlərinin izlənilməsini, KİV 
materiallarının təhlil edilməsi, praktik məşğələlərdə  və  
buraxılış işi mövzusunun seçilməsi, hazırlanması və müdafiə 
edilməsi məqsədi ilə müvafiq materialların toplanılmasını 
nəzərdə tutur. 
Fərdi iş qlobal problemlərin həllində KİV-in iştirakının 
təsirliliyini artıran amillərin (jurnalistin peşə mövqeyi, peşə-
karlığı və  jurnalist sənətkarlığı) mənimsənilməsi məqsədi ilə 
xüsusi olaraq ayrılmış  məsləhət saatlarında tələbələrin 
yaradıcılıq işlərinin müzakirəsini ifadə edir. 
Bu çalışma və tapşırıqlar, konkret situasiyaların təhlili 
müəllimlər tərəfindən istifadə edilə, diskurs və təhlillər üçün 
stimul rolunu oynaya, habelə tələbələrin kollokvium və semi-
narlarda iştiraklarının və bilik səviyyələrinin qiymətləndiril-
məsi üçün də tətbiq edilə bilər 
 
 
 
 
 


20 
 
2.2. BURAXILIŞ İŞİ MÖVZUSUNUN 
SEÇİMİ ÜÇÜN METODİK 
TÖVSİYƏLƏR
 
 
-  buraxılış işlərinin mövzuları fənni tədris edən müəllim 
tərəfindən tərtib edilir, kafedrada müzakirə edilir və 
təsdiq olunur; 
-  mövzuların istiqaməti kursun başlıca vəzifələrinə 
uyğun olur və  mənbələrin müstəqil  şəkildə daha 
dərindən öyrənilməsinə yönəldilir; 
-  tələbə buraxılış işinin mövzusunu seçərkən onun təklif 
olunan mövzulardan istənilənini seçmək hüququna 
tam riayət olunur və buraxılış  işinin mövzusunun 
problematikaya maksimum yaxınlığı meyarından çıxış 
edilir; 
-  mövzuların adları təxminidir, tələbələr onlara qismən 
düzəlişlər edə bilərlər, lakin bu təqdirdə belə, 
mövzunun adı “Jurnalistika və müasir dövrün qlobal 
problemləri” kursuna uyğun olmalıdır. 
 
2.3. BURAXILIŞ İŞİNİN YAZILMASI 
ÜÇÜN SPESİFİK METODİK 
TÖVSİYƏLƏR 
 
-  seçilmiş mövzu müasir dövrün qlobal problemlərindən 
birini əhatə edir, bir və ya bir neçə KİV-in materialları 
əsasında tədqiq edilir; 
-  problematika Azərbaycan və/və ya xarici KİV-lərin 
materialları 
əsasında (beynəlxalq təcrübənin 
öyrənilməsi şərti ilə) araşdırılır; 
-  tədqiqadtın  əhatə etdiyi müddət və  tədqiqat obyekti 
dəqiq müəyyən edilir; 
-  buraxılış  işinin elmi rəhbəri tələbənin tədqiq olunan 
problemə bələdliliyini və  səriştəliliyini, toplanılan və 


21 
 
istifadə olunan məlumat və materialların qoyulan 
problemə uyğunluğunu daim diqqət mərkəzində 
saxlayır; 
-  buraxılış  işi qiymətləndirilərkən tələbənin aparılmış 
tədqiqt nəticəsində KİV-in qoyulmuş qlobal problemi 
işıqlandırması sahəsindəki təcrübəsinin səciyyəvi 
xüsusiyyətlərini aşkar etmək bacarığı əsas götürülür.   
 
Qeyd: buraxılış  işlərinin yazılmasına, tərtibinə  və 
müdafiəsinə aid tövsiyə və tələblərlə BDU beynəlxalq 
jurnalistika kafedrasının professoru, filologiya elmləri 
doktoru N.Əhmədlinin tərtib etdiyi “Jurnalistika” 
ixtisası üzrə “Buraxılış  işinin yazılması, tərtibi və 
müdafiəsi” adlı metodik vəsaitdə  ətraflı tanış ola 
bilərsiniz (“Bakı Universiteti” nəşriyyatı, 2010)  
 
 
 
2.4.  BURAXILIŞ İŞLƏRİ ÜÇÜN TƏKLİF 
OLUNAN TƏXMİNİ MÖVZULARIN 
SİYAHISI 
 
1.  Bəşəriyyətin inkişafının qlobal tendensiyaları  KİV-in 
mövzusu kimi. 
2.  Qlobal problemlərin aradan qaldırılmasında KİV-in 
iştirakı təcrübəsi (konkret KİV-in təcrübəsi əsasında).  
3.  Jurnalist ictimaiyyətinin qlobal problemlərin həlli 
sahəsində öz konkret-tarixi vəzifələrini dərk etməsi 
məsələləri (beynəlxalq jurnalist təşkilatlarının 
sənədlərinin təhlili əsasında). 
4.  Qlobal geosiyasi problemlərin mətbu və elektron 
KİV-də  işıqlandırılması (konkret KİV-in təcrübəsi 
əsasında). 
5.  Azərbaycanın iqtisadi inkişaf situasiyalarınnın xarici 
KİV-lərdə işıqlanddırılması (konkret KİV-in təcrübəsi 
əsasında). 


22 
 
6.  Qloballaşma və industrial cəmiyyətin böhranları 
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları 
əsasında). 
7.  Qloballaşma və kütləvi kommunikasiya vasitələri (bir 
və ya bir neçə nəşrin materialları əsasında). 
8.  Müasirlik problemləri informasiya cəmiyyətinin 
inkişafı kontekstində (Azərbaycan və/və ya xarici 
KİV-lərin materialları əsasında). 
9.  Qlobal miqyasda baş verən sosial-təbii proseslər: 
neqativ və pozitiv aspektlər (Azərbaycan və/və ya 
xarici KİV-lərin materialları əsasında). 
10. Antiqlobalizm və digər etiraz hərəkatları KİV-in təhlil 
mövzusu kimi (Azərbaycan və/və ya xarici KİV-lərin 
materialları əsasında). 
11. Beynəlxalq təhlükəsizlik sahəsində yeni çağırışlar 
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları 
əsasında). 
12. Müasir qlobal problemlərin səbəbləri və  səciyyəvi 
xüsusiyyətləri: KİV-in təhlil obyekti kimi 
(Azərbaycan və/və ya xarici KİV-lərin materialları 
əsasında). 
13. Regional münaqişələr müasir dövrün qlobal təhlükə 
amili kimi (Azərbaycan qəzet və jurnallarının 
publikasiyaları əsasında). 
14. Beynəlxalq terrorizm bəşəriyyət üçün təhlükə kimi: 
KİV-də terrora qarşı mübarizənin işıqlandırılması 
(konkret KİV-in təcrübəsi əsasında). 
15. Azərbaycan elektron KİV-lərində beynəlxalq 
terrorizm mövzusu: problemlər və təhlükələr (konkret 
KİV-lərin təcrübəsi əsasında). 
16. Qlobal demoqrafiya probleminin KIV-də 
işıqlandırılması (konkret KİV-in təcrübəsi əsasında). 
17. Planetar iqtisadi inteqrasiya probleminin KİV-də 
işıqlandırılması (konkret KİV-in təcrübəsi əsasında). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə