Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   2   3   4   5   6   7   8   9   ...   26


 
I.  KURSUN ÜMUMİ TƏSVİRİ 
 
1.1.  KURSUN MƏQSƏDİ 
 
XX  əsrin sonlarında dövlətlər arasında, insanlarla 
cəmiyyət arasında, cəmiyyətlə  təbiət arasında münasibətlər-
dəki ziddiyyətlər, intersosial və geosiyasi problemlər, 
cəmiyyətin müxtəlif təbəqələrinin yoxsulluğu və  zənginliyi 
arasındakı  kəskin təzadlar, planetar iqtisadi inteqrasiyaya 
olan ehtiyac, ekoloji fəlakətlər, qlobal ərzaq, demoqrafiya, 
narkomaniya, miqrasiya, beynəlxalq terrorizm problemləri, 
nüvə  qırğını xofu və s. kimi digər qlobal problemlər 
bəşəriyyəti daha çox narahat etməyə başlamışdır. Müasir 
dövrün qlobal problemləri əvvələr lokal xarakter daşısalar da, 
elm və texnikanın inkişafı, sənayeləşmə şəraitində insanların 
razılaşdırılmamış 
fəaliyyətləri nəticəsində getdikcə 
ümumbəşəri xarakter almışdır və bütövlükdə  bəşəriyyətin 
marağını ifadə edirlər. Planetimizin gələcəyi qlobal 
problemlərin həllindən olduqca asılı bir vəziyyətə  və 
təhlükəli həddə gəlib çatmışdır. 
Qlobal problemləri araşdırma mərkəzləri, aparıcı 
mütəxəssislər, o cümlədən jurnalistika nəzəriyyəçiləri 
vəziyyətin ciddiliyini və  təxirəsalınmaz tədbirlərin həyata 
keçirilməsinin vacibliyini dərk edərək,  qlobal dünya 
konsepsiyasını işləyib hazırlamışlar. 
Bəşəriyyətin inkişaf yolunda böhran proses və 
təzahürlərinin güclənməsi, eyni zamanda, müstəqilliyini 
yenidən bərpa etmiş respublikamızın həyatında regionda 
gedən geosiyasi, iqtisadi, sosial və  mədəniyyət sahələrində 
baş verən transformasiyalarla əlaqədar olaraq yaranan kəskin 
dəyişikliklər Azərbaycan ictimaiyyətinin və jurnalistikasının 
qarşısında da bir sıra prinsipal vəzifələr qoymuşdur və bu 



 
vəzifələri  şübhəsiz ki, gənc nəsil jurnalistlər həyata 
keçirəcəklər. 
Məhz bunları nəzərə alaraq, “Jurnalistika və müasir 
dövrün qlobal problemləri” kursunun məqsədi jurnalistika 
və  pablik rileyşnz fakültələrinin məzunlarını bu məsul 
vəzifəni yerinə yetirməyə hazırlamaqdan, onlara müasir 
qlobal problemlər barədə  zəngin bilik verməkdən, bu 
problemlərin həllində mühüm rol oynaya biləcək, potensial 
nəzəri və praktik gücə malik kütləvi informasiya vasitələrinin 
geniş imkanları ilə tanış etməkdən ibarətdir. 
 Qlobal 
problemlərin həllində jurnalistikanın xüsusi 
rolu vardır. Zamanın çağırışına adekvat cavabların 
tapılmasında onun qarşısında konkret vəzifələr durur. Qlobal 
problemlərin həllində jurnalistikanın iştirakının  əsas 
istiqamətləri, onun səmərəli iştirakını  təmin edən amillər 
müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin hər 
birinin bu problemlərin işıqlandırılmasında özünəməx-
susluğu - ümumi və  fərqli cəhətləri var. Qlobal problemlər 
mövzusunda olan materiallara xususi tələblər qoyulur. 
Jurnalistin bəhs etdiyi problemə  ən azı sahə mütəxəssisi 
səviyyəsində  bələd olmasının zəruriliyi,  şərhlərin və 
təhlillərin elmiliyi, sadəliyi, oxucu auditoriyasının səciyyəvi 
xüsusiyyətlərini nəzərə alması və s. şərtlərin araşdırılması, bu 
xüsusiyyətlərin xüsusilə  də jurnalistika fakültələrində  təhsil 
alan tələbələr tərəfindən mənimsənilməsi, həmçinin tələbə 
jurnalistlərin qlobal problemlərin kütləvi informasiya 
vasitələrində işıqlandırılmasının forma və metodları ilə taniş 
olmaları olduqca əhəmiyyətlidir. 
 
Gələcək jurnalistlərin qlobal problemlərin mahiyyəti
onların yaranma səbəblərı, həlli yolları, bu işdə 
jurnalistikanın yeri, rolu və  əhəmiyyəti ilə  dərindən və 
hərtərəfli tanış olmaları müstəsna əhəmiyyətə malikdir. Eyni 
zamanda, tələbə və gənc jurnalistlərin KİV-in bu mövzularda 
çıxışlarının tematik, forma və metod, janr və  sənətkarlıq 



 
xüsusiyyətlərinə  bələd olmaları  mətbuatın, xüsusilə  də 
elektron kütləvi informasiya vasitələrinin praktik fəaliyyət-
lərinin təsirliliyinin artmasının başlıca şərtlərindəndir. 
 
1.2.  KURSUN VƏZİFƏLƏRİ 
 
 Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək, 
qarşıya qoyulmuş məqsədə nail olmaq üçün “Jurnalistika və 
müasir dövrün qlobal problemləri” kursunun başlıca 
vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
tələbələri bəşəriyyəti narahat edən, böhran 
səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə 
tanış etmək; 
 
gənclərin bu problemlərin qlobal xarakter aldığını  və 
onların həlli üçün bütün ölkələrin və xalqların, 
beynəlxalq təşkilatların öz qüvvələrini birləşdir-
mələrinin vacibliyini dərk etmələrindən ötrü bütün 
lazımi tədbirləri görmək; 
 
ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin 
əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir 
şəraitdə özünü kəskin  şəkildə büruzə verən daxili 
problemlərin bu proseslərlə  nə  dərəcədə  əlaqəli 
olduğunu göstərmək; 
 
böhran vəziyyətindən bəşəriyyətin necə  çıxacağının 
yollarını  və bu prosesdə jurnalistikanın yerini və 
rolunu dəqiq təsəvvür etməkdə  tələbələrə kömək 
göstərmək; 
 
əhalinin qlobal problemlərlə, onların yaranma 
səbəbləri və  həlli yollarının müəyyən edilməsi ilə 
bağlı  KİV-in fəaliyyət istiqamətlərinə diqqət 
yetirmək; 
 
gələcək jurnalistləri müasir dövrün qlobal 
problemlərinin həllində  KİV-in iştirakının pozitiv 



 
təcrübəsi, eyni zamanda, cəmiyyətdə qeyri-sabitlik 
yarada bilən neqativ tendensiyalarla tanış etmək; 
 
jurnalistikaya özünün konkret-tarixi vəzifələrini 
uğurla yerinə yetirməsinə 
şərait yaradan 
məsuliyyətlilik və kompetentlik faktorlarının 
müəyyən edilməsində gənclərə kömək göstərmək. 
Yuxarıda sadalanan vəzifələrin KİV tərəfindən 
yüksək səviyyədə yerinə yetirilməsi üçün ilk növbədə 
jurnalistika və pablik rileyşnz ixtisası  və s. sahə ixtisasları 
üzrə  təhsil alan tələbələr, KİV işçiləri – jurnalistlər özləri 
qlobal problemlərlə, onların mahiyyəti, tarixi, yaranma 
səbəbləri və amilləri, həlli yolları  və s. ilə  dərindən tanış 
olmalı, onları  dərk etməlidirlər. Bu zaman Azərbaycan 
gerçəkliyinin aktual problemlərinin (siyasi, iqtisadi, sosial, 
mənəvi sahələrdə baş vermiş transformasiyalarla şərtlənən), 
eyni zamanda dəyərlər sistemindəki dəyişikliklərin təhlil və 
müqayisə yolu ilə izlənilməsi və  nəzərdən keçirilməsi 
müəyyən elmi və praktik nəticələrin əldə olunmasına, əsasən 
də Azərbaycan jurnalistikasının sözügedən sahədə 
nəzərəçarpacaq effektlər  əldə etməsinə  şərait və imkan 
yaradacağına ümid edirik. Beynəlxalq və yerli tədqiqat 
mərkəzlərinin apardıqları araşdırmaların və  cəmiyyətdəki 
müasir sosial-təbii proseslərin monitorinqlərinin nəticələrinin 
jurnalistikaya tətbiqi, onun xarici və daxili qanunauy-
ğunluqları prizmasından öyrənilməsi də bir fəaliyyət sahəsi 
kimi həm jurnalistika üçün, həm də  bəşəriyyətin təhlükəsiz 
gələcəyinin təmin olunması üçün faydalı ola bilər. 
Kursda qlobal problemlərin mahiyyəti, yaranma 
səbəbləri, neqativliyi, müasir vəziyyətləri, onların həlli 
yollarının araşdırılması ilə yanaşı, bu sahədə  KİV-ə xas 
aşağıdakı  fəaliyyət özəllikləri də daim dəqqət mərkəzində 
saxlanılır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə