Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   2   3   4   5   6   7   8   9   ...   26

16 
 
2002,  стр.9). Onun həmkarı, professor S.Korkonosenkoya 
görə,  jurnalistika – aktual sosial informasiyanın 
toplanılması, hazırlanması və vaxtaşırı yayılması üzrə ictimai 
fəaliyyətdir, ... jurnalist fəaliyyətinin məhsuludur, ... 
müəyyən elmi bilik və  təhsil sahəsidir (Основы 
журналистики.  Учебник. –М.: 2002, стр.3). Bakı Dövlət 
Universitetinin dosenti A.Rüstəmovun izahına  əsasən, 
jurnalistika  – kütləvi informasiya vasitəsidir, dördüncü 
hakimiyyətdir, doğru, həm də yalan informasiyadır, 
yaradıcılıqdır, publisistikadır, cəmiyyətin güzgüsüdür 
(Jurnalistika. Bakı, 2005, s. 10). 
 
“Mətbuat”  (dövri mətbu nəşrlər), “teleradio və 
kinoxronika proqramları”, “kütləvi informasiya”  və 
“kütləvi informasiya vasitələri” anlayışları da bu kursda 
tez-tez istifadə olunan terminlərdir. Bu terminlər məzmununa 
görə “jurnalistika” anlayışına yaxın olsalar da, jurnalistikanın 
ayrı-ayrı sahələrini ifadə edirlər. Azərbaycan Respublikasının 
“Kütləvi informasiya vasitələri haqqında” Qanununun 3-cü 
maddəsində
 
dövri mətbu nəşrlər anlayışı – çap prosesinin və 
ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, 
birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi 
olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap 
olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər; 
teleradio və kinoxronika proqramları anlayışı – daimi adı 
olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual 
xəbər və materialların (verilişlərin) məcmusu;  kütləvi 
informasiya vasitələri anlayışı – dövri mətbu nəşrlər, 
teleradio proqramları, informasiya agentlikləri, internet
kinoxronika proqramları  və digər yayım formaları kimi; 
kütləvi informasiya anlayışı isə, axtarılması, əldə olunması, 
hazırlanması, ötürülməsi, istehsalı  və yayımı Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə  məhdudlaşdırılmayan, 
ümumi istifadə üçün nəzərdə tutulmuş  mətbu, audio, 
audiovizual xəbər və digər məlumatlar mənasını ifadə edirlər. 


17 
 
Kurs boyu, xüsusilə  də praktik məşğələlərdə bu 
terminlər sinonimlər kimi istifadə edə bilər. Yalnız 
jurnalistika sistemində gedən proseslərin, məsələn, mətbuatın 
və televiziyanın fəaliyyət metodları arasındakı  fərqlərin 
hansısa məna çalarlarının xüsusi vurğulanması  tələb 
olunduğu hallarda, bu terminlər konkret ifadələr kimi 
işlədilir.  
 “Jurnalistika 
və müasir dövrün qlobal problemləri” 
kursunda istifadə olunan əsas terminlərdən biri də 
“publisistika”  anlayışıdır. Xüsusilə  də qlobal demoqrafiya
ekologiya, miqrasiya, narkomaniya və s. problemlər 
öyrənilərkən bu termindən daha çox istifadə edilir. Bu 
terminin məzmunu ilə bağlı  hələ  qədim dövrlərdən bəri 
(Yunanıstan,  İtaliya,  İngiltərə) saysız-hesabsız diskussiya və 
polemikalar  aparılsa və  hamı  tərəfindən qəbul olunan 
mənası  əldə olunmasa da, bəzi xarakterik cizgiləri barədə 
ümumi diskursorlara gəlib çıxmaq mümkün olmuşdur. 
Müasir dövrün öncül media tədqiqatçısı, Bakı Dövlət 
Universitetinin professoru C.Məmmədlinin elmi 
ümumiləşdirmələrinə görə, publisistika jurnalistikanın xüsusi 
sahəsidir; publisistika intellektual yaradıcılığın sahəsidir; 
jurnalistika publisistikanı özündə  əks etdirir; publisistika da 
ədəbiyyat kimi yaradıcılığın məhsuludur, eyni ədəbi 
materialdan – sözdən yoğrulur; publisistika sözü birbaşa 
deyir, dəqiq ünvana ötürür, real həyat faktlarına söykənir; 
publisistika  şüura, ağıla yönəldilir; publisistika daha çox 
ictimai məzmun kəsb edir (C.Məmmədli. Jurnalistikanın 
müasir inkişaf meylləri. Bakı, 2006, səh. 260-263).  
 Publisistikaya 
münasibətdə yuxarıdakı iki mövqeni 
müqayisə edərək yəqin etmək olur ki, publisistika insanların 
ağlına,  əhval-ruhiyyəsinə  və davranışına ciddi təsir 
vasitəsidir; təsir açıq və ictimaiyyətin gözü qarşısında həyata 
keçirilir; təsir mənbəyi məhz ictimaiyyətin diqqətini cəlb 
etmək istədiyi müzakirə obyektinə münasibətdə aydın şəkildə 


18 
 
ifadə olunmuş mövqe tutur. Publisistik fəaliyyət üçün təkcə 
mətbuat istifadə olunmur. Natiqin çıxışı, sənədli film
təşviqat plakatı, hətta səhnələşdirilmiş tamaşalar da açıq 
ideoloji akt ola bilər. Belə hallarda publisistika 
jurnalistikadan daha “geniş” məna kəsb edir. Eyni zamanda, 
müasir dövrdə publisistikanın mövcudluğunu mətbuatın 
unikal imkanlarından kənarda təsəvvür etmək mümkün 
deyildir. Deməli, hazırda jurnalistika publisisitikaya nisbətən 
“geniş” məna kəsb edir. Ona görə də “Jurnalistika və müasir 
dövrün qlobal problemləri” kursunu öyrənərkən publisistika 
termininin jurnalistikanın sinonimi kimi işlənib-işlənməməsi 
düzgün qiymətləndirilməlidir. 
 Kursda 
ən çox istifadə olunan termin “qlobal 
problem(lər)” 
anlayışıdır. Bu termin iki sözün 
birləşməsindən  əmələ  gəlir.  “Qlobal”  (fransızca  global  - 
ümumi; latınca  globus – şar) Yer kürəsinin bütün ərazisinə 
aid olan, bütün Yer kürəsini  əhatə    edən, ümumdünya; 
“problem”  (yunanca  problema – məsələ, tapşırıq, vəzifə) 
həllini, tədqiqini tələb edən nəzəri və ya praktik məsələ. 
“Qlobal problem(lər)”  anlayışı  ümumbəşəri xarakter 
daşıyan, bütövlükdə  bəşəriyyətin və ayrı-ayrılıqda Yer 
kürəsinin istənilən nöqtəsində yaşayan hər bir insanın 
maraqlarını əhatə edən problem(lər)i ifadə edir.  
 
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursunda istifadə olunan digər  əsas terminlərin izahı bu 
vəsaitin VII bölməsində,  geosiyasət, geoiqtisadiyyat, 
planetar iqtisadi inteqrasiya, demoqrafiya, ekologiya, 
psixoekologiya, qlobal terrorizm, korrupsiya, miqrasiya, 
narkomaniya  və s. qlobal problemlərlə  əlaqəsi olan bəzi 
anlayışların izahı isə müvafiq olaraq qlobal problemlərin hər 
bir növü üzrə  tələbələrə  təqdim olunan elektron  mühazirə 
mətnlərində və bu vəsaitin sonunda çap olunmuş “Termin və 
anlayışların izahlı lüğəti”ndə verilir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə