Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   2   3   4   5   6   7   8   9   ...   26

13 
 
 
aldıqları 
nəzəri bilikləri gələcək praktik 
fəaliyyətlərində (KİV-lərin konkret çıxışlarının təhlil 
edilməsi,  əldə olunan nəticələrin praktikada istifadə 
olunması, bu və ya digər kütləvi informasiya 
vasitəsinin tematik planının işlənib hazırlanması, öz 
materiallarının çapa və ya nümayişə hazırlanması  və 
s.) tətbiq etmək bacarıqlarını  
nümayiş etdirməlidirlər. 
1.7.  KURSUN MƏZMUNU 
 
Kurs özündə müasir dövrün qlobal problemlərini 
əsasən  əhatə edən on iki mövzunu birləşdirir.
 
Bu mövzular 
müasir dövrün qlobal problemlərinin təsnifatına və  səbəb-
nəticə bağlılığına uyğun olaraq, üç şərti bölmədə  tələbələrə 
təqdim olunur. Mühazirələr qlobal problemlərin praktik 
məşğələlərdə  ətraflı müzakirə olunması üçün beynəlxalq və 
milli nəzəri-empirik materiallar  daxil edilməklə 
hazırlanmışdır.  
Birinci bölmə -“Siyasi və iqtisadi sahədə dövlətlərin 
qarşılıqlı  fəaliyyət problemləri” – “Kütləvi informasiya 
vasitələri və müasir dövrün qlobal problemləri: ümumi nəzər” 
mövzusu da daxil olmaqla, qlobal problemlərin yaranması və 
güclənməsi prosesinin, geosiyasi problemlərin, dünya nüvə 
müharibəsi təhlükəsinin qarşısının alınması, bütün ölkələrin 
və xalqların sosial tərəqqisi üçün münbit şəraitin yaradılması, 
inkişaf etməkdə olan ölkələrin texnoloji və iqtisadi geriliyinin 
aradan qaldırılması  və yeni beynəlxalq dünya nizamının 
yaradılması məsələlərinin təhlilinə həsr olunmuşdur. 
İkinci bölmə - “Cəmiyyət və təbiət arasında qarşılıqlı 
fəaliyyət problemləri” - ətraf mühitin ifrat çirkləndirilməsinin 
qarşısının alınması, bəşəriyyətin lazımi təbii resurslarla 
(xammal, enerji, ərzaq) təmin olunması, dünya okeanlarından 
və kosmosdan dinc məqsədlər üçün istifadə  və s. 


14 
 
problemlərin öyrənilməsi və kütləvi informasiya vasitələrində 
işıqlandırılması məsələlərinə yönəldilmişdir. 
Üçüncü bölmə - “İnsanlar və  cəmiyyət arasında 
qarşılıqlı  əlaqə problemləri” - əhali artımı  və miqrasiya 
problemləri, insanların sağlamlığının qorunması  və 
möhkəmləndirilməsi, təhsil və  mədəni inkişaf problemləri, 
beynəlxalq təşkilatların qlobal problemlərin həllində  iştirakı 
və bir sıra digər məsələlər araşdırılır. 
Bütün mühazirələrdə  zamanın çağırışına adekvat 
cavabların tapılmasında kütləvi informasiya vasitələrinin 
yeri və rolu  qırmızı  xətt kimi keçir. Mühazirələrdə 
bəşəriyyətin inkişafında böhran təzahürlərinin gücləndiyi və 
Azərbaycan gerçəkliyində geniş  dəyişikliklərin baş verdiyi  
bir  şəraitdə jurnalistikanın qarşısında duran əsas vəzifələrin 
müəyyənləşdirilməsinə  cəhd göstərilir. Bu vəzifələrin yerinə 
yetirilməsi üçün vacib olan əsas istiqamətlərin səciyyəvi 
xüsusiyyətləri verilir. Mühazirələrdə qlobal problemlərin 
həlli sahəsində irəli sürülən nəzəri müddəa və baxışlar KİV-
in iştirakına aid praktik materiallarla əsaslandırılır. Müasir 
dövrün qlobal problemlərinin kütləvi informasiya 
vasitələrində obyektiv işıqlandırılmasına və onların həllində 
KİV-in əməli iştirakına imkan yaradan şərt və amillərin yeni 
mövqedən nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilir. 
Eyni zamanda, qlobal problemlərin həllinin beynəlxalq 
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında prioritet 
bir məsələ olduğu obyektiv və real statistik qaynaqlarla 
əsaslsndırılır. 
 
1.8.  KURSUN TERMİNOLOJİ 
APARATI 
 
 
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursu jurnalistika fakültəsinin tədris planında öz əksinsi 
tapmış digər ixtisas fənnlərindən müəyyən fərqli cəhətlərə 


15 
 
malikdir. Bu kurs tələbələrin ötən üç il yarım müddət ərzində 
seçdikləri ixtisas üzrə digər fənnlərdən aldıqları  nəzəri 
bilikləri bir qədər də  zənginləşdirən və onları  KİV-lərdə 
praktik işə hazırlayan  kurslardan biridir. Tələbələrin tədris 
poqramına uyğun olaraq  əvvəllər başqa kurslardan 
mənimsədikləri termin və anlayışlar təhsilin yekun 
mərhələsində bir qədər də cilalanır və konkretləşir. Jurnalist 
peşəsinin baza kateqoriyaları (jurnalist, jurnalist yaradıcılığı, 
jurnalist peşəkarlığı, KİV-in rolu və funksiyaları, KİV-ın 
fəaliyyətinin səmərəliliyini və  təsirliliyini təmin edən 
faktorlar, söz və özünüifadə azadlığı, kütləvi auditoriya, 
kütləvi informasiya və s.), KİV-in fəaliyyətinin təşkili, 
hüquqi və etik normaları, jurnalist işinin metodikası, jurnalist 
mədəniyyəti, materialların hazırlanmasına olan tələblər və s. 
ilə  artıq tanış olmuş tələbələr  bəşəriyyəti ciddi narahat edən 
qlobal problemlərin adekvat işıqlandırılması, yaranma 
səbəblərinin, həlli yollarının müəyyən edilməsi və  ən  əsası 
isə, ictimai nəzarətin təşkili yolu ilə onların həllinə nail 
olmaq vərdişlərinə yiyələnirlər. Yuxarıda sadalanmış  və s. 
ixtisas fənnlərin hamısının, o cümlədən, “Jurnalistika və 
müasir dövrün qlobal problemləri” kursunun da əsaslandığı 
və istifadə etdiyi termin və obyektlərdən biri jurnalistikadır. 
Jurnalistika nəzəriyyəçiləri bu terminin xarakterik cizgiləri ilə 
fərqlənən müəyyən izahlarını verirlər.  
 Sankt-Peterburq 
Dövlət Universitetinin professoru 
V.Voroşilovun fikrincə, 
jurnalistika 
bütövlükdə 
cəmiyyətin  sosial sisteminin  bir hissəsi, eyni zamanda, 
fəaliyyətləri (dövri mətbuatın, radio və televiziya 
proqramlarının hazırlanması  və kütləvi auditoriyaya 
çatdırılması) jurnalistikanın infrastrukturu (texniki, 
informasiya, təşkilati-idarə, tədris müəssisələri və elmi 
mərkəzlər) ilə  təmin olunan qəzet və jurnal, kitab 
nəşriyyatları, teleradio şirkətləri redaksiyalarının daxil olduğu 
xüsusi sosial institutudur (Журналистика. Учебник. –СПб.: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə