Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Mövzu 3. Jurnalistika və müasir qlobal iqtisadi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

31 
 
Mövzu 3. Jurnalistika və müasir qlobal iqtisadi 
problemlər, planetar iqtisadi inteqrasiya məsələləri 
 
İqtisadi gerilik və planetar iqtisadi inteqrasiya məsə-
lələri müasir dövrün qlobal problemi və KİV-in əsas mövzu-
larından biri kimi. Müasir dünyada iqtisadi proseslərin bütün 
ictimai proseslərə, o cümlədən geosiyasi vəziyyətə güclü 
təsiri. İqtisadi münaqişələr və geoiqtisadiyyat anlayışı. 
İnkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qal-
dırılması qlobal problemlərdən biri kimi. İnkişaf etməkdə 
olan ölkələrin yeni inkişaf yoluna qədəm qoymaları  və bu 
inkişafın  əsas istiqamətləri. Həmin ölkələrin təkcə iqtisadi 
sahədə deyil, həmçinin sosial, siyasi, mədəni və s. baxımdan 
geriliyi. Bu ölkələrdə xırda əmtəə istehsalı formalarının geniş 
yayılması. 
Dünya iqtisadiyyatında və onun KİV-də  işıqlan-
dırılmasında yaranan yeni tendensiyalar: iqtisadi fəaliyyətin 
qloballaşması  məsələlərinin KİV-də  işıqlandırılması; KİV 
tərəfindən dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi fəa-
liyyətin liberallaşmasının dəstəklənməsi; dünya iqtisa-
diyyatının regionlaşması  və qloballaşması ideyalarının KİV-
də 
işıqlandırılması; KİV-in dünya iqtisadiyyatının 
informatizasiyasında birbaşa iştirakı. 
 
KİV-də inkişaf etməkdə olan ölkələrin geriliyinin 
aradan qaldırılması probleminin mahiyyətinin dərindən açıl-
ması  zərurəti. Bu problemlərin mətbuatda işıqlandırılması 
sahəsində çatışmazlıqlar.  İqtisadi transformasiyalar zamanı 
yaranan problemlərin işıqlandırılmasının səciyyəvi xüsu-
siyyətləri: inflyasiyanın proqnozlaşdırılması; istehsalın kəs-
kin  şəkildə  aşağı düşməsi, pul ödəmələrindəki böhranlar və 
iqtisadiyyatın kriminallaşması  səbəblərinin araşdırılması; 
özəlləşdirmənin səmərəliliyi, bazar davranışı  və bazar 
institutlarının spontan inkişafı haqqında hipotezlərin qeyri-
adekvatlığı və s. 


32 
 
Qlobal iqtisadi problemlərin həlli yollarının tapılması 
və planetar iqtisadi inteqrasiya sahəsində  KİV qarşısında 
duran  əsas vəzifələr. Yeni paradiqmanın tapılması.  İqtisadi 
problemlərin həllində sinergetika metodunun təbliği. Bu 
mövzuda təbliğatçılıq işinin forma və metodları. Mətbuatdakı 
çıxışların tematik və janr xüsusiyyətləri. 
 
Mövzu 4. Jurnalistika və qlobal ekoloji problemlər 
 
Ekologiya problemi anlayışı. Ekoloji problemlər 
insanların praktik fəaliyyətinin nəticəsi kimi. Ekoloji 
problemlərin qlobal xarakter alması. Qlobal iqlim istiləşməsi, 
stratosferdə ozon qatının dağılması, su ilə bağlı ekoloji 
problemlər, enerji istehsalının ekoloji nəticələri, turş 
yağıntılar, orqanizmlərin bioloji (genetik) müxtəlifliyinin 
azalması başlıca ekoloji problemlər kimi. Atmosferin, bio-
sferin, hidrosferin çirklənməsinin ağır nəticələri. Bunların 
aradan qaldırılması yolları. İnsan fəaliyyətinin mühüm prob-
lemlərindən biri olan maddi-texniki, kimyəvi radiasiyalı  və 
psixoloji parametrlərlə  fərqlənən yeni ətraf mühitin for-
malaşması. Nadir, sıradan çıxmış, yaxud çıxmaqda olan hey-
vanlar və bitkilər aləmi nümunələrinin “Qırmızı kitab”da 
qeydə alınması. 
 
İnsan fəaliyyəti nəticəsində meydana gələn bioloji 
gərginliyin ümumi xüsusiyyətləriniin  getdikcə qlobal xarak-
ter alması. Cəmiyyətlə  təbiətin qarşılıqlı münasibətlərinin 
yeni mərhələyə qədəm qoyması. 
 Torpağın eroziyası, korlanması, texniki yükünün 
artması nəticəsində məhsuldarlığın aşağı düşməsi. 
 
Dünyada ekoloji vəziyyəti sağlamlaşdırmaq üçün 
təbiətin qorunması üzrə beynəlxalq texnoloji mexanizm 
yaratmaq zərurəti.  Ətraf mühitin çirklənməsinə imkan 
verməyən texnologiyalar yaratmağın vacibliyi. Tədiətin qo-
runması ilə  məşğul olan birliklərin, partiyaların yaradılması. 


33 
 
“Yaşıllar hərakatı”. Dünyada ekoloji təmizliyin tənzim olun-
masında beynəlxalq qeyri-hökümət təşkilatlarının rolu. 
Müstəqil Azərbaycan Respublikasının ekoloji vəziy-
yəti. Ekoloji mühiti sağlamlaşdırmaq üçün görülən tədbirlər. 
Ölkənin ali qanunvericilik orqanının bu sahədə  qəbul etdiyi 
qanunlar, onların yerinə yetirilməsinin gedişi. Bu istiqamətdə 
həlli tələb olunan ciddi problemlər. 
Ekoloji jurnalistika anlayışı. Ekoloji jurnalistikanın 
yaradıcılıq sahəsi kimi formalaşması və inkişafı: retrospektiv 
nəzər. Ekoloji qəzet və televiziya jurnalistikasının ümumi və 
fərqli cəhətləri. Ekoloji jurnalistikanın  əsas vəzifələri və 
mövzu istiqamətləri. 
Ekoloji problemlərin həlli uğrunda mübarizədə  KİV-
in rolu. Dövri nəşrlərdə, radio, televiziya verilişlərində eko-
loji mövzuda çıxışların formaları, janr və  sənətkarlıq xüsu-
siyyətləri. 
Ekoloq-jurnalistlər üçün irəli sürülən ümumi 
yaradıcılıq tələbləri: jurnalist-ekoloq sənətkarliği; universal 
jurnalist müşahidəsi metodu; sənədlərlə  iş; janr müxtəlifliyi; 
jurnalist tədqiqatı metodu; ekoloji təhlil, ekoloji monitorinq; 
jurnalistin informasiya təminatı. 
Ekoloji mövzuda yazan jurnalistlərin istifadə etdikləri 
təbliğatçılıq işi formaları. 
 
Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi 
 
Dünya  əhalisinin  ərzaqla, xammalla təmin olunması 
qlobal problem və  KİV-in  əsas mövzularindan biri kimi. 
Qlobal  ərzaq probleminin əhali problemi ilə  sıx  əlaqəli 
şəkildə öyrənilməsi. Bu problemin həlli sahəsidə BMT, 
Ümumdünya  Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatı, 
 
Ümum-
dünya Ərzaq Proqramı, Beynəlxalq Bioloji Proqram Təşkilatı 
və s. beynəlxalq təşkilatların fəaliyyəti.  Ərzaq probleminin 
mahiyyətinin açılması,  əhalinin  ərzaqla təminatının onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə