Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

27 
 
59. Antinarkotik təbliğatçılıq işində jurnalist ictimaiyyətinin 
vəzifələri 
60. Jurnalistin geosiyasi dünyagörüşü 
61. Dünya informasiya cəmiyyətində  KİV: müharibə  və 
terrorizm problemi 
62. Narkomaniya probleminin həlli istiqamətində təbliğatçılıq 
işinin forma və metodları 
63. Azərbaycan ekoloji jurnalistikasının formalaşması  və 
müasir vəziyyəti 
64. Roma klubu üçün hazırlanan məruzələr KİV-in mövzu 
istiqamətləri kimi 
65. Qəzet və televiziya antinarkotik təbliğatının fərqli 
xüsusiyyətləri 
66. Müasir ekoloji jurnalistikanın ümumi vəzifələri 
67. Qlobal problemlərin KİV tərəfindən təbliğat forma və 
metodları 
68. Qanunsuz miqrasiyanın təhlükələrinin KİV-də 
işıqlandırılması 
69. Antinarkotik təbliğat: hüquqi, etik və  əxlaqi-mənəvi 
normalar 
70. İnternet  şəbəkəsi narkomaniya və narkobiznes vasitəsi 
kimi 
 
 
 
 
 
 
 
 
 
 
 


28 
 
III. 
 “JURNALİSTİKA VƏ MÜASİR 
DÖVRÜN QLOBAL PROBLEMLƏRİ” 
KURSUNUN PROQRAMI  
 
(bakalavr pilləsi üçün) 
 
Mövzu 1. Müasir dövrün qlobal problemləri və 
onların həlli sahəsində KİV-in vəzifələri: ümumi nəzər
 
 
Problemin qlobal xarakter almasının sosial-iqtisadi və 
elmi-texniki səbəbləri. Cəmiyyətin real proseslərinin inkişaf 
təcrübəsinin, onun ətraf aləmlə, təbiətlə münasibətlərinin 
təkcə  məhsuldar qüvvələrin texnoloji və  təşkilati 
münasibətləri ilə deyil, həmçinin sosial-iqtisadi münasibətləri 
ilə müəyyənləşdirilməsi. Qlobal problemlərin təsnifatı: 
iqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı  fəaliyyət 
problemləri; cəmiyyət və  təbiət arasında qarşılıqlı  fəaliyyət 
problemi; insanlar və  cəmiyyət arasında qarşılıqlı  əlaqə 
problemi. Sosial təbii proseslər və qlobal problemlər arasında 
ümumi və fərqli cəhətlər. 
Qlobal problemlərin kəskinləşməsi səbəblərinin 
öyrənilməsinin zəruriliyi. Qlobalistika qlobal problemləri 
öyrənən sahə kimi. Qlobalistikanın  əsas istiqamətləri və 
təşəkkül tapmasının əsas mərhələləri. Roma klubunun yaran-
ması, məqsədləri və  əsas ideyaları. Roma klubu üçün hazır-
lanan məruzələr. Qlobal problemlərin aradan qaldırılması 
imkanları  və yolları. Qlobal problemlərin kəskinləşməsinin 
dünya inkişafına təsiri. 
Kütləvi informasiya vasitələrində qlobal problemlərin 
mahiyyətinin açılmasında, izahında, mənimsənilməsində 
jurnalistlərin istifadə etdikləri təbliğatçılıq işinin forma və 
metodları. Bu mövzuda çıxışların tematik və janr 
rəngarəngliyi, sənatkarlıq xüsusiyyətləri. 


29 
 
 
Mövzu 2. Jurnalistika və qlobal geosiyasi 
problemlər. Yeni müharibələrin qarşısının alinması və 
sülh problemi 
 
Müasir intersosial və siyasi problemlər, dövlətlərarası 
münasibətlər və
 
bəşəriyyətin demilitarizasiyası müasir dövrün 
mərkəzi qlobal problemi və  KİV-in  əsas mövzularından biri 
kimi. Geosiyasət anlayışı və onun növləri. 
Müharibənin dövlət siyasətinin zorakılıq vasitəsilə 
davamı olması. Müharibə qanunlarının müharibənin gedşinə, 
müqəddəratına təsiri. Müharibənin müqəddəratının vuruşan 
dövlətlərin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən, 
iqtisadi potensialından, elmi-texniki inkişaf səviyyəsindən, 
sosial-siyasi quruluşundan, ideologiyasından, xalqın mənəvi 
səviyyəsindən, döyüş qüdrətindən və s. asılılığı. 
Dünya tarixində müharibələrin bəşəriyyətə  gətirdiyi 
fəlakətlər. Siyasi məzmunundan asılı olaraq, müharibələrin 
xarakteri:  ədalətli,  ədalətsiz, dünya və regional müharibələr. 
Dünyanın təhlükəsizliyi sisteminin yaradılması  zərurəti. 
Müharibələrin baş vermə  səbəblərinin aradan qaldırılması. 
Müharibə  qızışdırıcılarının təcavüzkar və  qəsbkarlıq siya-
sətlərinin ifşası. Müharibəyə qarşı  və sülh uğrunda müba-
rizədə BMT və digər benəlxalq təşkilatların rolu. 
Müharibə  əleyhinə mübarizədə siyasi partiyaların 
iştirakı. Sülh siyasətinin mahiyyəti. Xarici siyasətin qeyri-
zorakı yolla həyata keçirilməsi. Sülh uğrunda kütləvi 
hərəkatın genişləndirilməsi. 
Sülh, tərk-silah və yeni dünya müharibəsinin qarşısı-
nın alınmasının müasir dövrdə bir nömrəli qlobal problemə 
çevrilməsi. 
Sülhün qorunub saxlanılması  uğrunda mübarizədə 
sülh tərəfdarlarının rolu. Ümumdünya Sülh Şurasının məqsəd 
və vəzifələri. 


30 
 
Sülhsevər qüvvələrin beynəlxalq münasibətlərdə dinc 
əməkdaşlıq və tərk-silah uğrunda mübarizəsinin əhəmiyyəti. 
Müharibə  və sülh probleminin KİV-də qoyuluşu, 
məqsədi, mahiyyəti, hərəkətverici qüvvələri. Problemin 
işıqlandırılmasının forma və metodları. “Soyuq müharibə” 
dövrünün sonu, beynəlxalq miqyasda yeni dövrün başlan-
ması, sülh işinə qorxu törədən regional münaqişələrin mey-
dana gəlməsi səbəbləri və onların aradan qaldırılması yolları-
nın müəyyənləşdirilməsində  KİV-in rolu. Geosiysətdə baş 
verən keyfiyyət transformasiyalarının, demoqrafik aspekt-
lərin, mədəniyyət-sivilizasiya və konfessional amillərin, in-
formasiya, kosmik və digər yeni texnologiyaların inkişafının 
və yayılmasının, iqtisadi proseslərin geosiyasi vəziyyətə təsi-
rinin, yerli maraqların KİV tərəfindən nəzərə alınması  və 
təhlili. 
 Postsovet 
məkanında meydana gəlmiş  və müstəqil 
inkişaf yoluna qədəm qoymuş ölkələrdə geosiyasi vəziyyət. 
Müstəqilliyin  əldə olunması ilə Azərbaycanın geosyasi qa-
zancları və itkiləri. Milli zəmində münaqişələr törədilməsində 
ekstremist, qatı millətçi qüvvələrin məqsədlərinin ifşasında 
KİV-in iştirakı  zərurəti. Azərbaycana qarşı Ermənistanın 
apardığı işğalçılıq siyasətinin ifşasında KİV-in rolunun daha 
da artması. Erməni terrorçu təşkilatlarının beynəlxalq 
terrorizmin tərkib hissəsi olduğunun dünya ictimaiyyətinə 
çatdırılmasında KİV-in iştirakının getdikcə daha da 
artırılması  zərurəti. Bu konteksdə Azərbaycan KİV-inin 
qarşısında duran əsas vəzifələr. 
 Geosiyasi 
problemlərin işıqlandırılmasının forma və 
metodları. Janr müxtəlifliyindən daha səmərəli istifadə 
edilməsinin vacibliyi. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə