Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
67 
 
   
Şəkil 32. Çıxıntıdan istifadəyə nümunə 
            
Bəzən  abzas  məsafəsini  azaltmaq  lazım  gəlir.  Bunun 
üçün Decrease Indent (Уменьшить отступ - Cıxıntını azalt) 
düyməsindən  istifadə  etmək  olar.  Düyməni  təkrar-təkrar 
sıxmaqla  lazım  olan  qədər  abzas  məsafəsini  azalmaq 
mümkündür. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
68 
ABZASLARIN FORMATLAŞDIRILMASININ 
ƏLAVƏ OLARAQ SAZLANMASI  
 
Abzasların  daha  dəqiq  formatlaşdırılması  üçün 
Paragraph  (Абзац-Аbzas)  qupuna  daxil  olan  Paragraph 
(Абзац-Аbzas)  düyməsindən  istifadə  edilir.  Düymə 
Paragraph  (Абзац-Аbzas)  qupunun  yuxarı/sağ  tərəfində 
yerləşir. Abzasların belə sazlanması adətən az istifadə edilir, 
çünki  lent  üzərində  yerləşən  formatlaşdırma  alətləri 
abzasların sazlanması üçün kifayət qədərdir.  
Bəzən  istifadəçi  hazırladığı  mətni  ciddi  qanunlar 
əsasında  formatlaşdırmalı  olur.  Bunun  üçün  ekrana  açılmış 
Paragraph  (Абзац-Аbzas)  dialoq  pəncərəsindən  istifadə 
məsləhətdir (şəkil 33.).     
Paragraph  (Абзац-Аbzas)  dialoq  pəncərəsi  iki 
səhifədən  ibarətdir.  Mətnin  düzləndirilməsi  üçün,  həmçinin 
çıxıntıların  və  intervalların  genişlındırımış  şəkildə  sazlanması 
üçün Indents and Spacing (Отступы и интервалы-Çıxıntı və 
interval) səhifəsindən istifadə etmək olar. 
Dialoq  pəncərəsindəki  General  (Общие-Ümumi) 
qrupuna  daxil  olan  əmrlər  abzasda  sətirin  tənləşdirilməsini 
seçməyə imkan verir. Prinsipcə, istifadəçi bu əməliyyatı lent 
üzərindəki  düymələrdən  istifadə  etməklə  də  yerinə  yetirə 
bilər. Bu baxımdan da istifadəçinin Paragraph (Абзац-Аbzas) 
dialoq pəncərəsindən istifadə edərək parametri sazlamasına 
eytiyac yoxdur. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
69 
 
 
Şəkil 33. Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsi, Line 
and Paragraph Spacing (Интервал-Çıxıntı və İnterval) 
səhifəsi  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
70 
Indentation  (Отступ-Çıxıntı)  qrupundakı  əmrlərdən 
istifadə  etməklə  abzasın  yelənlərə  nisbətən çıxıntısı  sazlanır 
(bura  abzasın  birinci  sətirinin  çıxıntısını  da  əlavə  etmək 
lazımdır).  
Dialoq pəncərəsində aşağıdakı parametrlərdən istifadə 
edilir: 
1.Left  (Слева-Soldan)  qutusundan  istifadə  etməklə 
abzasın soldan olan çıxıntısı müəyyən edilir. 
2.Right 
(Справа-Sağdan) 
qutusundan 
istifadə 
etməklə abzasın sağdan olan çıxıntısı müəyyən edilir. 
3.First  Line  (Отступ-Çıxıntı)  qrupuna  daxil  olan 
Special  (Первая  строка-Birinci  sətir)  qutusu  abzasın  birinci 
sətirinin  çıxıntısını  müəyyən  etməyə  imkan  verir.  Abzasın 
birinci  sətirinin  sağa  doğru  nə  qədər  sürüşəcəyi  By  (На-
Qədər)  qutusuna  daxil  edilmiş  ölçü  ilə  müəyyən  edilir. 
Abzasın digər sətirləri olduğu kimi öz yerlərində qalırlar. Belə 
şəkildə  abzasın  birinci  sətirinin  yerinin  sürüşdürülməsi 
əsasən  bədii  ədədbiyyatlarda  daha  çox  istifadə  edilir  (bunu 
bədii  ədəbiyyatlarda  “qırmızı  sətir”  adlandırırlar).  Sətirin 
sürüşdürülməsi  abzasl  digərlərindən  fərqləndirməyə  (hətta 
onlar  arasında  standart  interval  olarsa  belə)  imkan  verir. 
Hanging  (Выступ-Çıxıntı)  parametri  əsasən  işgüzar 
sənədlərin  tərtibində  istifadə  edilir  (məsələn,  müqavilələrin 
bağlanmasında,  kontraktların  tərtib  edilməsində  və  s.). 
Hanging  (Выступ-Çıxıntı)  tipində  abzasın  birinci  sətiri  yerini 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
71 
dəyişmir, amma digərləri əksinə, sağa doğru, By (На-Qədər) 
qutusunda göstərilən qiymət qədər yerini dəyişirlər. 
Spacing  (Интервал-İnterval)  qrupundakı  parametrlər 
abzasarası  intervalın,  həmçinin  abzasa  daxil  olan  sətirlərin 
arasındakı məsafəni müəyyənləşdirməyə imkan verir.  
1.Before  (Перед-Öndə)  qutusuna  daxil  edilmiş 
parametr (qiymət nəzərdə tutulur) cari abzasın birinci sətiri 
ilə əvvəlki abzsın sonuncu sətiri arasındakı intervalı müəyyən 
etməyə imkan verir. 
2.After  (После-Sonrakı)  qutusuna  daxil  edilmiş 
parametr  (qiymət  nəzərdə  tutulur)  cari  abzasın  sonuncu 
sətiri  ilə  növbəti  abzasın  birinci  sətiri  arasındakı  məsafəni 
müəyyən etməyə imkan verir (interval punktlarla verilir). 
3.Line Spacing (Междустрочный-Sətirarası) qutusuna 
daxil  edilmiş  qiymət  cari  abzasda  sətirlərarsı  intervalın 
sazlanmasına  yardımçıdır.  Qiymət  qutunun  sağ  tərəfində 
yerləşən  qutuya  daxil  olunur.  Məsələn,  əgər  istifadəçi 
Exactly  (Точно-Dəqiq)  tipini  seçmişsə,  sətirlərarası  interval 
punktlarla  ölçüləcək.  Və  yaxud,  istifadəçi  Multiple 
(Множитель-Çoxaldıcı)  tipini  seçmişsə,  sətirlərarası  interval 
çoxalacaq (məsələn, 1,5 –biryarımlıq intervala bərabər). 
 
QEYD: Punkt – şriftin ölçüsünü müəyyən etmək üçün 
tipoqrafiyada  istifadə  edilir.  Məsələn,  Rusiya  tipoqrafiya 
sistemində  bir  punkt  0,3759  mm-ə  bərabırdir.  İndiki 
zamanda  istifadə  edilən  kompüter  texnikası  proqramlarında 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə