Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
43 
 
 
Şəkil 16. Şriftin ölçüsünün dəyişdirilməsi 
 
Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısında 
istifadəçinin  iş  prosesində  ən  çox  istifadə  etdiyi  şriftlər 
mövcuddur. Bəzi hallarda istifadəçi öz tələbinə uyğun şriftin 
ölçüsünü  əl  ilə  göstərə  bilər.  Məzələn,  Siz  hazırladığınız 
mətndə şriftin ölçüsünü 6 təyin etmək istəyirsinizsə, onda əl 
ilə  həmin  ölçünü  ölçü qutusuna  daxil  edə  bilərsiniz.  Ölçünü 
qutuya daxil etdikdən sonra [Enter] düyməsi sıxılmalıdır. 
Font 
Size 
(Размер 
шрифта-Şriftin 
ölçüsü) 
siyahısından  sağda  daha  iki  düymə  yerləşir.  Düymələrdən 
istifadə  etməklə  mətndəki  şriflərin  ölçüsünü  artırmaq 
 
(İncrease  Font  Size  (Увеличить  размер  шрифта-Şriftin 
ölçüsünü  artımalı)  və  azaltmaq
  (Decrease  Font  Size 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
44 
(Уменьшить  размер  шрифта-Şriftin  ölçüsünü  azaltmalı) 
mümkündür.  İstifadəçi  uyğun  düymələrdən  hər  hansı  birini 
bir dəfə sıxdıqda uyğun olaraq şriftin ölçüsü ya artır, ya da 
ki, azalır (şəkil 17.). 
 
 
 
Şəkil 17. Şriftin ölçüsünü dəyişmək üçün istifadə  olunan 
düymələr 
 
Font  (Шрифт-Yazı  tipi)  siyahısının  aşağı  hissəsində 
şriflərin formasını dəyişmək üçün yararlı olan düymələr dəsti 
yerləşir.  Bura  Bold  (Полужирный-Qalın),  İtalic  (Курсив-
Kursiv)  və  Underline  (Подчеркнутый-Altıxətli)  düymələri 
daxildir (şəkil 17.). 
Underline 
(Подчеркнутый-Altıxətli) 
düyməsi 
istifadəçiyə  mətndəki  simvolun  altından  müxtəlif  xarakterli 
xətlər çəkməyə imkan verir. Bunun üçün: 
1.Mətndən fraqment ayırın. 
2.Mausun  oxunu  Underline  (Подчеркнутый-Altıxətli) 
düyməsinin  sağ  tərəfindəki  aşağıya  istiqamətlənmiş  qara 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
45 
rəngli  üçbucağın  üzərinə  gətirin  və  sol  düyməni  sıxın. 
Masaüstünə kontekst menyu açılacaq (şəkil 18.). 
Underline 
(Подчеркнутый-Altıxətli) 
düymələri 
menyusunda  Underline  Color  (Цвет  подчеркивания-
Altıxətlinin  rəngi)  əmri  də  var.  Əmr  seçilən  kimi  ekrana 
rənglər  palitrası  açılır.  İstifadəçi  rənglər  palitrasından 
istənilən  rəngi  seçə  bilər.  Seçimə  uyğun  olaraq  sözün 
altından çəkilmiş xətt rənglənəcək (şəkil 18.). 
Home  (Главная-Əsas)  qoşmasında,  həmçinin  lentin 
digər  qoşmalarında  çoxlu  sayda  düymələr  (və  ya  düymələr 
dəsti)  vardır  ki,  onların  da  əksəriyyətinin  sağ  tərəfində 
aşağıya  istiqamətlənmiş  qara  rəngli  üçbucaq  yerləşir. 
Mausun oxunu həmin üçbucağın üzərinə gətirib sol düyməni 
sıxdıqda ekrana kontekst menyu açılır. 
Bəzən  istifadəçidən  hazırlanmış  mətndəki  fraqmentin 
üzərindən  qələm  çəkmək  (xətt  çəkmək  və  pozmaq)  tələb 
olunur.  Seçilmiş  fraqmentin  (və  ya  mətnn)  üzərindən  xətt 
çəkmək  üçün  Home  (Главная-Əsas)  qoşmasıdakı  Font 
(Шрифт-Yazı  tipi)  qrupuna  aid  olan  Strikethrough 
(Зачеркнутый-Üstüxətli) əmrindən istifadə etmək olar. Əmr 
abc simvolu ilə ekranda əks olunur (şəkil 19.). 
Üstüxətli əmrinin yerinə yetirilməsinə nümunə aşağıda 
göstərilən kimidir: 
Üstüxətli əmri 
Strikethrough  (Зачеркнутый-Üstüxətli)  əmrinin  sağ 
tərəfində  iki  düymə:  Superscript  (Подстрочный  знак-


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
46 
Sətiraltı)  və  Strikethrough  (Надстрочный  знак-Sətirüstü) 
düyməlri yerləşir (şəkil 19.). 
Düymələrdən  istifadə  etməklə  mətnin  müəyyən 
atributlarına “aşağı indeks” və “yuxarı indeks” mənimsətmək 
olar.  Aşağıda  hər  iki  düymənin  yerinə  yetirdiyi  funksiyaya 
nümunə göstərilir. 
1.Strikethrough 
(Надстрочный 
знак-Sətirüstü) 
əmrinə nümunə: 
E = mc
2
 
2.Superscript  (Подстрочный  знак-Sətiraltı)  əmrinə 
nümunə: 
H
2
SO
4
 
Qeyd  etmək  lazımdır  ki,  altindeks  əsasən  kimyəvi  və 
riyazı  düsturların  yazılmasında,  üstindeks  isə  riyazıyyatda 
üstlü funksiyaların yazılışında geniş istifadə edilir.  
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
47 
 
 
Şəkil 18. Underline (Подчеркнутый-Altıxətli) düyməsinə aid 
olan xəttlərin üslubu 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
48 
 
 
Şəkil 19. Home (Главная-Əsas) qoşması,  Font (Шрифт-
Yazı tipi) qrupu, Strikethrough (Зачеркнутый-Üstüxətli) əmri 
 
Mətn  redaktorunda  mətn  yığarkən  istifadəçi  susma 
prinsipinə  görə  əsasən  qara  rəngdən  istifadə  edir.  Buna 
səbəb qara rəngli şriftin işgüzar sənədlərin hazırlanmasında 
geniş  istifadə  olunmasıdır.  İstifadəçinin  nəzərinə  çatdırmaq 
lazımdır  ki,  Word  mətn  redaktoru  təkcə  işgüzar  sənədlərin 
hazırlanmasında  deyil,  digər  sənədlərində,  məsələn, 
açıqcaların, 
reklam 
vərəqlərinin 
və 
Veb-səhifələrin 
hazırlanmasında  istifadə  edilə  bilər.  Odur  ki,  istifadəçi 
hazırladığı  sənədin  xarakterindən  asılı  olaraq  şriftin  rəngini 
dəyişə bilər. 
Mətndə  seçilmiş  fraqment  üçün  şriftin  rəngini 
dəyişməkdən  ötrü  Font  (Шрифт-Yazı  tipi)  siyahısının 
aşağı/sağ  küncündə  yerləşən  Font  Color  (Цвет  текста-
Mətnin  rəngi)  düyməsindən  istifadə  etmək  mümkündür. 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə