Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
72 
bir punkt təxminən 1/72 düymə bərabər götürülür (təxminən 
0,3527 mm.). Beləliklə, ölçüsü 10 punkt olan şrift 3,527 mm 
hündürlüyə  malik  olacaq.  Buna  oxşar  olaraq  sətirlərarsı 
intervalda punktlarla ölçülür. 
  
Paragraph  (Абзац-Аbzas)  dialoq  pəncərəsinin  Line 
and  Page  Breaks  (Положение  на  странице-Səhifədə 
vəziyyət)  səhifəsində  formatlaşdırmanın  əlavə  parametrləri 
qurulur  (şəkil  34.).  Bu  parametrlər  əsasən  çoxsətirli 
sənədlərdə nəzərə alınmalıdır. 
İstifadəçi  parametrləri  sazlayarkən  əsas  diqqəti 
Pagination  (Разбивка  на  страницы-Səhifələr  üzrə 
paylanma)  sahəsinə  daxil  olan  bayraqcıqlara  yetirməlidir. 
Bayraqcıqlar ailəsinə aşağıdakılar aiddir: 
1.Window/Orphan  control  (Запрет  висячих  строк-
Asılan  sətirlərə  qadağa).  Asılan  sətir  başqa  səhifədə  və  ya 
başqa  kolonkada  yerləşmiş  abzasın  birinci  və  ya  axırıncı 
sətiri  (yəni  səhifənin  sonundakı  abzasın  birinci  sətiri,  və  ya 
növbəti  sətirə  keçmiş  abzsın  sətirlərinin  axırıncısı)  hesab 
edilir. Asılan sətirlərə münasibət əksər sənədlərdə neqativdir 
(mənfidir). Buna görədə proqramda Window/Orphan control 
(Запрет  висячих  строк-Asılan  sətirlərə  qadağa)  bayraqcığı 
susma  prinsipinə  görə  aktivdir  (qeyd  edilmişdir).  Abzasda 
asılan sətir əmələ gələn kimi həmin sətir növbəti səhifədəki 
abzasln  sətirlərinə  əlavə  edilir  (lazım  gəldikdə  bütün  abzas 
asılan sətir ilə birlikdə yeni səhifəyə köçürülür). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
73 
 
 
Şəkil 34. Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsi, Line 
and Page Breaks (Положение на странице-Səhifədə 
vəziyyət) səhifəsi  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
74 
2.Keep  with  next  (Не  отрывать  от  следующего-
Axırıncıdan  ayırmamalı).  Bu  opsiyadan  o  vaxt  istifadə  edilir 
ki,  növbəti  abzas  cari  abzasın  qurtardığı  səhifədən  başlayır 
(bu  halda  (Keep  with  next  (Не  отрывать  от  следующего-
Axırıncıdan ayırmamalı) bayraqcığı aktivləşdirilməlidir – qeyd 
edilməlidir).  Zəruriyyət  yaranarsa,  cari  abzas  növbəti  abzas 
ilə birlikdə yeni səhifəyə köçürüləcək (şəkil 34.). 
3.Keep  lines  logether  (Не  разрывать  абзац-Abzasa 
arakəsmə  verməməli).  Əgər  abzasın  bir  sətiri  belə  yeni 
səhifəyə  keçmirsə,  onda  abzası  cari  səhifədə  tam 
yerləşdirmək  lazımdır.  Əgər  abzas  ona  daxil  olan  bütün 
sətirlər ilə cari səhifəyə sığışmırsa, onda abzas yeni səhifəyə 
tam  keçəcəkdir.  Əgər  abzas  sətirləri  ilə  birlikdə  hətta  boş 
səhifəyə belə sığışmırsa, bu istisna olan haldır. 
4.Page  break  before  (С  новой  страницы-Yeni 
səhifədən  başlamalı).  Əgər  abzası  mütləq  yeni  səhifədən 
başlamaq  tələb  edilirsə  (hətta  abzas  əvvəlki  səhifəyə  tam 
sığışsa  da  belə),  onda  Page  break  before  (С  новой 
страницы-Yeni 
səhifədən 
başlamalı) 
bayraqcığını 
aktivləşdirmək lazımdır (şəkil 34.). 
Dialoq  pəncərəsinin  aşağı  hissəsində  Paragraph 
(Абзац-Abzas) 
sahəsi 
yerləşir. 
İstifadəçi 
dialoq 
pəncərəsindən 
istifadə 
etməklə 
yerinə 
yetirdiyi 
əməliyyatların nəticəsini bu sahədə görür. 
Paragraph  (Абзац-Abzas)  dialoq  pəncərəsində  yerinə 
yetirilmiş  bütün  əməliyyatlar  pəncərədəki  OK  düyməsini 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
75 
sıxdıqdan  sonra  qüvvəyə  minir.  OK  düyməsi  sıxılan  kimi 
dialoq pəncərəsi bağlanır. 
 
MARKERLƏNMİŞ VƏ NÖMRƏLƏNMİŞ 
SİYAHILAR 
 
Markerlənmiş  və  nömrələnmiş  siyahılar  yaratmaq 
üçün  lent  üzərində  yerləşən  Paragraph  (Абзац-Abzas) 
sahəsinə müraciət edilməlidir (şəkil 35.). 
 
 
 
Şəkil 35. Paragraph (Абзац-Abzas) sahəsi, markerlənmiş və 
nömrələnmiş siyahılar yaratmaq üçün yararlı olan düymələr 
 
Markerlənmiş siyahı – abzaslar toplumudur və hər bir 
abzasın  başlanğıcında  xüsusi  simvol  (marker)  yerləşir. 
Marker  kimi  istənilən  simvol:  nöqtə,  ulduz,  “qaloçka  –  quş 
qoyma  işarəsi”,  oxlar  və  digər  nişanlar  istifadə  edilə  bilər. 
Markerlənmiş  siyahı  müxtəlif  sənədlərdə,  həmçinin  texniki 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
76 
ədəbiyyatlarda  müəyyən  parametrləri  və  ya  funksiyaları 
sadalamaq üçün geniş istifadə edilir. 
Markerlənmiş  siyahı  yaratmaq  üçün  aşağıdakı 
əməliyyatlar ardıcıllığını yerinə yetirmək lazımdır. 
1.Paragraph  (Абзац-Abzas)  sahəsindəki  Bullets 
(Маркеры-Markerlər)  düyməsinin  sağ  tərəfində,  aşağıya 
istiqamətlənmiş  qara  rəngli  üçbucağın  üzərinə  mausun 
oxunu  gətirin  və  sol  düyməni  sıxın  (şəkil  35,  soldan  birinci 
düymə).  Ekrana  kontekst  menyu  açılacaq.  Kontekst 
menyuda markerin bir neçə növü verilmişdir (şəkil 36.). 
 
 
 
Şəkil 36. Kontekst menyu 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
77 
2.Kontekst  menyudan  uyğun  gələn  markeri  seçin 
(məsələn,  “quş  qoyma”).  Seçilmiş  simvol  sətirin 
başlanğıcında qeyd olunacaq. 
3.Siyahının  birinci  punktunun  mətnini  daxil  edin.  Mətn 
siyahısı bir neçə simvoldan və ya bir neçə sətirdən ibarət ola 
bilər.  Mətni  daxil  etdikdən  sonra  [Enter]  düyməsini  sıxın. 
Yeni abzas yaranacaq və onun başlanğıcında seçilmiş marker 
duracaq (bizim nümunədə “quş qoyma” markeri). 
4.Siyahının  ikinci  punktunun  mətnini  daxil  edin,  sonra 
[Enter] düyməsini sıxın. 
5.Eyni qayda ilə siyahının qalan punktlarını da yaradın 
(şəkil 37.). 
 
Tələbə  mühazirəyə  dinləməyə  gedərkən  aşağıdakı 
ləvazımatları özü ilə götürməyi məsləhətdir: 

 
52 səhifəli dəftər; 

 
Göq rəngli avtoqələm; 

 
Adi karandaş; 

 
Xətkeş; 

 
Hesablama maşını; 

 
Pozan.  
 
Şəkil 37. Markerlənmiş siyahıya nümunə  
 
6.Siyahının  axırıncı  punktunu  daxil  edəndən  sonra 
[Enter] düyməsini sıxın, sonra isə Clear Formatting (Удалить 
все  форматирование-Bütün  formatlamanı  ləğv  et) 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə