Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
78 
düyməsini  sıxın.  Bu  zaman  istifadəçiyə  lazım  olmayan 
markerlər silinəcək. 
İstifadəçi siyahının bütün punktları üçün markeri dəyişə 
bilər.  Bunun  üçün  mətn  kursorunu  siyahının  istənilən 
punktunun  yanına  gətirin  və  Bullets  (Маркеры-Markerlər) 
siyahısından yeni nişan seçin (şəkil 36.). Bullets (Маркеры-
Markerlər)  menyusunda  Define  New  Bullet  (Определить 
новый маркер-Yeni markeri müəyyən et) punktu vardır.  
İstifadəçi əmri seçən kimi masaüstünə dialoq pəncərəsi 
açılır (şəkil 38.). Dialoq pəncərəsindən şriftlər sisteminə daxil 
olan istənilən nişanı, həmçinin marker əvəzinə ya rastr və ya 
vektor təsviri seçmək olar.  
İstifadəçinin  nəzərinə  çatdırılır  ki,  Bullets  (Маркеры-
Markerlər)  düyməsinin  sıxılması  ilə  təklif  olunan  nişanlar 
kifayət  qədərdir.  Amma  iş  prosesində  əlavə  nişanlar  tələb 
olunarsa, onda şriftlər sisteminə müraciət etmək olar.  
Nömrələnmiş  siyahılar  markerlənmiş  siyahılardan 
fərqlənir,  yəni  siyahının  punktları  önündə  markerlər  deyil, 
nömrələr  dayanır.  Qeyd  etmək  lazımdır  ki,  nömrələnmə 
proqram  tərəfindən  avtomatik  yerinə  yetirilir.  Nömrələnmə 
zamanı  ərəb  və  rum  rəqəmlərindən  və  hərflərindən  istifadə 
etmək olar. 
Siyahının nömrələnməsi daima korrektə (təshih) edilir, 
yəni  istifadəçi  siyahıdan  bir  nömrəni  kənarlaşdırarsa 
(silərsə),  avtomatik  olaraq  siyahının  digər  nömrələri  sıraya 
uyğun dəyişəcəkdir.  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
79 
  
 
Şəkil 38. Define New Bullet (Определить новый маркер-
Yeni markeri müəyyən et) dialoq pəncərəsi   
 
Nömrələnmiş  siyahı  yaratmaq  üçün  yerinə  yetirilən 
əməliyyatlar aşağıdakı kimidir: 
1.Home  (Главная-Əsas)  qoşmasındakı  Paragraph 
(Абзац-Abzas) 
sahəsində 
Numbering 
(Нумерация-


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
80 
Nömrələnmə) düyməsinin sağ tərəfindəki düyməni (şəkil 35, 
soldan ikinci düymə) sıxdıqda ekrana menyu açılacaq (şəkil 
39.).  Menyuda  istifadəçinin  ixtiyarına  müəyyən  sayda 
siyahının nömrələnməsi üçün nişanlar təqdim edilir. 
 
 
 
Şəkil 39. Kontekst menyu 
 
2.Masaüstünə  açılmış  menyudan  uyğun  nömrələmə 
tipini  seçin  (məsələn,  ərəb  rəqəmləri  və  hərfləri).  Nümunə 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
81 
kimi  1.  nişanını  seçin.  Sətirn  önündə  1.  nişanı  əmələ 
gələcək. 
3.[Probel]  düyməsini  sıxmadan  siyahının  birinci 
punktunun mətnini daxil edin. Mətn siyahısı bir neçə sözdən 
və  ya  bir  neçə  sətirdən  ibarət  ola  bilər.  Siyahının  birinci 
punktunun  mətnini  daxil  etdkdən  sonra  [Enter]  düyməsini 
sıxın. Yeni abzas yaranacaq və onun başlanğıcında siyahının 
növbəti nömrəsi əmələ gələcək.  
4.Siyahının ikinci punktunun mətnini daxil edin, [Enter] 
düyməsini sıxın. 
5.Eyni  qayda  ilə  siyahının  digər  punktlarını  da  yaradın 
(şəkil 40.).  
 
Tələbə  mühazirəyə  dinləməyə  gedərkən  aşağıdakı 
ləvazımatları özü ilə götürməyi məsləhətdir: 
1.
 
52 səhifəli dəftər; 
2.
 
Göq rəngli avtoqələm; 
3.
 
Adi karandaş; 
4.
 
Xətkeş; 
5.
 
Hesablama maşını; 
6.
 
Pozan. 
 
Şəkil 40. Siyahının nömrələnməsinə nümunə 
 
6.Siyahının  sonuncu  punktunu  daxil  etdikdən  sonra 
[Enter]  düyməsini  sıxın.  Sonra  isə  Clear  Formatting 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
82 
(Удалить  все  форматирование-Bütün  formatlamanı  ləğv 
et)  düyməsini  sıxın.  Bununla  avtomatik  yaranmış 
nömrələrdən lazım olmayanları siyahıdan silinəcək. 
Bəzən istifadəçi siyahının punktları arasına əlavə olaraq 
bir  neçə  abzası  nömrəsiz  daxil  etmək  istəyir.  Bunun  üçün 
Clear  Formatting  (Удалить  все  форматирование-Bütün 
formatlamanı ləğv et) düyməsini sıxmaqla formatlamanı ləğv 
etmək lazımdır.  
Və  yaxud,  əgər  istifadəçi  siyahının  nömrələnməsini 
nömrələnməmiş  abzasdan  (adi  abzasdan)  başlamaq 
istəyirsə, onda siyahının nömrələnməsi yenidən başlanacaq. 
Əgər  istifadəçi  öncədən  tərtib  olunmuş  siyahının 
nömrələnməsini  davam  etmək  istəyirsə,  onda  aşağıdakı 
əməliyyatlar ardıcıllığını yerinə yetirməlidir. 
1.Adi  abzasdan  sonra  gələn  siyahının  “birinci”  punktu 
üzərində mausun sağ düyməsini sıxın. Masaüstünə kontekst 
menyu açılacaq (şəkil 41.).  
2.Kontekst 
menyudan 
Continue 
Numbering 
(Продолжить  нумерацию-Nömrələməni  davam  et)  əmrini 
seçin.  Punktun  nömrəsi  öncədən  yaradılmış  punktun 
nömrəsinin davamı kimi davam edəcək. 
Bəzən əks əməliyyatı da yerinə yetirmək, yəni siyahının 
puktlarının  nömrələnməsini  davam  etdirmədən  siyahını 
yenidən  nömrələməyə  ehtiyac  duyulur.  Belə  olan  halda 
mausun  oxunu  “sıfırlamaq”  istədiyiniz  nömrənin  üzərinə 
gətirin  və  sağ  düyməni  sıxın.  Masaüstünə  açılmış  kontekst 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə