Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
137 
 
 
Şəkil 68. Insert Hyperlink (Гиперссылка-Hiperistinad) dialoq 
pəncərəsi 
 
 
 
Şəkil 69. Sənəddə hiperistinada nümunə 
 
Insert  Hyperlink  (Гиперссылка-Hiperistinad)  dialoq 
pəncərəsindəki 
Address 
(Адрес-Ünvan) 
qutusunda 
(sahəsində)  Sizin  kompüterdəki  qovluqların  və  disklərin 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
138 
siyahısı  yerləşir  (Windows  əməliyyat  sistemində  Explorer 
(Проводник-Tədqiqatçı)da olduğu kimi). 
Əgər  Siz  kompüterinizdə  yerləşmiş  konkret  faylda 
hiperistinad yaratmaq istəyirsinizsə, onda cari faylı siyahıdan 
tapmalısıniz.  Çünki  hiperistinada  keçid  kompüerinizdə 
göstərilən faylın açılmasına səbəb olacaqdır. 
Qeyd  etmək  lazımdır  ki,  istigadəçi  Insert  Hyperlink 
(Гиперссылка-Hiperistinad)  dialoq  pəncərəsndəki  Place  in 
This  Document  (Место  в  документе-Sənəddə  yer) 
düyməsini  sıxdıqda  (şəkil  68.)  masaüstünə  Sizin  sənədin 
strukturu  açılır  (şəkil  70.).  Sənədin  strukturu  müxtəlif 
səviyyəli  ağacvari  struktura  malikdir.  Lazım  olan  sərlovhəni 
siyahıdan seçdikdən sonra OK düyməsini sıxın. 
Sonrakı  mərhələlərdə  həmin  hiperistinada  müraciət 
etdikdə  sənəd  avtomatik  olaraq  yuxarı  və  ya  aşağı 
istiqamətdə uyğun bölmənin sərlövhəsinə kimi “fırlanacaq”.  
Insert  Hyperlink  (Гиперссылка-Hiperistinad)  dialoq 
pəncərəsindəki  E-mail  (Електронная  почта-Elektron  poçt) 
düyməsini  sıxdıqda  istifadəçi  elelktron  xəbər  üçün  (konkret 
ünvan və mövzu ilə) hiperistinad yarad bilər. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
139 
 
 
Şəkil 70. Insert Hyperlink (Гиперссылка-Hiperistinad) dialoq 
pəncərəsində sənədin strukturu 
  
Hiperistinad istifadəçiyə elektron sənədlər ilə avtomatik 
işləməyə  imkan  verir.  Bununla  yanaşı  Word  proqramı 
istifadəçiyə 
Veb-səhifə 
(hiperistinaddan 
istifadənin 
mükünsüz  olduğunu  nəzərə  alın)  yaratmağa  imkan  verir. 
Əgər hazırlanmış sənəd sonrakı mərhələlərdə çap ediləcəksə 
və yaxud digər formatda eksport olunacaqsa, onda istifadəçi 
hiperistinadı ləğv etməlidir. 
Bu aşağıdakı əməliyyatlar ardıcıllığı ilə yerinə yetirilir. 
1.Mausun  oxunu  hiperistinadın  üzərinə  gətirin  və  sol 
düyməni sıxın. Ekrana kontekst menyu açılacaq. 
2.Kontekst  menyudan  Remove  Hyperlink  (Удалить 
гиперссылку-Hiperistinadı ləğv et) əmrini aktivləşdirin.  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
140 
3.Hiperistinad ləğv olunacaq. 
Nəzərə  almaq  lazımdır  ki,  hiperistinadlı  söz  və  mətn 
ləğv  ediləndə  hiperistinad  sənəddə  qalır,  amma  cari  mətn 
hiperistinad xüsusiyyətini itirir. 
 
MƏTNƏ QEYDLƏRİN ƏLAVƏ EDİLMƏSİ 
 
İstifadəçi  mətnin  istənilən  fraqmentinə  qeydlər  edə 
bilər. Qeyd kimi istənilən aydınlaşdırıcı mətn istifadə olunur. 
Qeydə  baxış  ancaq  sənədin  elektron  verisyasında 
mümkündür.  Mətnə  əlavə  edilmiş  qeyd  səhifənin  müəyyən 
hissəsində  əks  olunur.  Bu  zaman  qeyddəki  fraqment  əsas 
blokda olan material ilə qrafiki əlaqədə olur.  
Mətnə  qeyd  aşağıdakı  əməliyyatlar  ardıcıllığı  ilə  əlavə 
olunur. 
1.Mətndən qeyd yaratmaq istədiyiniz fraqmenti seçin. 
2.Review (Рецензирование-Xülasə) qoşmasındakı New 
Comment  (Создать  примечание-Yeni  qeyd  yarat) 
düyməsini  sıxın.  Əməliyyatı  Insert  (Вставка-Daxil  et) 
qoşmasındakı  New  Comment  (Создать  примечание-Yeni 
qeyd  yarat)  düyməsini  sıxmaqla  da  yerinə  yetirə  bilərsiniz. 
Səhifənin sağ tərəfində qeyd paneli yaranacaq. Paneldə Sizin 
qeyd yazınız əks olunacaq. 
3.Yaranmış  panelə  Sizə  məxsus  olan  qeyd  yazılarını 
daxil edin (şəkil 71.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
141 
Qeyd  etmək  lazımdır  ki,  qeydə  rəy  vermək 
mümkündür.  Sizin  materialı  oxuyan  oxucular  da  qeydə 
kommentari  verə  bilərlər  (müəyyən  səhvləri  və  yaxud 
materialın mötəbər mənbəyə əsaslanmadığını göstərməklə). 
Belə  qeydlər  mətnin  istənilən  fraqmenti  üçün  edilə 
bilər.  Bu  tip  qeydlər  konkret  sözü  və  ya  təsdiqedici  fikiri 
həyata keçirmək üçün faydalıdır.  
 
 
 
Şəkil 71. Seçilmiş fraqmentə əlavə olunacaq qeydlər sahəsi 
(sağda) 
 
Beləliklə, qeyddə nə lazımdırsa, onu göstərmək olar.  
Mətndə  qeydə  baxış  keçirmək  üçün  Review 
(Рецензирование-Xülasə)  qoşmasındakı  Show  Comments 
(Показать  примечания-Qeydi  göstər)  düyməsini  sıxmaq 
lazımdır. 
Bəzən  istifadəçi  etdiyi  qeydi  silmək  məcburiyyətində 
qalır.  Bunun  üçün  aşağıdakı  əməliyyatları  yerinə  yetirmək 
lazımdır. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
142 
1.Sənədin qeyd sahəsində mausun sağ düyməsini sıxın. 
2.Ekrana  açılmış  kontekst  menyudan  Delete Comment 
(Удалить примечание-Qeydi ləğ et) əmrini seçin. Qeyd ləğv 
olunacaq. 
Bütün yaradılmış qeydlər sənədin faylında saxlanılır. Bu 
baxımdan  onlara  baxış  keçirmək  və  izahat  vermək 
mümkündür.  Hər  iki  əməliyyat  qeyd  edilmiş  sənədin  hansı 
kompüterdə açılmasından asılı deyil. 
 
HAŞİYƏLƏRİN YARADILMASI 
 
Sənəddə  söz  və  ya  sözbirləşməsinin  aydınlaşdırılması 
və  şifrədən  azad  edlməsi  üçün  haşıyədən  istifadə  edilir. 
Haşiyə səhifənin aşağı hissəsində yerləşir. 
Haşiyəni  aşağıdakı  əməliyyatlar  ardıcıllığı  ilə  çıxarmaq 
olar. 
1.Mausun  oxunu  haşiyə  çıxarmaq  istədiyiniz  sözdən 
sonra yerləşdirin. 
2.References  (Ссылки-İstinad)  qoşmasındakı  Insert 
Footnote  (Сноска-Haşiyə)  düyməsini  sıxın.  Səhifənin  aşağı 
hissəsində haşiyənin rəqəmi və kursor əmələ gələcək. 
3.Haşiyə  mətnini  yığın,  sonra  mətn  sahəsinə  qayıdın 
(şəkil 72.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
143 
 
 
Şəkil 72. Çıxarılmış haşiyəyə nümunə 
 
Şəkilə  diqqət  yetirin.  Haşıyə  əlavə  edilmiş  sözün 
sağ/yuxarı tərəfində 1 rəqəmi görünür (yuxarı indeks). Əgər 
istifadəçi  növbəti  haşıyə  çıxarmaq  istəsə  sözün  sağ/yuxarı 
tərəfində  2,  3,  4  və  s.  rəqəmləri  görünəcək  (yazılacaq). 
Haşıyə  çıxarılmış  sözün  şifrədən  açılması  (yəni  onun 
haqqında  ətraflı  məlumat)  haşıyə  çıxarılmış  səhifənin  aşağı 
hissəsində yerləşir (şəkil 72.). 
Əgər  mətn  hər-hansı  bir  səbəbdən  növbəti  səhifəyə 
keçmişsə, onda mətnə aid ollan haşıyə də növbəti səhifəyə 
keçəcək. 
Haşiyəni  ləğv  etmək  üçün  mausun  oxunu  mətndəki 
rəqəmin  sağ  tərəfinə  gətirin,  [BackSpace]  düyməsini  sıxın, 
haşiyə ləğv olunacaq. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
144 
MÜNDƏRİCATIN HAZIRLANMASI 
 
Microsoft Word proqramı istifadəçiyə hazırladığı sənədi 
mündəricat ilə tamamlamağa imkan verir. Mündaricat mətn 
redaktorunda  avtomatik  yaradılır,  amma  bunun  üçün 
istifadəçi  qayda-qanuna  əsaslanaraq  mündəricatı  öncədən 
hazırlamalıdır.  
Mündəricatlar  istənilən  qədərdir.  İstifadəçi  sənəd 
üzərində  işləyərkən  əsasən  üç  səviyyədə  olan  mündəricat 
hazırlamalı olur.  
Mündəricat  hazırlamaq  üçün  aşağıdakılara  əməl 
edilməlidir. 
1.References  (Ссылки-İstinad)  qoşmasındakı  Table  of 
Contents (Оглавление-Mündəricat) düyməsini sıxın. Ekrana 
kontekst  menyu  açılacaq.  Menyuda  mündəricatların  qrafiki 
təcviri verilir (şəkil 73.). 
2.Menyudan 
zövqə  uyğun 
mündəricatı 
seçin. 
Mündəricat  formalaşacaq  və  sənədin  axırına  yerləşəcək 
(müasir texniki ədəbiyyatlarda mündəricat sənədin əvvəlində 
verilir, bu seçimdən asılıdır).   
 Mündəricat  istifadəçiyə  istənilən  mövzunu  rahat 
tapmağa  imkan  yaradır.  Mündəricatın  elektron  versiyası 
daha  əlverişlidir,  çünki  mündəricatın  hər  bir  punktu 
hiperistinad xüsusiyyətinə malikdir. Əgər istifadəçi bu və ya 
digər  mündəricat  punktunu  mausdan  istifadə  etməklə 
seçərsə, onda o, ani olaraq uyğun sərlövhəyə keçmiş olacaq. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
145 
İstifadəçinin  nəzərrinə  çatdırılır  ki,  tərtib  edilmiş 
mündəricat  avtomatik  təzələnmir.  Mündəricatın  avtomatik 
təzələnməsini  əldə  etmək  üçün  aşağıdakı  əməliyyatlar 
ardıcıllığı yerinə yetirilməlidir. 
1.Mausun oxunu mündəricatın istənilən punktu üzərinə 
gətirin,  sol  düyməni  sıxın.  Mündəricatın  perimetri  boyu 
çərçivə,  çərçivənin  sol/yuxarı  hissəsində  isə  düymələri  olan 
panel əmələ gələcək. 
2.Panelin  sol/yuxarı  hissəsindəki  çərçivədə  Update 
Table  (Обнавить  таблицу-Cədvəli  yenilə)  düyməsini  sıxın. 
Masaüstünə  Update  Table  of  Contents  (Обновление 
оглавления-Mündəricatın  yenilənməsi)  dialoq  pəncərəsi 
açılacaq.  
3.Dialoq pəncərəsindəki açarları: Update page numbers 
only (Обновить только номера страниц-Səhifə nömrələrini 
yenilə)  və  Update  entire  table  (Обновить  целиком-Tam 
yenilə) aktivləşdirin. 
 Update page numbers only (Обновить только номера 
страниц-Səhifə  nömrələrini  yenilə)  açarı  mündəricatdakı 
sənifə nömrələrini yeniləyir. 
Update  entire  table  (Обновить  целиком-Tam  yenilə) 
açarı mündəricatı tam yeniləyir. 
Əgər  mətndə  mündəricatın  strukturu  dəyişmişsə 
(məsələn,  yeni  başlıqlar  əlavə  edilmişsə  və  ya  başlıqlardan 
bəziləri ləğv edilmişsə), onda Update entire table (Обновить 
целиком-Tam yenilə) açarının aktivləşdirilməsi lazımdır. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
146 
 
 
Şəkil 73. Mündəricatın hazırlanması üçün istifadə edilən 
menyu 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
147 
MÖVZU GÖSTƏRİCİLƏRİNİN SƏNƏDƏ 
ƏLAVƏ OLUNMASI 
 
Mövzu  göstəriciləri  əsasən  texniki  və  ya  bədii 
ədəbiyyatlarda çox istifadə edilir. Mövzu göstəriciləri adətən 
açar sözlərindən, terminlərdən, səhifələri göstərilməklə adlar 
düzülüşündən təşkil olunur. 
Mövzu  göstəriciləri  iki  mərhələdə  formalaşır.  Öncə 
sənədə  istifadəçinin  qoşmaq  istədiyi  sözlər  və  ifadələr 
yerləşdirilir. İkinci mərhələdə isə mövzu göstəricisinin uyğun 
üslubu  (üslub  istifadəçinin  seçdiyi  sözlərdən  avtomatik 
formalaşdırılır) seçilir. 
Mövzu göstəricisi aşağıdakı əməllər ardıcıllığı ilə həyata 
keçirilir. 
1.Mövzu göstəricisinə qoşmaq istədiyiniz söz və ya söz 
birləşməsini seçin. 
2.[Alt]+[Shift]+[X]  düymələri  kombinasiyasını  sıxın. 
İstifadəçi  [Alt]+[Shift]+[X]  düymələri  kombinasiyasının 
yerinə  References  (Ссылки-İstinad)  qoşmasındakı  Index 
(Предметный  указатель-Mövzu  göstəricisi)  qrupuna  daxil 
olan  Mark  Entry  (Пометить  элемент-Elementi  nişanla) 
düyməsini  sıxa  bilər.  Bu  zaman  masaüstünə  Mark  Index 
Entry 
(Определение 
элемента 
указателя-Göstərici 
elementinin təyini) dialoq pəncərəsi açılacaq (şəkil 74.). 
3.Dialoq  pəncərəsindəki  Main  entry  (Основной-Əsas) 
sahəsinə  (qutusuna)  istifadəçi  tərəfindən  qeyd  edilmiş  sözü 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
148 
göstərmək  olar.  İstifadəçi  sözü  dəyişə  bilər.  Söz  dəyişəndə 
mövzu göstəricisində bu əks olunmalıdır. 
 
 
 
Şəkil 74. Mark Index Entry (Определение элемента 
указателя-Göstərici elementinin təyini) dialoq pəncərəsi 
 
4.Dialoq 
pəncərəsinin 
Options 
(Параметры-
Parametrlər)  sahəsində  üç  düyməcik  yerləşir.  Onların 
köməkliyi ilə göstəricinin parametrləri müəyyən edilir. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
149 
-Cross-reference  (Перекрестная  ссылка-Çarçarpaz 
istinad)  düyməciyi  göstəricidə  eyni  termin  olduqda  istifadə 
edilir.  Məsələn,  göstəricidə  “Ekran”  termini  vardır,  amma 
istifadəçi  mətndə  “Displey”  termininə  rast  gəlmişdir.  Belə 
olan halda istifadəçi mövzu göstəricisinə “Displey” terminini 
də  qoşmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  “Displey”  termini 
mövzu göstəricisində sənədin səhifəsini göstərə bilməyəcək. 
Odur  ki,  istifadəçi  göstəricidə  belə  yazılışdan  istifadə 
etməldir: Displey, bax Ekran. 
-Current  page  (Текущая  страница-Cari  səhifə) 
düyməsciyi  aktivləşəndə  göstəricinin  elementi  ilə  yanaşı 
səhifənin nömrəsi də göstərilir.  
-Page  range  (Диапазон  страниц-Səhifə  diapazonu) 
düyməciyi  aktivləşəndə  termin  haqqında  lazım  olan 
informasiya  verilmiş  səhifənin  diapazonu  göstərilir.  Odur  ki, 
səhifə  üçün  lazım  olan  diapazonu  yaradın,  mətnin  uyğun 
fraqmentini seçin və Insert (Вставка-Daxil et) qoşmasındakı 
Bookmark  (Закладка-Əlfəcin)  düyməsini  sıxın.  Masaüstünə 
Bookmark  (Закладка-Əlfəcin)  dialoq  pəncərəsi  açılacaq 
(şəkil  75.).  Əlavə  vərəqi  dialoq  pəncərəsindəki  Bookmark 
(Закладка-Əlfəcin) siyahısından seçməl mümkündür.      
5.Page  number  format  (Формат  номера  страницы-
Səhifə  nömrəsinin  formatı)  sahəsindəki  bayraqcıqlar  səhifə 
nömrələrinin formatlanmasına yardımçıdırlar. 
6.Mark (Пометить-Nişanla) düyməsini sıxın (şəkil 74.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
150 
 
 
Şəkil 75. Bookmark (Закладка-Əlfəcin) dialoq pəncərəsi  
 
7.Öndə  verilmiş  əməliyyatları  mövzu  göstəricilərinin 
siyahısına  əlavə  etməkdən  ötrü  digər  terminlər  üçün  də 
yerinə yetirin. 
Bununla  mövzu  göstəricilərinin  yaradılmasının  birinci 
mərhələsi tamamlandı. İstifadəçi öndə verilmiş əməliyyatları 
ardıcıl  yerinə  yetirməklə  bütün  lazım  olan  sözləri  siyahıya 
aldı.  Növbəti  mərhələdə  mövzu  göstəricisini  generasiya 
etmək olar. Bunun üçün: 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
151 
1.References  (Ссылки-İstinad)  qoşmasındakı  Index 
(Предметный  указатель-Mövzu  göstəricisi)  qrupuna  daxil 
olan  Insert  Index  (Предметный  указатель-Mövzu  daxil  et) 
düyməsini  sıxın.  Masaüstünə  Index  (Указатель-Göstərici) 
dialoq pəncərəsi açılacaq (şəkil 76.).  
2.Dialoq pəncərəsindəki Formats (Форматы-Formatlar) 
qutusundan uyğun göstərici üslubunu seçin (şəkil 76.). 
3.Lazım  gələrsə,  göstəricinin  digər  parametrlərinidə 
sazlayın. 
4.OK  düyməsini  sıxın.  Mövzü  göstəricisi  generasiya 
edərək hazırlanmış sənədin sonunda yerləşəcək (şəkil 76.). 
Sənədin  elektron  versiyasında  göstəricinin  bütün 
elementləri  hiperistinad  sayılır.  Yəni  istifadəçi  ani  olaraq 
göstəricinin  elementləri  haqqında  informasiyanı  səhifəyə 
yerləşdirə  bilər  ([Ctrl]  düyməsinin  sıxılmış  vəziyyətində 
kursoru elementin üzərinə gətirib sol düyməni sıxın). 
İstifadəçi tərtib etdiyi mövzu göstəricisini təzələyə bilər. 
Bunun  üçün  References  (Ссылки-İstinad)  qoşmasında 
yerləşən  Update  Index  (Обновить  указатель-Gösəricini 
yenilə) düyməsini sıxmaq lazımdır. 
Əgər  nişanlanmış  söz  sənəddə  düzəliş  aparan  zaman 
digər  səhifəyə  sürüşmüşsə  mövzu  göstəricisini  korrektə 
etməyə  (təshih  etməyə)  ehtiyac  yaranır.  Update  Index 
(Обновить 
указатель-Gösəricini 
yenilə) 
düyməsinin 
sıxılması buna yardımçıdır. 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
152 
 
 
Şəkil 76. Index (Указатель-Göstərici) dialoq pəncərəsi  
 
Əgər mövzu göstəricisi tərtib edildikdən sonra siyahıya 
əlavə element daxil etmək lazım gələrsə, onda Update Index 
(Обновить  указатель-Gösəricini  yenilə)  düyməsini  sıxmaq 
lazımdır. 
   
 

Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə