Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
49 
Ekrana  açılmış  dialoq  pəncərəsində  istifadəçinin  ixtiyarına 
çoxlu sayda rənglər və rənglərin çalarları verilir (şəkil 20.). 
 
 
 
Şəkil 20. Font Color (Цвет текста-Mətnin rəngi) dialoq 
pəncərəsi 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
50 
Fraqmentdəki  şriftləri  rəngləmək  üçün  sadəcə  olaraq 
dialoq  pəncərəsindəki  istənilən  rəngi  seçmək  kifayətdir. 
Bəzən  rəngləmək  üçün  istifadə  olunacaq  rəng  dialoq 
pəncərəsində  olmur.  Bunun  üçün  dialoq  pəncərəsinin 
üzərindəki More Colors (Другие цвета-Başqa rənglər) əmrini 
aktivləşdirmək lazımdır. 
Bəzən  istifadəçi  hazırladığı  sənəddən  seçilmiş 
fraqmentə  qradiyent  tətbiq  etməli  olur.  Bunun  üçün  dialoq 
pəncərəsindəki  (şəkil  20.)  Credient  (Градиентная-
Qradiyent)  əmrini  seçmək  kifayətdir.  Masaüstünə  Credient 
(Градиентная-Qradiyent)  diaoq  pəncərəsi  açılacaq  (şəkil 
20.). 
Dialoq  pəncərəsi  istifadəçiyə  seçilmiş  fraqmenti  bir 
rənglə  deyil,  daha  mürəkkəb  rənglərdən  (qradiyent 
dolumlarından) istifadə etməklə rəngləməyə şərait yaradır. 
İstifadəçi  seçilmiş  fraqmentdəki  müxtəlif  sözləri 
müxtəlif  rənglərlə  rəngləyə  bilər.  Hətta  fraqmentdəki  bir 
sözə  daxil  olan  simvoların  hər  birini  müxtəlif  rənglərlə 
rəngləmək mümkündür. 
Font  (Шрифт-Yazı  tipi)  qrupuna  daxil  olan  Text 
Highlight Color (Цвет выделенного текста-Seçilmiş mətnin 
rəngi)  əmrini  texniki  ədəbiyyatlarda  çox  vaxt  dəftərxana 
markerinin  analoquna  bənzədirlər  (şəkil  21.).  Bu  əmrdə 
dəftərxana  markeri  kimi  mətndə  lazım  olan  yer  qeyd  edilir. 
Əmrdən  (və  ya  alətdən)  istifadə  zamanı  mətnin  seçilmiş 
fraqmentində  fon  rəngi  əmələ  gəlir.  Həmin  rəngi  istifadəçi 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
51 
lent  üzərində  yerləşən  Text  Highlight  Color  (Цвет 
выделенного  текста-Seçilmiş  mətnin  rəngi)  düyməsni 
sıxmaqla ekrana çağıra bilər (şəkil 22.).        
 
 
 
Şəkil 21. Text Highlight Color (Цвет выделенного текста-
Seçilmiş mətnin rəngi) əmri 
 
İstifadəçi mətn üzərində formatlaşdırma əməliyyatları 
aparan zaman mətnin yığılması zamanı istifadə edilən şriftə 
müxtəlif  effektlər  tətbiq  etməklə  yanaşı  şriftin  yazılma 
variantlarını  da  seçə  bilər.  İstifadəçi  bu  məqsədlə  Font 
(Шрифт-Yazı  tipi)  qrupuna  daxil  olan  Text  Effects  and 
Typography  (Текстовые  еффекты  и  оформление-Mətn 
effektləri və tərtibat) əmrindən istifadə edə bilər (şəkil 23.). 
Text  Effects  and  Typography  (Текстовые  еффекты  и 
оформление-Mətn  effektləri  və  tərtibat)  əmri  çoxlu  sayda 
punktlardan ibarətdir. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
52 
Text Effects and Typography (Текстовые еффекты и 
оформление-Mətn effektləri və tərtibat) dialoq pəncərəsinin 
yuxarı  hissəsində  mətndəki  şriftlərə  tətbiq  ediləcək 
effektlərin  hazır  nümunələri  vardır.  Effekt  nümunələrdən 
ibarətdir  və  onları  mətnə  tətbiq  edən  zamn  mətnin  hansı 
formanı alacağını öncədən görmək mümkündür. 
Mətnə  kölgə,  həcm,  yarışəffaf  və  s.  effektlərindən 
birini vermək olar. 
  
 
 
Şəkil 22. Mətnin fraqmentinin rəng seçimi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
53 
İstifadəçi  mətnə  daha  incə  effekt  tətbiq  etməklə 
yanaşı tətbiq edilmiş effekti sazlaya da bilər. Bunun üçün o, 
dialoq  pəncərəsinin  aşağı  hissəsindəki  OutLine  (Структура-
Quruluş),  Shadow  (Тень-Kölgə),  Reflection  (Отражение-
İnikas)  və  Glow  (Подсветка-İşıq  salma)  əmrlərdən 
(punktlardan) istifadə edə bilər (şəkil 23.). 
 
 
 
Şəkil 23. Text Effects and Typography (Текстовые 
еффекты и оформление-Mətn effektləri və tərtibat) dialoq 
pəncərəsi 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
54 
Öndə  istifadəçinin  nəzərinə  çatdırıldı  ki,  mətn 
üzərində  formatlaşdırma  əməliyyatını  yerinə  yetirmək  üçün 
mətndən mütləq fraqment ayrılmalıdır. 
Bəzən  də  istifadəçi  yerinə  yetirilmiş  bütün 
formatlaşdırma  əməliyyatlarını  bir  dəfəyə  ləğv  etməli  olur. 
Bunun  üçün  Home  (Главная-Əsas)  qoşmasındakı  Clear 
Formatting  (Очистить  формат-Formatlamanı  təmizlə) 
əmrindən  istifadə  olunur.  Əmri  icra  edən  düymə  Font 
(Шрифт-Yazı  tipi)  qrupuna  daxildir  və  qrupun  yuxarı/sağ 
küncündə yerləşir (şəkil 24.).   
 
 
 
Şəkil 24. Clear Formatting (Очистить формат-Formatlamanı 
təmizlə) əmrini icra edən düymə 
 
Prinsipcə 
Font 
(Шрифт-Yazı 
tipi) 
qrupunda 
formatlaşdırma  əməliyyatını  yerinə  yetirmək  üçün  yararlı 
olan  bütün  alətlər  toplanmışdır.  İstifadəçi  həmin  alətlərdən 
istifadə  etməklə  mətndə  formatlama  əməliyyatını  yerinə 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə