Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
83 
menyudan Restart at  1 (Начать занова  с 1-Yenidən 1-dən 
başlamalı) əmrini, və ya Restart as A (Начать занова с А-
Yenidən A-dan başlamalı) əmrini seçin (şəkil 42.). 
İstifadəçi  istənilən  zaman  nömrələnmiş  siyahını 
markerlənmiş  siyahıya  və  yaxud  əksinə  çevirə  bilər.  Bunun 
üçün kursoru siyahının istənilən punktu üzərinə gətirməli və 
uyğun  düyməni  sıxmaq  lazımdır  (Bullets  (Маркеры-
Markerlər)  sıxıldıqda  siyahı  markerlənmiş,  Numbering 
(Нумерация-Nömrələnmiş)  sıxıldıqda  siyahı  nömrələnmiş 
siyahıya çevriləcəkdir). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
84 
 
 
Şəkil 41. Ekrana açılmış kontekst menyu 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
85 
 
 
Şəkil 42. Kontekst menyu 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
86 
Bəzən istifadəçi iş prosesində çoxsəviyyəli siyahılardan 
da  istifadə  etməli  olur.  Bu  tip  siyahıları  yaratmaq  üçün 
aşağıdakı əməliyyatlar ardıcıllığına riayət olunmalıdır. 
1.Home  (Главная-Əsas)  qonması,  Paragraph  (Абзац-
Abzas) qrupundakı Multilevel List (Многоуровневый список-
Çoxsəviyyəli siyahı) düyməsini sıxın (şəkil 35, sağdan birinci 
düymə). 
2.Masasüstünə  açılmış  kontekst  menyudan  (şəkil  43.) 
nömrələmə tipini seçin (və ya markerləmə tipini seçin, çünki 
çoxsəviyyəli  siyahı  ola  bilsin  markerlənmiş  olsun).  Sətirin 
başlanğıcında 
siyahının 
birinci 
punktunun 
nömrəsi 
(markereri) əmələ gələcək . 
3.Siyahının birinci punktunun mətnini daxil edin, sonra 
[Enter]  düyməsini  sıxın.  Yeni  sətirin  başlanğıcında  siyahının 
ikinci punktunun nömrəsi görünəcək. 
4.Mətn kursorunu yaradılmış sətirin üzərinə gətirin. 
5.Masasüstünə açılmış kontekst menyudan Change List 
Level  (Изменить  уровень  списка-Siyahının  səviyyəsini 
dəyiş)  əmrini  aktivləşdirin  (şəkil  43.).  Masaüstünə  açılmış 
altmenyudan siyahının ikinci səviyyəsinə uyğun punktu seçin 
(şəkil  43.).  Yaradılmış  siyahının  punktu  ikinci  səviyyəyə 
ötürüləcək. 
6.İkinci  səviyyə  punktunun  mətnini  daxil  edin  və 
[Enter] düyməsini sıxın. 
7.Eyni üsulla ikinci səviyyə punktunu lazımı sayda daxil 
edin. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
87 
 
 
Şəkil 43. Kontekst menyu 
 
8.Bütün  punktaltı  yaradılan  kimi  siyahının  yeni 
punktunu  yaradın  və  Multilevel  List  (Многоуровневый 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
88 
список-Çoxsəviyyəli  siyahı)  düyməsinin  sıxılması  ilə  açılmış 
kontekst  menyudan  istifadə  etməklə  siyahı  üçün  birinci 
səviyyəni seçin (şəkil 44.). 
 
Tələbə  mühazirəyə  dinləməyə  gedərkən  aşağıdakı 
ləvazımatları özü ilə götürməyi məsləhətdir: 
1.
 
52 səhifəli dəftər 
a)
 
48 vərəqli 
b)
 
96 vərəqli 
2.
 
Rəngli avtoqələm 
a)
 
Göy rəngli mili olan 
b)
 
Qırmızı rəngli mili olan 
3.
 
Adi karandaş 
a)
 
Orta bərkliyə malik 
b)
 
Yuxarı bərkliyə malik 
4.
 
Xətkeş; 
5.
 
Hesablama maşını; 
6.
 
Pozan 
  
Şəkil 44. Çoxsəviyyəli siyahıya nümunə 
 
Başqa  sğzlə,  çoxsəviyyəli  siyahı  da  nömrələnmiş  və 
markerlənmiş siyahılar kimi yaradılır. İkinci, üçüncü və yerdə 
qalan siyahılar üçün səviyyə avtomatik korrektə edilir.  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
89 
Əgər istifadəçi siyahıdan hər hansı punktu ləğv edərsə, 
qalan səviyyələrin nömrələri nömrələnmə ardıcıllığına uyğun 
olaraq avtomatik dəyişəcəkdir. 
Qeyd  etmək  lazımdır  ki,  siyahı  punktlarinin  nömrələri 
və  markerləri  avtomatik  qenerasiya  edilir  və  mətnin  hissəsi 
hesab  olunmur.  Bu  baxımdan  da  mətni  bir  formatdan 
digərinə  keçirəndə  nömrələnmə  və  markerlənmə  siyahıları 
mətndən yox olur. 
 
ÜSLUBLARDAN İSTİFADƏ OLUNMASI 
 
Hazırlanmış  sənədi  tez  formatlamaq  üçün  hazır 
üslublardan  istifadə  etmək  olar.  Üslub  özündə  simvol  və 
abzasların müəyyən şəkildə formatlanmasını cəmləşdirir. Bu 
baxımdan  ani  olaraq  sözə  və  ya  abzasa  formatlamanın  bir 
neçə  parametrini  tətbiq  etmək  üçün  sözü  və  ya  lazım  olan 
fraqmenti seçməli (abzas üçün mausun oxunu onun üzərinə 
gətirmək kifayətdir) və Home (Главная-Əsas) qoşmasındakı 
Styles (Стили-Üslublar) kolleksiyasına müraciət ediməlidir. 
Microsoft  Word  proqramı  özündə  çoxlu  sayda  hazır 
üslubları cəmləşdirir (müxtəlif səviyyəli başlıqları qeyd etmək 
üçün lazım olan üslubları da). 
Qeyd  etmək  lazımdır  ki,  bəzi  hallarda  müxtəlif 
xarakterli  verilənləri  generasiya  etmək  üçün  bəzi  üslubların 
istifadəsi  labüddür.  Məsələn,  bölmələrin  və  fəsillərin 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə